Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə513/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   509   510   511   512   513   514   515   516   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

291 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

mədəniyyət”(indiki “Azərbaycan”) jurnalının beşinci sayında dərc olunmuşdur. Bu şeirin adı “Yanın,işıqlarım” adlanmışdır. 

Şair poeziyasının başlanğıcı, mənbəyi nənə  və babalarımızın minillik qan yaddaşındadır. M.Arazın qəlbinə ilk poeziya 

qığılcımı da elə bu xalq nağıllarından, bu müdrik, səmimi nənə kitabından, dədə dastanlarından közərmişdir. Bütün sonrakı 

illərdə bu hiss, bu başlanğıc onun poeziyasını tərk etməmiş, bəlkə daha da qüvvətlənmiş, dərinləşmişdir, onun poetikasının 

əsas xüsusiyyətinə çevrilmişdir. M.Araz bütün yaradıcılığında torpağı  vəsf edən, onun özünün ilham mənbəyi adlandıran 

şairlərdən biri olmuşdur. Torpaq onun poetik misralarında gül-çiçəyə bürünmüş, gözəlləşmiş,  qayalar qanad açmış, 

Vətənimiz başdan-başa laləzara çevrilmişdir. Bu torpağı – onun dağlarını, düzlərini qarış – qarış  gəzən, yaylaqlarda 

çobanlarla bir alaçıqda yatan, bağ – bağça becərib bolluq yaradan insanların işi, həyatı ilə yaxından tanış olan istəkli 

şairimiz şeirlərinin əsas mövzusunu da gəzdiyi yerlərdən, gördüyü adamlardan almışdır. Artıq bir neçə il keçəndən sonra M. 

Arazın “Sevgi nəğməsi” (1959) adlı ilk kitabı, onun ardınca “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, 

“Ömür karvanı”, “İllərdən bəri” kimi şeir kitabları çapdan çıxmışdır. Bu kitabların hər birini oxuduqca hiss edirsən ki, onun 

arxasında insanları xeyirxahlığa, gözəl əməllərə, nəcib işlərə səsləyən, dünyanın qayğısını çəkən bir şair ürəyi döyünür. Bu 

ürək, bu ilham yalnız insanlara xidmət edir, poeziyanın gücü ilə onları daha da ülviləşdirir. Bir – birinin ardınca  ərsəyə 

gələn kitablar yalnız şairin yox, bütövlükdə yeni şeirin – 60-ci illər poeziyasının yolunu, məramnaməsini, mənəvi aləmini 

əks etdirmişdir. Elə ilk şeirlərindən etibarən M.Araz hər  şeydən  əvvəl lirik şair olmuşdur.  Şairin lirikasına bir ümman 

genişliyi, nəhayətsizliyi və coşqunluğu xasdır. Biz artıq bu lirikanın mövzu, fikir genişliyini qeyd etdik. Lakin burada bir 

mövzuya ayrıca toxunmaq istəyirdik. Bu, M.Araz lirikasında, bütövlükdə poeziyasında Vətən, daha konkret desək, 

Azərbaycan mövzusunun əsas, aparıcı olmasıdır. “Vətən mənə  oğul desə, nə  dərdim” – məşhur misrası da bu yaradıcııq 

həqiqətinin təsdiqi və ifadəsidir. Şair bir qayaya söykənib düşüncələrə dalır. Nələr keçir içindən?. İnsan və Vətən tarixi. Bu 

qayalar  adi daş deyil, bunlar insan yaddaşıdır, nəsilərin yaddaşıdır, şair Vətən daşlarında onun tarixini oxuyur, tarixin səsini 

eşidir. Belə düşüncələrdən isə M.Araz öz poetik həqiqətinə  gəlib çıxırdı, o həqiqətə ki, onun poetik fikri aşağıdakı 

misralardan ibarət idi: 

 

 



Vətən mənə oğul desə nə dərdim,  

  Mamır olub qayasında bitərdim. 

 

 

 



 

 

 



M.Araz lirikasının bu kimi tərəflərini – vətəndaşlıq təfəkkürünün bu lirikanın  əsas xüsusiyyəti olması ilə izah edə 

bilərik və etməliyik. Bununla yanaşı, M.Araz lirikasının həm də  fəlsəfi – poetik bir mahiyyət daşıdığını da deməliyk və 

bütövlükdə onu dəyərləndirərkən bu xüsusiyyətlərindən sərf – nəzər etməməliyik. Biz bu tipli şeirləri sırasında “Dünya 

sənin, dünya mənim”, “Əlvida, dağlar”, “Qoruyun dünyanı”, “Belə dünyanın nəyindən küsüm”, “Dünya düzəlmir” şeirlərini 

ayrıca fərqləndiririk. Bu şeirlərin hüsnü, poetik ləyaqəti nədədir?. Yəqin ki, ilk növbədə  fəlsəfi, müdrik baxışın 

şairanəliyində, sanki yenidən kəşf edilməsindədir.  

M. Araz həm də fikir, obraz şairi olmuşdur.  Şeirləri hər bir oxucunu dşündürmüş  və bu oxucu şairin  ədəbi 

qəhrəmanına oxşamağa çalışmışdır. Bu qəhrəman isə  vətəndaşlıq qeyrəti ilə, doğma Azərbaycan torpağına məhəbbətilə 

seçilən bir qəhrəmandır. Xalqımızın şanlı tarixi, bu tarixi şöhrətləndirən igidlərimiz M. Araz şeirində yaşayır, minlərlə gənc 

oxucunun sevimlisinə 

çevrilir. 

      


Vətənin dərdləri, ağrıları ilə baş – başa, nəfəs – nəfəsə yaşadı, onlara şeirlər , nəğmələr qoşdu.  İlk öncə, özünə  ən 

böyük dərd kimi ikiyə bölünmüş xalqın, torpağın ayrılıq, həsrət yanğısını sandı. “Vətən daşı olmayandan, olmaz ölkə 

vətəndaşı...”deyən şair Ana Vətən, onun daşına, torpağına diqqəti cəlb etmişdir. Ustad şairmiz xalqın görən gözü, düşünən 

beyni olmuşdur və qılıncdan kəsərli qələmi ilə Azərbaycan ədəbiyyatnda “Vətən poeziyasını”- həm güldürən, həm ağladan 

söz dünyasını  yaratmağı bacarmışdır, oxucularını da bu söz dünyasının əbədi qonaqlarına çevirmişdir.  

 

Bu gün gərək hər anımız   



 

 

 



 

 

 



 

 

 



Vətən! 

– 

desin 



.          

Qılıncımız, qalxanımız  

 

 

 



 

 

 



 

 

 



 

Vətən! 


– 

desin. 


        

Qoca millət, hər andımız, amalımız, 

 

 

 



 

 

 



 

 

 



Əgər 

varsa, 


        

 

Zərrə qədər imanımız 



 

 

 



 

 

 



 

 

 



             

 

İmanımız Vətən! – desin.   



Doğrudan da, istedadlı şairimiz bütün yaradıcılığı, sönməz ilhamı ilə vətənimizi tərənnüm etmişdir. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   509   510   511   512   513   514   515   516   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin