Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə526/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   522   523   524   525   526   527   528   529   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

299 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

nail olur. Ölüm qarşısında insanın dəyişkənliyini biz hökmdar surətində görürük. Məzlumlara qan udduran, yüz minlərlə 

insanın məhvinə fərman verən hökmdar ölümün qarşısında acizdir və onun yazıq bir məxluqa çevrilməsinin şahidi oluruq. 

Onun gözlərinin beş yaşlı uşağın gözlərinə bənzəməsi də təsadüfi deyil, insan kimliyindən asılı olmayaraq insandır və o, son 

anda-ölüm ayağında ilkinliyinə qayıdır. Nəhayət bir növ insanların günahlarını ölçən mizan-tərəzi rolunu oynayan Baba 

Kahanın lənətinə tuş gəlir. 

Əsərdə ölüm qorxusunu Zülfiqar kişi surətində  də müşahidə edirik. Ona ölümü qorxulu edən vicdan hissi idi. 

Salahovun təkidi ilə Sarıca oğlu Məhəmmədi yalvarışlarına məhəl qoymayaraq öldürmüş və iki balasının da məhvinə səbəb 

olmuşdur. Zülfiqar kişi surətini müşahidə edərkən görürük ki, insan ölümə yaxınlaşdıqca geriyə daha çox baxmağa başlayır. 

İnsanın ömür boyu etdiyi səhvləri, günahları və səvabları ölümqabağı ona dünən kimi daha yaxın olur. Zülfiqar kişi də bu 

duyğuları keçirirdi, peşmançılıq hissləri onu rahat qoymurdu. Yazıçı ölümqabağı insan psixologiyasını, mənəvi və daxili 

aləmini  əsər boyu aydın  əks etdirmişdir. Buradan belə  nəticəyə  gəlmək olar ki, insan həyatı anlamağa başlayanda həyat 

qurtarır. Necə ki, həkim Mahmudun tatar Temiri anladığı bir anda, artıq dünyaya başqa nəzərlə baxmağa başladığı bir anda 

onun da həyatı qurtarır. Eləcə də xəstəliyə tutulmuş adam. O, uzun bir vaxdır ki, düşüncələrindəki bağlı qapıları açmağa 

çalışır. “Xəstə, neyçinsə, yerindən tərpənmək istəmədi, düz həyətin ortasında tikilmiş taxda ayaqyoluna baxa-baxa qaldı: 

ayaqyolunun da qapısı kip bağlı idi və  xəstəyə elə  gəldi ki, o, nə üzbəüzdəki qapını, nə  də arxasındakı qapını daha aça 

bilməyəcək. Lap üşüdü və elə həmin anda da, hardasa başında isti bir qapı açıldı: xəstənin gözləri doldu, çünki bu açılan 

qapı beynindəki kilidli qapılardan birisiydi- taxta ayaq yolunun qabağında pişik boyda bir siçovul dayanıb xəstəyə baxırdı. 

Xəstə Kirlikiri tanıdı.  İnanan inansın, inanmayan inanmasın...”  Əsərdə görürük ki, insanın özünüdərki onu ədalətsizliyin 

düşməni, düzlüyün mizan-tərəzisi olan Baba Kahaya qovuşdurur.Xəstənin də gözlərində iki ulduz parıldadı və Baba Kahaya 

doğru üz tutdu. 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   522   523   524   525   526   527   528   529   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin