II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
295
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
baxışını ortaya qoymuşdur. Anar indiyədək Azərbaycanın bir çox parlaq simaları ilə bağlı düşüncələrini qələmə alıb. Xalq
yazıçısının İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov və başqa
görkəmli tarixi simalar barədə yazdıqları bu şəxsiyyətlərə həsr olunmuş ən səviyyəli əsərlər sırasındadır. Yazıçının məhz
Heydər Əliyev haqqında yazdığı əsər digərlərindən bədii əhəmiyyəti və orijinallığı ilə son dərəcədə fərqlənir.
Anar ümumilli lider Heydər Əliyevin adına, şəxsiyyətinə layiq şəkildə qələmə aldığı "Unudulmaz görüşlər" əsərində
Heydər Əliyevin ictimai-siyasi xadim və şəxsiyyət kimi ədəbi portretini bədii ustalıqla yaratmışdır. Əsərdə ümummilli
liderin Azərbaycan xalqı və dövlətinin taleyini öz taleyi hesab edən qüdrətli obrazı yaradılıb. Bu obrazın ən qabarıq ştrixləri
Heydər Əliyevin milli dövlətçiliyin təşəkkülü, bərpası və güclənməsi naminə təxminən 40 illik çoxşaxəli fəaliyyətinə dəqiq
faktlar əsasında baxış hesabına ortaya çıxır. Ümummilli liderin obrazı onun Azərbaycan mədəniyyəti və ədəbiyyatının
davamlı tərəqqisi naminə gördüyü irimiqyaslı işlərə diqqət yönəldilməsilə uğurlu bir şəkildə tamamlanır.
Kitabın "Qalib gəldi, qalib getdi" hissəsində Xalq yazıçısı Anar Heydər Əliyevi bütün fəaliyyəti boyu dəfələrlə
zamanın ağır sınaqlarından uğurla çıxan müzəffər siyasətçi kimi qiymətləndirir. Bu yazıda böyük, qədirbilən bir xalqın
ümummilli liderliyinə yüksələn, bu yolda çeşidli çətinliklərə cəsurluqla sinə gərən qüdrətli siyasi xadimin müstəsna
keyfiyyətləri yüksək bədii ustalıqla təqdim olunur. Anar bu yazıda Heydər Əliyevin öz rəqiblərindən və müasiri olduğu
digər siyasətçilərdən ilk növbədə üstün mənəvi keyfiyyətləri ilə seçildiyini vurğulayır. Müəllif göstərir ki, məhz bu yüksək
insani keyfiyyətlərinə görə Heydər Əliyevin siyasi və rəhbərlik karyerası son dərəcə uğurlu oldu. Bu mənada Anar Heydər
Əliyevi gələcəyin dövlət adamları üçün örnək sayılmalı obraz kimi təqdim edib.
Anarın nəzər yetirdiyi çeşidli detallar dönə-dönə bir həqiqəti təsdiqləyir ki, yaradıcı insanlara Heydər Əliyevin
xeyirxah münasibəti onların istedadının məhsulu olan neçə-neçə əsərin, yüksək sənət nümunəsinin taleyində həlledici rol
oynayıb. "Unudulmaz görüşlər" ədəbiyyat, musiqi, kino, teatr, rəssamlıq, heykəltəraşlıq, memarlıq və başqa sahələrlə bağlı
onlarca bu cür faktı özündə ehtiva edir. Bu əsərdə Anar bədii və siyasi-publisistik dil elementlərini böyük məharətlə
qovuşdurub.
Bir məqamı qeyd etmək istərdik ki, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin bədii obrazı təkcə görkəmli
yazıçıların əsərlərində deyil, bütünlüklə Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Onun zəngin mənəvi dünyası,
şəxsiyyəti, böyüklüyü illər keçsə də, nəsil – nəsil insanlardan ötrü həmişə əvəzsiz bir nümunə olacaqdır.
Dostları ilə paylaş: |