II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
297
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
cür fədakarlıq etməyə hazırdır. Səfər üçün lazım olan bütün ehtiyaclarını da dövlətindən heç nə ummadan, şəxsi vəsaiti
hesabına ödəməyi öz öhdəsinə götürür. O, Ş.İ.Xətai obrazının bədii təsvirini verərkən onun özünün hansısa bir qəhrəmanla
olan mükaliməsi ilə deyil, hekayədəki digər obrazların arasında olan dialoqlar vasitəsilə onun barəsində təsəvvür yaratmağa
çalışmışdır. Onların arasındakı dialoqlar obrazların mənəvi dünyasını dərk etməyə yardım göstərir. Bu dialoqdan Muhsin
Çələbinin qorxmaz, cəsarətli, vətənini sevən bir insan olması ortaya çıxırsa, həm də Şah İsmayıl obrazı haqqında da
yazıçının düşüncələri ortaya qoyulur. Belə ki, Muhsin Çələbi Şahın hüzuruna pembe incili kaftanı geyinmək üçün bütün
varidatından keçir. Muhsin Çələbinin Şah İsmayılla görüşə xüsusi hazırlaşması, həm də Xətainin qüdrətli bir hökmdar
olmasını göstərir. Sədrəzəm Muhsin Çələbiyə müflis olacağını deyəndə o, “devletten hep alınmaz ya.. bir az da verilir!”-
deyə, cavab verir. Bir türk üçün vətənə, dövlətə olan sevgisi hər cür var-dövlətdən üstündür.
Dialoqlar, yalnız, bir neçə nəfərin üz-üzə oturub apardığı adi söhbət və mükalimə deyildir, həm də bədii ifadə
vasitəsidir, daha doğrusu, insan mənəviyyatının mürəkkəb, çoxçalarlı hiss və duyğularının tərcümanı, real, əyani əks-
sədasıdır. Hekayədə Muhsin Çələbi Şah sarayına gəlir, məktubu verdikdən sonra oturmağa yer olmadığını görür. Düşünür
ki, onu bilərəkdən ayaqüstə saxlatmaqla təmsil etdiyi dövləti də aşağılamaq istəyirlər. Bundan sonra o, pembe incili kaftanı
yerə sərir və onun üzərində əyləşir. Sarayı tərk edib gedəndə Şahın xidmətçiləri ona kaftanını unutduğunu deyəndə o, belə
cavab verir: “–Hayır, unutmuyorum. Onu size bırakıyorum. Sarayınızda büyük bir padişah elçisini oturtacak seccadeniz,
şilteniz yok. Hem bir türk, yere serdiyi şeyi bir daha arkasına koymaz...”
Dialoqdan aydın olur ki, Muhsin Çələbi bir elçi kimi nə qədər cəsurdursa, Ş.İ.Xətai də bir hökmdar kimi o qədər
qüdrətlidir. Əgər əsərin əvvəlində Şahın hüzuruna gələn elçilərin müxtəlif şəkildə öldürüldüyü qeyd olunursa, hekayənin
sonunda bunun tam əksini görürük. Muhsin Çələbinin sədrəzəmə dediyi sözlərdən aydın olur ki, zamanın bir çox hakimləri
öz mövqelərinə yaltaqlıq etməklə, əl-ayaq öpməklə yüksəliblər. Qarşılarında mərt, doğru adam görəndə onu məhv etməyə
çalışıblar. Ancaq Ş.İ.Xətai belə şahlardan deyil. O, Muhsin Çələbinin mərd, cəsur olduğunu görür və onu öldürmür.
Ş.İ.Xətai mərd olduğu üçün mərdi də qiymətləndirir və onun mənsub olduğu dövlətə sevgisini dəyərləndirir. Qarşısına çıxan
cəsur elçini öldürməyi öz şahlıq adına yaraşdırmır.
Tarixi şəxsiyyətin bədii təsvirini yaradarkən Ö.Seyfəddin qüdrətli bir sənətkar kimi dialoqlardan çox ustalıqla istifadə
etmişdir.
Dostları ilə paylaş: |