Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə524/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   520   521   522   523   524   525   526   527   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

298 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

      Adı çəkilən qəzet və jurnallarda, saytlarda dərc olunan məqalələr yeni dövr Azərbaycan tənqidinin ümumi mənzərəsini 

əks etdirməyə imkan verir. 

      Azərbaycan tənqidinin yaranma ve inkişaf tarixinə diqqət yetirsək görərik ki, yeni dövr tənqidimiz öz müstəqilliyi və 

əhatə dairəsinin genişliyi ilə seçilir. Azərbaycan tənqidi elə bir dövrə qədəm qoymuşdur ki, tənqid hər tərəfli inkişaf edir. Bu 

inkişafı təkcə qəzet ve jurnalların nəşri ve internetle bağlamaq da düzgün fikir olmaz. Bu inkişafın başlıca səbəblərindən biri 

də ədəbiyyatın inkişafıdır. Düzdür ədəbiyyatımıza nəzər salsaq yazıçılar və yaradılan əsərlərin sayının müqayisəsi zamanı 

görərik ki vəziyyət o dərəcədə ürək açan deyil. Ancaq buna baxmayaraq son dövrdə yaradılmış sanballı  əsərlər tənqidin 

müzakirə obyektinə çevrilmişdir. Aqil Abbasın “Dolu” romanı, Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı və.s əsərlər 

buna misaldır. 

      Bütün bu qeyd olunanlarla yanaşı tənqidin bədii mətnə yanaşması son dövrlərdə  nisbətən sistemli, prosessual yanaşma 

ilə  əvəzlənməyə başlayıb. Nəticədə xeyli monoqrafiyalar, kitablar ərsəyə  gəlib. Cavanşir Yusiflinin Əli Kərim, Ramiz 

Rövşən, Vaqif Yusiflinin Fikrət Qoca, Musa Yaqub, İltifat Saleh, Bəsti Əlibəylinin Əli İldırımoğlunun yaradıcılığıdan bəhs 

edən monoqrafiyaları, Əsəd Cahangirin Xalq yazıçısi Anar və Günel Anarqızının əsərləri ilə bağlı “Ağ saç-qara saç” kitabı 

və s əsərlər peşəkarlıq baxımından diqqəti cəlb edir. 

      Ədəbi faktların müxtəlif yönlərdən izlənməsində bilavasitə  və birbaşa tənqiddə olan yazarların hər bir iştirak edir. 

Nizami Cəfərov, Nizaməddin  Şəmsizadə, Arif Əmrahoğlu, Kamal Abdulla, Vaqif Yusifli, Cavanşir Yusifli, Azər Turan

Əsəd Cahangir, Bəsti  Əlibəyli, Elnarə Akimova, gənc nümayəndələrdən Qanturalı, Maral Yaqubova və başqaları belə 

şəxslərdəndir. 

      Ədəbi tənqid  ədəbi proseslə  sıx  əlaqədədir. Bizə  məlumdur ki, hər dövr tənqidinin öz problemləri var. Bu baxımdan 

Xalq yazıçısı  tənqidçi-ədəbiyyatşünas Elçinin “Muasir dövrdə Azərbaycan  ədəbi tənqidinin yaradıcılıq problemləri” 

məqaləsi diqqətə layiqdir.  

      Muasir dövr tənqidinin çox qabaqcıl fəal gənc simaları vardır ki, onlar məqalələrin daha çox internetdə yerləşdirirlər. 

“Köşə yazarı” kimi fəaliyyət göstərən bu gənc tənqidçilər  ədəbiyyatımıza və  tənqidimizə canlılıq gətirirlər. Onların 

məqalələrində əsərlər daha çox dünya ədəbiyyatı ilə müqayisədə tənqid olunur. Bu isə öz növbəsində daha sanballı əsərlərin 

yaranmasına gətirib çıxarır. Fikrimcə bu çox müsbət haldır. Belə ki, ədəbiyyatımız yeni inkişaf yoluna qədəm qoyduğu bir 

vaxtda bu cür məqalələrə çox ehtiyac vardır. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   520   521   522   523   524   525   526   527   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin