II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
288
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Plavt Tit Maksiy "Küp" (Xəzinə) əsərindəki mənəviyyatı var-dövlətə qurban verən Evklion personajı ilə klassik
dünya dramaturgiyasında xəsis obrazının ilk müəllifi sayılır. Qədim zamanlardan fərqli olaraq intibah dövründə cəmiyyət
üçün təhlükəyə çevrilə bilən pul münasibətləri Molyerin xəsis Qarpaqon obrazında meydana çıxdı . Əsas obraz olan
Qarpaqon təkcə xəsis deyil , tamahkar , yalnız öz mənfəətini düşünən biridi . O , pul üçün öz oğlunun sevgilisinin varlı
olduğunu düşünüb əlindən almaq fikrinə düşür . Cehiz və toy xərclərinən xilas olmaq və daha da varlanmaq arzusu ilə
oğlunu dul varlı bir qadınla , qızını onan 30-40 yaş böyük biri ilə evləndirmək niyyətindədir . Özünə bir şüar seçmiş olan
Qarpaqon " yaşamaq üçün yeyirik , yemək üçün yaşamırıq" deyir , evdəki xidmətçiləri pəhriz saxlamağa , paltarı yırtıq
olan xidmətçini qonaqlara xidmət edərkən arxası divara dayanıb həmin yırtığın görünməməsi üçün dayanmağa məcbur
edir . Evinə gələn qonaqlar üçün , nökərlərinə tapşırır elə yeməklər hazırlasınlar ki , hər kəs tez doysun və başqa heç nə
yeye bilməsinlər .
Molyerin ən əhəmiyyətli xüsusiyyəti yaşanan problemləri komediya tərzində izah etməsi və güldürərkən
düşündürməsidir. Mövzunun xəsislik problemi üzərində qurulması Bomarşenin 1773-cü ildə yazdığı "Siviliya bərbəri"
pyesində də təkrarlanır. Müəllifin özü əsərin əsas mövzusu haqqında yazdığı: "Himayəsindəki qıza vurulmuş qoca günü
sabah onunla evlənmək niyyətindədir. Gənc oğlanın həmin gün daha cəld tərpənib qocanı qabaqlayaraq burnunun ucunda
qızı alıb onun evindəcə özünə qanunu arvad eləməsi . Budur mənim əsərimin əsası ki, onun üzərində faciə, drama və opera
qurmaq olardı . Molyerin «Xəsis»i də bunun üzərində qurulmamışdımı ?" kimi izahla etiraf edərək , təkrarçılığı
təsdiqləyir.
Mopassanın yaratdığı və Molyerində "Xəsis" əsərini təsiri altında yazdığı "Balaca Çəllək" əsərində 2 xəsis obrazı
qarşı qarşıya qoyulmuşdur . Eprovil karvansarasının sahibi Şiko və Maqluar qarı . Şiko fermanı qoca qadının əlinən almaq
istəyir , uzun mübahisə və danışıqdan sonra qərar alınır . Nəhayət , 50 ekü vermək şərti ilə qarı kağızları imzalayır . 3 il
keçsədə qarının ölmədiyini görən Şiko sanki , 100 ildi qarıya pul verir , onu aldadiblar , soyublar kimi hislər yaranır ,
pullarını itirməmək üçün , qarının ölmünü yaxınlaşdırmağa yollar axtarır və bu yolu qarını şəraba öyrədərək onun ölümünü
yaxınlaşdırmaqla nail olur. Tamahkarlıq insanları həmişə fəlakətə sürükləyir , Maqluar qarının tamahkarlığı onun
həyatının əlindən alınması bahasına başa gəlir .
Avropanın Molyeri, Mopassanı, Bomarşesi, Puşkini, Qoqolun vardısa, Azərbaycanında Axundov kimi dahi
mütəfəkkiri vardır .
M.Arif Axundovu "Azərbaycanın Molyeri" adlandırmışdır . Axundzadə də Molyer kimi əsərlərini xalqa yaxın, onun
başa düşdüyü dildə yazırdı . M. F. Axundzadə Hacı Qara surətində o dövr Azərbaycan tacirlərinin tipik nümayəndəsini
yaradır . Bu surət dünya ədəbiyyatında yaranan xəsis surətləri silsiləsinə daxil olur və müəllifinə dünya klassikləri
sırasında şərəfli yer tutmağa haqq qazandırır. Əli Sultanlı : "Hacı Qara" həyat həqiqətlərini dərindən əhatə etməsi, bədii
keyfiyyəti, dramaturji quruluşu etibarı ilə M.F.Axundovun və eyni zamanda Azərbaycan komediyasının şah əsəridir".
