Microsoft Word Materiallar Full


AZƏRBAYCAN TƏNQİDİNİN İNKİŞAFINDA İNTERNETİN



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə523/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   519   520   521   522   523   524   525   526   ...   1149
AZƏRBAYCAN TƏNQİDİNİN İNKİŞAFINDA İNTERNETİN,  

QƏZET VƏ JURNALLARIN ROLU

 

 

Sərvər SƏFƏROV 

Bakı Slavyan Universiteti 



seferov.server@mail.ru 

 

      Hər bir dövrün ədəbi tənqidinin öyrənilməsi tədqiqatçılar üçün hər zaman aktual mövzu olmuşdur. Yeni dövr ədəbi 

tənqidimiz ədəbiyyatımızın inkişafında çox mühim işlər görmüşdür. Qəzet və jurnallarda dərc olunan məqalələrlə bərabər 

internetin də inkişaf etməsi,  ədəbi  əsərlərin elektron variantlarının yaradılması  tənqidin yeni bir mərhələyə  qədəm 

qoymasına gətirib çıxarmışdır. Yeni dövrdə  fəaliyyət göstərən  ədəbi qəzet və jurnallar, bəzi  ədəbi saytlar və burada 

yerləşdirilmiş  tənqidi məqalələr tənqidimizin inkişafına öz tövhəsini vermişdir. Bu baxımdan yeni dövr Azərbaycan 

tənqidinin ətraflı öyrənilməsi böyük əhəmiyyətə malikdir. 

      Yeni dövr tənqidimizin inkişafında “Azərbaycan”, “Ulduz”, “Körpü” jurnallarının, “Ədəbiyyat” və “525-ci” qəzetlərin 

də rolu böyükdür. 1923 ilden neşr olunan “Azerbaycan” jurnalı bir bölməsini xüsusilə tənqidə ayırmışdır Burada bir çox 

görkəmli tənqidçilərin məqalələri müntəzəm olaraq dərc olunur. “Ulduz” jurnalıda öz saylarında tənqidə xüsusi diqqət 

yetirir. “Ədəbiyyat” və “525-ci” qəzetlər də ədəbi fəaliyyəti ilə adı çəkilən jurnallardan geri də qalmır. 

      Yeni  dövr  Azərbaycan tənqidindən danışan zaman onu da qeyd etmək lazımdır ki ilk tənqidi jurnal olan “Körpü” 

jurnalının nəşri tənqidin dahada da canlanmasına səbəb olmuşdur. Bu jurnalın nəşrindən bir müddətdən sonra Tehran 

Əlişanoğlunun redaktorluğu ilə ilk elektron jurnal “tənqid.net” yaradıldı. 

      Internetin inkişafı əsərlərin elektron variantlarının yaradılması tənqidində internetə nüfuz etməsinə gətirib çıxarmışdır. 

Əvvəllər sadecə çap şəklində  çıxan jurnalların, qəzetlərin həm də sayt  şəklində  fəaliyyət göstərməsi və bundan başqa 

mədəni-ədəbi saytların yaradılması tənqidimizə təkan vermişdir. Bu cür saytlar içərisində “kulis.az” və “kult.az”  daha çox 

diqqəti cəlb edir. Xüsusile “kulis.az” da maraq doğuran polimik məqalələr və ədəbi müzakirələr tənqidin inkişafindan xəbər 

verir. Burada həm profossional tənqidçilərin, həm də gənc tənqidçilərin məqalələri müntəzəm olaraq yayımlanır. 

      Biz  yeni  əsərlər işıq üzü görən kimi internetdə onun haqqinda tənqidi məqalələri asanliqla əldə edə bilərik. Buda 

tenqidin inkişafına müsbət təsir göstərir.  İnternetdə  hər bir əsər haqqında çoxlu məqalələr tapmaq olur ki, buda öz 

növbəsində oxucu tənqidini də formalaşdırır. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   519   520   521   522   523   524   525   526   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin