“SEHRBAZLAR DƏRƏSİ” ROMANINDA ZAMAN VƏ ZAMANSIZLIQ İDEYASI
Rübabə ƏZİZBƏYLİ
Bakı Slavyan Universiteti
ruba.aziz@yandex.com
Zaman və məkanın vəhdəti problemi fəlsəfədən öz qaynağını götürərək, ədəbiyyatşünaslıqda da öz əksini tapmışdır.
Zamanın və məkanın bir-birindən ayrılmazlığını həm fəlsəfədə, həm də ədəbiyyatşünaslıqda qəlibləşmiş bir doqma kimi
qəbul edirlər. Təsadüfi deyil ki, klassisizm ədəbi cərəyanının nümayəndələri də “üç vəhdət” prinsipindən danışarkən zaman,
məkan və hərəkət vəhdətini əsas götürürdülər. Lakin zamanı və məkanı bir-birindən ayrılıqda-konkret məfhum kimi də
tədqiq etmək mümkündür. Yəni bədii əsər daxilində hadisələrin baş verdiyi zaman kəsimi həmin zaman uyğun məkan
|