Microsoft Word Materiallar Full


ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə517/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   513   514   515   516   517   518   519   520   ...   1149
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATI 

 

Səidə ABBASOVA 

Bakı Dövlət Universiteti 



 

Dünyada bir sıra nadir simalar, dahi şəxsiyyətlər var ki, onlar bütövlükdə bir xalqın taleyini, gələcək müqəddəratını 

müəyyənləşdirir və  həmin  xalqın tarixini yaradırlar. Belə öndər insanlar, dahi şəxsiyyətlər fenomenə, dövlətin simvoluna 

çevrilir və xalqın yaddaşında əbədilik yaşayırlar. Heydər Əliyev fenomeninin arxasında bənzərsiz, qeyri-adi zəka,  istedad, 

Tanrının çox nadir şəxsiyyətlərə nəsib etdiyi heyrətamiz  unikal yaddaş, işgüzarlıq, Vətənin müstəqilliyi  uğrunda yorulmaq 

bilmədən çalışmaq, fədakarlıq, torpaq və millət sevgisi, xalqa xidmət amalı dayanır.  Heydər Əliyev Azərbaycan xalqının 

düşüncəsində dövlətin simvolu, dövlətçiliyin banisi, müasir  Azərbaycanın qurucusu, memarı, millətin taleyini, 

müqəddəratını həll edən ümummilli lider, siyasi xadim, öndər kimi əbədiləşib. Heydər Əliyev şəxsiyyəti hər  şeydən öncə 

özündə bütün sosial, siyasi, mədəni, mənəvi, milli  keyfiyyətləri birləşdirən, hər bir qərarla yaratdığı yeni tarixi dönəmi 

zənginləşdirən,bütün sahələri mükəmməl bilən istedad, fenomenal qabiliyyətli, genişmiqyaslı strateq, bənzərsiz dövlət xadi

midir. 

Dövlət başçılarının, liderlərin, dahi şəxsiyyətlərin tarixdəki yeri və rolunun müəyyənləşməsində onların mədəniyyətə, 

ədəbiyyata münasibəti həmişə önəmli rol oynayıb. Onların hər birinin ömür yolundan, əməllərindən bəhs edilərkən 

mədəniyyətə, sənət adamlarına münasibətləri haqqında mütləq ayrıca söz açılıb. Zaman göstərir ki, siyasi xadimlərin tarixin 

yaddaşında parlaq bir obraz kimi qalması həm də onların ədəbi-mədəni mühitə yanaşma tərzindən birbaşa asılıdır. Bu cəhət 

uzun müddət ərzində siyasi iqtidarı əldə saxlamağı, hakimiyyət dövrünü bütöv bir epoxaya çevirməyi bacaran güclü dövlət 

adamlarına xüsusilə aiddir. Dünyanın tanıdığı, zəmanənin böyük dövlət və siyasət adamı kimi qəbul edilən belə tarixi 

şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də özünəməxsus önəmli yeri var. 

Heydər Əliyev mədəniyyətə və ədəbiyyata, istedadlı, yaradıcı adamlara, ziyalılara həmişə diqqət, qayğı  və hörmətlə 

yanaşmışdır. Təxminən yarım əsr ərzində Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin ədəbiyyata və mədəniyyətə mühüm 

təsir göstərdiyi tarixi həqiqətdir. Heydər Əliyevin mədəniyyət və incəsənətə, ədəbiyyata gözəl münasibətinin mənbəyində 

dahi  şəxsiyyətin mənəvi zənginliyi və yüksək zövqü dururdu. Biz bu görkəmli dövlət adamının müasirləri kimi dəfələrlə 

müşahidə etmişik ki, sənətə,  ədəbi prosesə diqqət ayırmaq Heydər  Əliyev üçün işdən daha çox, həyat tərzi, gündəlik 

yaşamın əhəmiyyətli bir hissəsi idi. 

Ədəbiyyat, mədəniyyət və incəsənətin inkişafına daim diqqət yetirən ümumilli lider milli mədəniyyətin, Azərbaycan 

ədəbiyyatının tarixi və müasir inkişafı ilə yaxından maraqlanırdı. Azərbaycan elminin tərəqqisi, problemləri hər zaman onun 

diqqət mərkəzində dayanırdı. Sənət və  ədəbiyyat aləminin nümayəndələri ilə ünsiyyət Heydər  Əliyevdə, başqa heç bir 

müasir siyasətçidə olmadığı  dərəcədə, isti, səmimi və  səviyyəli alınırdı. Onun rəhbərliyi və diqqəti altında ölkədə 

mədəniyyətin çiçəklənməsi, ədəbiyyatın yüksəlişi üçün bütün işlər uğurla həyata keçirilirdi. 

Heydər  Əliyevin  ədəbi-mədəni mühitə münasibəti öz fenomenallığı ilə artıq tarixdə layiqli yerini və qiymətini alıb. 

Bununla belə, yaradıcılığa, bədii sənətə Heydər Əliyev yanaşmasının, onun bu sahədəki dəyərli irsinin hərtərəfli təhlili və 

təbliği, ilk növbədə  gələcək nəsil üçün – gənclərimiz üçün  olduqca vacibdir. Çünki bu, Heydər  Əliyevin  ədəbiyyata və 

mədəniyyətə münasibətdə göstərdiyi təəssübkeşlik nümunəsinin sonrakı  nəsillərə çatdırılması kimi zəruri bir məqsədə 

xidmət edir.  

Ümummilli lider Heydər  Əliyev haqqında, onun milli mədəniyyətə  və  ədəbiyyatımıza qayğısı barədə xalq yazıçısı 

Anarın, xalq yazıçısı Elçinin, görkəmli ədib Hüseynbala Mirələmovun, Mövlud Süleymanlının əsərləri böyük əhəmiyyətə 

malikdir.  

Xalq yazıçısı Anar "Unudulmaz görüşlər"  əsərində bu böyük insan, işıqlı ziyalı, ustad dövlət rəhbəri haqqında onu 

yaxından tanıyan bir böyük ədibin, görkəmli mədəniyyət xadiminin son dərəcə qiymətli xatirə, təəssürat və mülahizələri 

cəmlənib. 

Qeyd edək ki, “Unudulmaz görüşlər”  əsərini yazarkən yazıçı müasiri olduğu, dəfələrlə bir-birindən maraqlı, 

yaddaqalan fikir mübadiləsi apardığı, yaxından müşahidə etdiyi qüdrətli bir şəxsiyyətin portretinə məhz Anar prizmasından 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   513   514   515   516   517   518   519   520   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin