II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
293
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MAHMUDBƏY MAHMUDBƏYOV – GÖRKƏMLİ FOLKLORŞÜNAS KİMİ
Səhər ORUCOVA
Bakı Dövlət Universiteti
oruceva_deniz@mail.ru
Rus ziyalılarından S.P.Zelinskidən və A.Kalaşevdən sonra folklorşünaslığımız tarixində ilk dəfə idi ki, azərbaycanlı
toplayıcı, görkəmli ziyalı və maarifçi Mahmud bəy Mahmudbəyov 481 (Cборник материалов для описания местностей и
племен Кавказа - Qafqaz xalqlarının təsvirinə dair materiallar toplusu) atalar sözü və məsəlləri toplayaraq, ruscası ilə
yanaşı SMOMPK məcmuəsinin 1894-cü il, 19-cu buraxılışının 2-ci bölməsində nəşr etdirilmişdi.
Mahmud bəy Mahmudbəyov XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşayıb-yaratmış, böyük maarifçilik
işi görmüş ən seçilən, fədakar ziyalılarımızdandır. Əslən şirvanlıdır. 1849-cu ildə Şamaxıda anadan olmuşdur. Dövrünün ən
mükəmməl təhsilini almış, ərəb, fars, rus dillərini bilmiş, ilk təhsilini Şamaxının dünyəvi və şəriyyət məktəblərində almış,
sonra Qori müəllimlər seminariyasını qurtarmış, müxtəlif ibtidai məktəblərdə müəllimlik etmiş, 1898-1918-ci illərdə Bakıda
Dördüncü rus-tatar (rus-Azərbaycan) məktəbinin müdiri işləmiş, böyük ictimai nüfuza malik olmuşdur. Dövrünün əksər
mətbuat orqanlarında öz mütərəqqi məzmunlu publisistik məqalələri ilə çıxış etmiş, bir sıra dərsliklər yazmışdır. "İlk qiraət"
(1908), "Birinci il" (1909), "İkinci il" (1909, S. Əbdürrəhmanzadə ilə birlikdə), "Yeni məktəb" ( 3-cü sinif üçün, 1909,
Abbas Səhhətlə birlikdə) və s. dərsliklərin müəllifi olmuş, 1905-1907-ci illərdə "Rəhbər" adlı pedaqoji jurnal nəşr etdirmiş,
mütərəqqi maarifçilik fəaliyyəti onu görkəmli pedaqoq-metodist kimi tanıtmışdır. Ömrünün son illərində, Sovet dövründə
Xalq Maarifi Komissarlığında işləmiş, yeni tipli məktəblərin yaradılmasında fəal iştirak etmişdir.
SMOMPK məcmuəsinin fəal azərbaycanlı müəlliflərindəndir. "Aşıq Qərib" dastanının ilk toplayıcı müəllifidir.
Şamaxının Tircan kənd sakini Aşıq Orucdan qələmə aldığı 87 nəğmədən ibarət bu dastan azərbaycanca və rusca SMOMPK
–un 1892-ci il buraxılışının 2-ci şöbəsində (173-229-cu səhifədə) dərc edilmişdir. Bu, onun məcmuədə debüti idi.
Bundan sonra onun SMOMPK- un 1894-cü il, 19-cu buraxılışının 2-ci bölməsində "Zaqafqaziyada tatar xalq
filologiyası" ümumi başlığı altında dərc edilən folklor materialları arasında yenə də, tircanlı Aşıq Orucun dilindən qələmə
aldığı, 35 nəğmədən ibarət "Molla Qasım" nağıl- dastanını və "Atalar sözü və məsəlləri" başlığı altında toplayıb
azərbaycanca və rusca 481 mətndən ibarət xalq incisini görürük.
Mahmud bəy Mahmudbəyovun məcmuənin 1898-ci il, 24-cü buraxılışında dərc edilmiş "Qafqazda müridizm təriqəti
(məzhəb)" etnoqrafik-folkloristik məqaləsində bu təriqətin Zaqafqaziyada meydana gəlməsi və inkişafı haqqında maraqlı
məlumatlar verilir. Bir neçə hissədən ibarət olan bu məqalədə “Mürdizm haqqında ümumi anlayış”, “Onun Qafqazda
yayılması”, “İsmayıl Əfəndi və onun davamçıları”, “Şeyxlər, abdinistlər və əyyubistlər" və s. bölmələrdə müəllifin əldə
etdiyi məlumatlar, bunlar barəsində onun maraqlı mülahizələri əksini tapmışdır.
Azərbaycanın maarif və mədəniyyət xadimi Həbib bəy Mahmudbəyov (1864 - 1928) onun qardaşı, tibb elmləri
doktoru, professor, tanınmış cərrah Böyük bəy Mahmudbəyov isə onun oğludur.
Bu görkəmli ziyalı 1923-cü il, fevralın 13-də, 74 yaşında Bakıda dünyasını dəyişmişdir.
Tanınmış folklorşünas, prof. P. Əfəndiyev dərsliyində Mahmud bəy Mahmudbəyovu folklorşünas alim kimi
qiymətləndirərək onun barəsində yazır: "Xalq ədəbiyyatımızın toplanması, nəşri, rus dilinə tərcüməsi və yayılmasında fəal
iştirak edən ziyalılardan biri də Mahmud bəy Mahmudbəyovdur (1849-1923) Onun topladığı xalq ədəbiyyatı materialları
içərisində atalar sözü, "Aşıq Qərib", "Molla Qasım" (Xəstə Qasım - red.), "Abbas və Gülgəz" dastanları və s. nümunələr
vardır. Onun "Koroğlu", "Qaçaq Kərəm" dastanları barəsində maraqlı fikirləri mövcuddur. O dövrün bir sıra rus
etnoqraflarından fərqli olaraq, M. Mahmudbəyov topladığı materialları nəşr etdirərkən məcmuədə orijinalla yanaşı, rus
dilinə sətri tərcümələri də vermiş, müxtəlif xalq ifadələrinə, ideomatik sözlərə, rəvayətlərə, dini istilah və adlara çox maraqlı
şərhlər yazmışdır. Bu, indi də mühüm elmi əhəmiyyətini itirməmişdir.
R.Əfəndiyevin M.Mahmudbəyovun bir folklorşünas- toplayıcı kjmi fəaliyyətinin müəyyənləşdirdikləri mühüm
cəhətləri onun ruscaya çevirdiyi və SMOMPK-da nəşr etdirdiyi 481 Azərbaycan atalar sözü və məsəllərdən ibarət
materiallarda da bariz şəkildə görsənir. Həqiqətən də, toplayıcı-tərcüməçi Mahmud bəy Mahmudbəyov topladığı
materialları nəşr etdirərkən məcmuədə orijinalla yanaşı, rus dilinə sətri tərcümələrini də vermiş, müxtəlif xalq ifadələrini
ideomatik sözlərə, məsəllərin əmələ gəldiyi rəvayətlərə, dini istilah və adlara çox maraqlı şərhlər yazmış, yazıya aldığı
folklor mətnlərinin mühüm etnoqrafik cizgilərini izah etmişdir.
Bu, SMOMPK-un 19-cu buraxılışına qədər dərc olunan atalar sözü və məsəllərdən ibarət say və sambalca, əhatə
dairəsinə görə böyük olan ilk Azərbaycan folklor materialıdır. M.Mahmudbəyovun topladığı və tərcümə etdiyi material
"Atalar sözü və məsəlləri" ("Пословицы и поговорки") ümumi başlığı altında təqdim edilmişdir.1-cimətn: "İt hürər,
Dostları ilə paylaş: |