Hacı Qara öz canı, qanı və hərəkəti ilə dünyanın başqa xəsislərindən fərqlənir . O, pul adı eşitdikdə həddindən artıq
qorxaq olduğu halda əlinə silah alır , varlanmaq üçün hər cinayətə qurşanır . Hacı Qara özündən acizlərin yanında zalım ,
özündən qüvvətlilərin qarşısında qul kimi dinməzdir . 100 manat zərərinin əvəzini çıxmaq üçün qacaqçılıq etməyə gedən
Hacı Qaranın xəsislik, tamahkarlıqla yanaşı ikiüzlülük, qorxaqlı kimi yeni xüsusiyyətləri üzə çıxır.
Bu qoca xəsis üçün dünyada puldan başqa müqəddəs hec nə yoxdur ; Hacı Qara , öz dostu Heydər bəyin qoçaqlığını
tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki , bizim zəmanəmizdə qoçaq olmaqdansa , cibin pulla dolu olsa min dəfə
yaxşıdır .
El içində bir məsəl var “ Tamahkarı yalançı aldadar ”.Lakin Hacı Qara tamahkar olsa da yalançının hər sözünə
inanmır. O, tamahkar olduğu qədər də bicdir.Biz bunu Xudaverdi ilə söhbətində görürük.
S. S.Axundov dramaturgiyamıza M.F.Axundovun məşhur "Hacı Qara"əsərinin təsiri ilə yazdığı "Tamahkar"
komediyası ilə gəlmişdir. Bu pyesində o, dövrün bir sıra mənfiliklərinə , o cümlədən xəsisliyə , tamahkarlığa qarşı
çıxmışdır."Tamahkar" sadə, aydın dildə yazılmış realist komediyadır. Bu əsərdə müəllif gülüşün muxtəlif təsvir
vasitələrindən təbii şəkildə istifadə edir.
Əsərin mənfi komik qəhrəmanı Hacı Muraddır. Yazıçının qüvvətli cəhətlərindən biri Hacı Muradın yadda qalan
səciyyəvi xüsusiyyətlərini -xəsisliyini, tamahkarlığını , qorxaqlığını , ikiüzlülüyünü , hiyləgərliyini və sair çirkin sifətlərini
onun sözləri ilə hərəkətlərinin vəhdətində əks etdirməsindədir . Yazıçı ,satirik obrazının mənfi, eybəcər sifətlərini nümayiş
etdirib ona gülməklə kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub olduğu zümrəyə də
şamil edir. Bu cəhəti ümumiləşdirmək üçün o, Hacı Muradla ikinci xəsis Məhərrəm bəyi qarşılasdırır.Qarşılaşdırma
prosesində hər iki mənfi tipin varlanmaq üçün bir-birinə hiylə gəlmələri, xəsis və tamahkarlıqla,fərdiyyətçilikləri aydın
nəzərə çarpır. Məsələn , Hacı Murad 18 yaşlı , gözəl , ağıllı , ismətli qızı Gülzarı qoca Məhərrəm bəyə satmaq niyyəti ilə
özü kimi heç bir təqdirəlayiq olmayan bu xəsisi aslana, tərlana, gənc və sədaqətli İmranı isə tülküyə,sara bənzədir.
Dramaturq, bununla tamahkar Hacı Muradın nifrətəlayiq gülünc qayəsini, böhtançı sifətini onun öz sözləri ilə ifşa edir.
Molyerin , Mopassanın , Puşkinin , Qoqolun səsini eşitməyib harayına cavab verməyən bu günkü cəmiyyətimizdə hələ
də Qarpaqon, Evklion,Şiko və Maqluar qarı kimilər var. Öz tamahkarlıqları ucbatınan neçə-neçə insanların həyatını məhv
edən,gözlərini yaşlı qoyanlar, adları başqa olsada onlardan heç nə ilə seçilmirlər.
|