II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
300
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
HEYDƏR ƏLİYEV İRSİNİN TƏBLİĞİNDƏ MİLLİ İNFORMASİYA NƏŞRLƏRİNİN ROLU
Solmaz SADIQOVA
Bakı Dövlət Universiteti
solmaz_bdu@mail.ru
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamında deyildiyi kimi, “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu,
vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə
Heydər Əliyevin adı ilə bağlıdır. Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və
Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan
mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir.”
Ümummilli liderimiz Heydər Əliyevin irsi öyrənilir və təbliğ edilir, gələcək nəsillərə ötürülür. Ulu öndərimiz Heydər
Əliyevin zəngin və hərtərəfli siyasi irsini özündə cəmləşdirən kitabların, biblioqrafik vəsaitlərin hazırlanması böyük
əhəmiyyət kəsb edir.
Milli informasiya nəşrlərinə birinci növbədə çap olunmuş ilkin sənədləri qeyd etmək lazımdır. Belə ilkin
mənbələrdən Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 cildliyini qeyd etmək
lazımdır (1997-2013) .
Türkiyənin Dialoq-Avrasiya Platformunun “DA Yayıncılık” nəşriyyatı Hidayət Orucovun “Heydər Əliyev və
Azərbaycanda milli siyasət” kitabını türk dilində nəşr etmişdir. Türkdilli oxuculara ərməğan olunan kitab müəllifin
“Ekiz qardaşıma” adlı ön sözü ilə açılır. Oxucuya xitab olan ilk sözdə Azərbaycan - Türkiyə münasibətlərinin milli-mənəvi
kökləri xatırlanıb, “Azərbaycanın sevinci - sevincimiz, kədəri - kədərimizdir” deyən Atatürkün, “Biz bir millət, iki dövlətik”
deyən Ulu öndər Heydər Əliyevin konseptual fikirləri istiqamətində hazırkı əlaqələrin bəzi aspektlərinə toxunulmuşdur.
Ümummilli lider Heydər Əliyev irsinin biblioqrafiyalaşdırılması sahəsində mühüm işlər görülmüşdür. “Dünyanın
görkəmli dövlət xadimləri” seriyasından olan “Heydər Əliyev: Biblioqrafik məlumat kitabı” (2003) müstəqil Azərbaycan
dövlətçiliyinin inkişafında və möhkəmləndirilməsində misilsiz rolu olan Heydər Əliyev irsinin biblioqrafiyalaşdırılması
sahəsində atılan ilk addımdır.
4 hissə, 8 bölmədə qruplaşdırılmış mənbələr xronoloji ardıcıllıqla düzülmüşdür. Biblioqrafik məlumat kitabının
“Heydər Əliyev haqqında ədəbiyyat” adlanan III hissəsində 8 yarımbölmənin verilməsi onun dəyərini daha da artırır. Bu
bölmələr: “Böyük həyat yolundan səhifələr”, “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, “Azərbaycan sosial-
iqtisadi inkişafında Heydər Əliyev mərhələsi”, “Heydər Əliyev və Azərbaycan Respublikasının neft strategiyası”, “Heydər
Əliyev irsində Azərbaycan dili və ədəbiyyatı məsələləri”, “Heydər Əliyev və Azərbaycanda elm, təhsil, mədəniyyət və
incəsənətin inkişafı”, “Azərbaycan ədəbiyyatında Heydər Əliyev surəti vəs. adlanır ki, bu da gənclərimizin mənəvi-əxlaqi
və vətənpərvərlik tərbiyəsində, Heydər Əliyev irsinin öyrənilməsində əhəmiyyətini artırır.
“Heydər Əliyev: Biblioqrafik məlumat kitabı”nın Azərbaycan, rus və ingilis dillərində elektron diski də oxucuların
istifadəsinə verilmişdir.
Digər biblioqrafik göstərici “Heydər Əliyev və Azərbaycan elmi” adlanır. Biblioqrafik göstərici 2010-cu ildə ulu
öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuşdur. Bu biblioqrafik göstəricinin
məqsədi Azərbaycan elminin inkişafı sahəsində ümummilli liderin imzaladığı rəsmi sənədlər, elm xadimlərinə verdiyi fəxri
adlar və mükafatlar, Azərbaycanın və dünyanın elm xadimlərinin Heydər Əliyev irsinə verdiyi qiymət, Azərbaycan elminin
beynəlxalq əlaqələri, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Heydər Əliyev irsinin təbliği”
şöbəsinin fonduna daxil olan sənəd və informasiya resursları haqqında oxuculara məlumat verməkdir.
Ümummilli liderə həsr olunmuş biblioqrafik mənbələrdən biri də Heydər Əliyev fondunun fəaliyyətinin 5 illiyinə
həsr olunmuşdur. Biblioqrafik vəsait 2009-cu ildə M.F.Axundov adına Milli Kitabxana tərəfindən çap edilmişdir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu 2004-cü ildə ulu öndərin siyasətini əks etdirmək, yaratdığı milli
dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılmışdır. Göstəricinin sonunda istifadəni
asanlaşdırmaq üçün “Müəlliflərin əlifba göstəricisi”,”Sərlövhələrin əlifba göstəricisi”,”İstifadə olunmuş qəzet və jurnalların
siyahısı”adlı köməkçi göstəricilərin verilməsi onun informasiya potensialını artırmışdır.
.Ulu öndərə həsr olunmuş informasiya nəşrlərindən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I-IX
cildlərinin köməkçi aparatı) (Qeydlər, mövzu coğrafi və şəxsi adlar göstəricisi) “ 2008 - ci ildə çap olunmuşdur.Ümummilli
lider, ulu öndər, XX əsrin görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyətini əks etdirən
“Müstəqilliyimiz əbədidir” çoxcildliyi 1997-ci ildən nəşr olunmağa başlanmış və kitabın 46 cildi çapdan
çıxmışdır.Respublika ictimaiyyətinin, müəllimlərin, dövlət qulluqçularının və tədqiqat aparan bütün aparıcı mütəxəssislərin
bu kitaba olan böyük tələbatı və marağı nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.F.Axundov
adına Milli Kitabxana tərəfindən çoxcildliyin 1-9-cu cildlərinin (qeydlər,mövzu, şəxsi və coğrafi adlar göstəricisi) köməkçi
göstəricisi tərtib edilmişdir.
|