Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə514/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   510   511   512   513   514   515   516   517   ...   1149
 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

292 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

CƏNUBİ AZƏRBAYCAN PUBLİSİSTİKASINDA CƏFƏR XƏNDAN FENOMENİ 

 

Sakibə ƏLƏSGƏROVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



t_raqimli@mail.ru

 

 

1941-ci ildə Azərbaycanın şimalından Cənubi Azərbaycana getmiş yaradıcı insanların içərisində C.Xəndanın olması 

cənublular üçün ilahi bir qismət idi. Onun Cənub haqqında yazılarını oxuyanda xalqın həyatının real, düzgün əksi və 

ürəkdən deyilmiş humanist fikirlərlə üzləşirik. C.Xəndanın istər poeziya, istər tənqid, istərsə  də publisistika sahəsindəki 

istedadı  qədərindən artıq idi. Sovet dövründə Azərbaycanın mühərrir,  ədib və  şairlərinin  əməyi sayəsində  nəşr olunan 

“Vətən yolunda” qəzetini izləyərkən 1941-ci ilin axırından başlayaraq “C.Xəndan”, “C.Hacıyev” imzalı  ədəbi yazılar 

diqqəti daha çox çəkir. Bu yazılarda Cənubi Azərbaycan şairləri və Azərbaycan ədəbiyyatı tarixi haqqında geniş və əhatəli 

təhlillər, zəngin ədəbi-mədəni tariximizin tənqidi analizi məzmunca sosialist meylli olmasına baxmayaraq, həmin dövr üçün 

mədəniyyətimizin inkişafı  və çiçəklənməsi öz əksini tapmışdır. Həmin dövrə  qədər ibtidai şəkildə olsa da, Azərbaycan 

ədəbiyyatı tarixi yaranmışdı. Müntəxabat, siyahılar, xatirələr,  ədəbiyyat tarixi adına bəzi təzkirələr var idi. Ədəbiyyat 

tariximizi elmi surətdə işləmək Cəfər Xəndan kimi korifeylərin üzərinə düşdü.. Cənubi Azərbaycanın tanınmayan, istedadlı 

nümayəndələrinin üzə cıxmasında onun böyük əməyi var.  

“Vətən yolunda” qəzetinin 1945-ci il, 4 fevral sayının ikinci səhifəsində C.Xəndan Cənubi Azərbaycan  şairi 

M.M.Çavuşinin yaradıcılığından bəhs edir, onu xalqlar dostluğundan ilham alan bir şair kimi qiymətləndirir. Sovet 

ordusunun faşizmə qarşı mübarizəsini  əsərlərində  tərənnüm edən Çavuşinin mövqeyi tənqidçini qürurlandırır. O, yazır: 

“İndiki zamanda faşizmə nifrət etməyən  şair böyük şair ola bilməz. Öz vətənini sevən cavan şair Çavuşi... bu cəhəti çox 

gözəl, çox aydın ifadə etmişdir..” 

Çavuşi  İnqilabi Demokratik hərəkat dövrünün ən fəal  şairlərindəndir. Sovet Azərbaycanının da tərkibində olduğu 

SSRİ-nin Almaniya üzərində qələbəsindən ilham alan şair onun şənliyinə şərik olur.: 

Qucağında Nizamilər, Füzulilər bəsləyən, 

Tarixlərdə fəxr eyləyən diyarı var yurdumun. 

C.Xəndan Cənubi Azərbaycan xalqını Çavuşinin timsalında qonşusunun qələbəsindən ilham alan, onun istiqlalına 

hörmət bəsləyən mehriban bir xalq kimi qiymətləndirir. Şairlər yurdu olmuş qocaman Təbrizdən Q.Təbrizi, Xətai, Ləli kimi 

nəhənglər ilham almışdır. İnqilab, mədəniyyət beşiyi olan bu şəhər qəhrəman keçmişə malikdir. Onun qəhrəmanları fədai 

olub, ancaq xoşbəxt həyat uğrunda mübarizələrdən çəkinməyib. Dünyanın gözəli, qoca Şərqin gəlini olan T.Ə.Fitrət, 

