Microsoft Word Materiallar Full


MƏHƏMMƏD FÜZULİNİN ƏSƏRLƏRİNDƏ DAVRANIŞ TƏRBİYƏSİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə519/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   515   516   517   518   519   520   521   522   ...   1149
MƏHƏMMƏD FÜZULİNİN ƏSƏRLƏRİNDƏ DAVRANIŞ TƏRBİYƏSİ 

 

Səlimə MƏMMƏDOVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



quelle@box.az 

 

Bəzən alicənab, tanınmış, cəmiyyətdə  rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə  ən yaxşı fikirlərin 

içində «mədəni insandır» ifadəsinə  də rast gəlinir.  Əslində bu nə deməkdir?  İnsan elə  mədəni olmalıdır. Amma həyat 

göstərir ki, həmişə belə olmur. Bəs kimə  mədəni insan deyilir? Mədəni olmağın  şərtləri çoxdur. Bu, elə bir mənəvi 

məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit, 

aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə 

həqiqətən səliqəli apara bilmək səriştəsi... Bütün bunlar da insanın hərəkətində, danışığında,  ətrafdakılara münasibətdə 

özünü mütləq göstərir.XX əsrin böyük kulturoloqu Əhməd bəy Ağaoğlunun yazdığı “Üç mədəniyyət“ əsərində o, “kültür” 

və ”mədəniyyət“ anlayışmlarını  fərqləndirərək onları daha geniş  və müqayisəli mənaları özündə  əks etdirən real ”həyat 

tərzi” kimi təqdim edir. O yazır: “Mədəniyyət demək - həyat tərzi deməkdir. Bir şərtlə ki, burada həyat qavramının özü də 

ən geniş və əhatəli bir məna daşımalı, həyatın bütün sahə və tərəflərini, maddi və mənəvi olaylarını özündə ehtiva etməlidir. 

Belə olan halda mədəniyyət düşüncə və maraq tərzindən başlayaraq geyim tərzinə qədər olan həyatın bütün təzahürlərini və 

hadisələrini əhatə etmiş olur”. 

Tarixən bütün uğurların, qabiliyyətin başında mədəniyyət dayanıb. Hətta  ən qızğın döyüşlərdə  də  mədəniyyət 

gözlənilməlidir. Tarixən igidlərimiz öz düşmənlərinə arxadan zərbə vurmayıblar. Mədəniyyət  ən iti qılıncdan da kəsərli 

silahdır. Hər bir cəmiyyətdə  tərbiyə  həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer 

tutduğu hazırki dövrdə  gənc nəslin elmi dünyagörüşünə, yüksək  əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş, 

ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi,  əxlaqi saflığı  və fiziki kamilliyi özündə birləşdirən  şəxsiyyət kimi tərbiyə 

olunması, formalaşdırılması  ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata 

keçirilməsində  məktəb və müəllimlər həlledici mövqe tutur. Bununla əlaqədar olaraq məktəb yüksək  əxlaq prinsipləri ilə 

yaşamağa və işləməyə, birgəyaşayış qaydalarına, qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır. 

Tərbiyə psixologiyası şəxsiyyətin əxlaqi-iradi səviyyəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür və anlayışlarının, prinsip 

və inamının, əxlaqi hisslərinin, adətlərinin, başqa adamlara, cəmiyyətə və əməyə münasibətdə ifadə olunan konkret davranış 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   515   516   517   518   519   520   521   522   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin