II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
296
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
tərzinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi
üçün imkan verir. Tərbiyə psixologiyası şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını,
məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını aşkara çıxarmaq vasitəsilə şəxsiyyəti müəyyən edən xarakterik
keyfiyyətlərin formalaşmasına imkan yaradan təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkanun
dediyi kimi tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil bu prosesdə özünün təcrübəsini, özünün etirazlarını,
özünün inamını kiçik nəslə verir.Tərbiyə daxili və xarici amillərin təsiri ilə şəxsiyyətin inkişaf istiqamətlərinin idarə
olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti ilk növbədə cəlb edən
tərəflərdəndir. Bu baxımdan, birinci növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə, şəxsiyyətin strukturu, əlamət və
keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz
şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt
tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin
formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam
halında tərbiyə etmək lazımdır.
Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Başqa sözlə,
məktəbin və müəllimin imkanları çərçivəsində, şəxsiyyətin formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi
qarşıya çıxır.Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi
şagird şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri aradan
qaldırmaqsa yenidəntərbiyə işi tələb edir ki, bu da yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyükməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin
idarə olunmasından ibarətdir.Ona görə də bu proses özünün psixoloji mexanizminə malikdir. Bu mexanizmi nəzərə almadan
tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Burada birinci növbədə tərbiyə prosesinin mahiyyətini
təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-biri ilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir:
a) tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri;
b) tərbiyənin məqsədi;
c) tərbiyə prosesində istifadə olunan yollar.
Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə
alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları,
qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər.
Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin
uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-
ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir.
Dostları ilə paylaş: |