Etimad, Çavuşi, Ə.Tudə, B.Azəroğlu, .Pişəvəri vətəni oldu.. C.Xəndan Mir Mehdi Çavuşini 1940-cı illərin Təbriz şairləri 

sırasında öz yurdunun doğma oğlu kimi qiymətləndirir. Dəyanətdən danışan, düşmənin labüd məhvinə inanan Çavuşi 

C.Xəndan üçün qətiyyətli, iradəli, gələcəyə ümid bəsləyən bir şairdir. Çavuşi C.Xəndan qələmiylə qiymətləndiriləndə hələ 

ədəbiyyat aləminə  təzə-təzə addım atırdı. “Mir Mehdi Çavuşi. həm heca, həm də  əruz vəznində  şeirlər yazır. Onun 

yaradıcılığı üçün məzmun mühümdür. Hələ ədəbiyyat aləmində geniş təcrübəsi olmayan bu cavan şairin yaradıcılığı bizə 

böyük ümidlər verir” – fikirlərini yazıya köçürən C.Hacıyev onun istedadını görür və gələcəyinə inanırdı. Çavuşinin çilingər 

dükanında işləyərkən hər vaxt mütaliə etməsi C.Xəndana M.Ə.Sabiri xatırladırdı. “Səndən alıb ilham yazıram, ustad” kimi 

düşüncəsini yazıya köçürən Çavuşi tənqidçini heç də  təəccübləndirmədi. Çünki onun şeirlərində satiranın da mühüm yer 

tutmasını görürdü.  

“Vətən yolunda” qəzetində verilən  əksər yazıların qarşısında bir məqsəd dururdu: “Xalqı inqilabi ruhda tərbiyə 

etmək”. Bu məramın həyata keçirilməsində var gücü ilə əmək sərf edən C.Xəndan xalqı öz keçmişilə də üzləşdirir, gələcək 

ümidi verən istedadlı gəncliyin üzə çıxmasına, yeni ədəbi nümunələrin formalaşmasına çalışırdı. Qəzetin 1945-ci il 2 mart 

sayında uzaq keçmişimizdən xəbər verən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ən qədim və ən əzəmətli yadigarı olan, 

Midiya dövründə yaradılan  Zərdüştün “Avesta”sını  cənublulara tanıtdırır, onu qədim dünya ədəbiyyatının xəzinəsində 

özünəməxsus yeri olan bir inci kimi qiymətləndirir.  

1940-cı illərdən sonra mədəniyyətimiz yüksəlməyə başladı, elmi müəssisələrin sayı artdı, ali məktəblər çoxaldı. Bu 

da alimlərimizin, ədiblərimizin qarşısına şərəfli bir vəzifə qoydu: Azərbaycan ədəbiyyatı tarixini yaratmaq. Çətin və şərəfli 

olan bu vəzifə M.Rəfili, H.Hüseynov, M.Arif, H.Araslı, F.Qasımzadə, M.Cəlal və s. kimi korifey ədəbiyyatşünasları, o vaxt 

hələ elmi işçi olan M.Təhmasibi, M.Rzaquluzadəni ağır bir kursun – “Azərbaycan ədəbiyyatı tarixi”ni yaratmağın ətrafında 

birləşdirdi. C.Xəndan bu işi çox yüksək qiymətləndirirdi. Qəzetin 2 mart 1945-ci il sayındakı  məqaləsində yazırdı:”İstər 

sovet Azərbaycanı, istərsə də Cənubi Azərbaycanda yaranmış zəngin ədəbiyyatdan ətraflı surətdə bəhs edən bu kitablar elm 

aləminin böyük hüsn-rəğbətini qazanmışdır.” O vaxt hələ ədəbiyyatşünaslıq elmləri namizədi olan C.Hacıyev bir akademik 

mənəviyyatı ilə publisistikada ədəbiyyatımızı  və  mədəniyyətimizi təbliğ edir, ədəbiyyatımızın tarixi baxımdan sistemə 

salınmasına  əmək sərf edirdi. Şimali Azərbaycanda Böyük Vətən Müharibəsinin, Cənubda İnqilabi Demokratik hərəkatın 

gərgin vaxtında belə xalqın keçmişini və gələcəyini qoruma altına almaq kimi bir ağır missiyanın daşıyıcısı olmaq, yaxud 

onun çox ağırlığını öz üzərinə götürmək, qeyrət və mənəvi güc tələb edir.  





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   510   511   512   513   514   515   516   517   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin