Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə536/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   532   533   534   535   536   537   538   539   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

304 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Əsərin ilk səhifəsində yaradılan bədii ziddiyyət oxucuda çaşqınlıq yaradır. Çünki vediyi iki cümləlik fikirdən sonra 

əminliklə "Var cəhənnəm",- deyir. Bu ifadə o qədər inandırıcı səslənir ki, artıq şübhə etmirsən. Üstəlik müəllif ənənəsinə 

sadiq qalaraq burda da öz dilindən danışır və hadisələri şahidlik yolu ilə izah edir.  

Bu dünyadan sonra başqa bir dünyanın olduğunu mifik düşüncə də, bütün dinlər də söyləməkdədir.  

Və beləcə oxucusuna "fantastikasız fantastika" deyə-deyə  gərgin, düşündürücü, beyni şoka salan fikirlərlə bir həzz 

yaşadır. Oxucu kitabı əlindən yerə qoyduğu zaman ağlından keçən ilk olan budur: görəsən bunlar doğru ola bilərmi? Bu isə 

yazıçının məqsədinə çatması, ideyasına inandırması deməkdir.  

*** 

İsa Muğanna "İdeal" əsərində oda olan münasibətini bəyan etmiş, onu "həqiqət" adlandırmışdır.  Türk mifologiyasına 



diqqət etsək, oda münasibət İslam dinindən və şərq fəlsəfəindən tamamilə fərqlidir. Qədim türk xaqanlarının yanına gələn 

elçilərin odun arasından keçirilməsi və ya tullandırılması saflaşma  əlaməti idi.  Od Qədim türklərə görə ocağın (ev, ailə) 

ruhunu özündə ehtiva edirdi. Şamanizmə görə də hər kəs öz odunun, yəni ocağının ruhunu qorumalı idi. Odu sönmək, ruhun 

ölümü demək idi. İsa Muağannaya görə,  təhrif ayələr, təhrif fikirlər Odun mahiyyətini dəyişib.    

Əsər boyunca oxucu İsa Muğannanın cəhənnəm anlayışı və mahiyyəti ilə tanış olur. Müəllifə görə Quranda haqqında 

danışılan, təfsirlərdə izahı verilməyə çalışılan cəhənnəm odu heç də  təqdim edildiyi kimi deyil. Bizim başa düşdüyümüz 

kimi tonqal qalayıb insanları milyon dərəcə selsi istilik əldə edib odda yandırmaq sadəcə  təhrifdir. Çünki ideal heç bir  

zaman materiya ola bilməz.  İnsan sözdür, insan işıqdır, insan vicdandır. Onu yandırsa, yandırsa vicadn əzabı yandırar. 

Yuxarıda deyilənlər isə sadəcə cahil insanı qandırmaq üçün işə yaraya bilər.  

*** 


"Cəhənnəm" romanı fantastika janrının da ədəbiyyatımız üçün maraqlı nümunələrindəndir.   Romanın növləri 

baxımından yanaşsaq, tarixi-fəlsəfi roman adını da vermək mümkündür. Çünki əsərdə Azərbaycanın cənublu, şimallı tarixi 

taleyi üzərində qurulan süjet, daha çox müəllifin təxəyülünün sayəsində genişlənib. Müəllifin təqdim etdiyi faktlar, 

ümumiləşdirilmiş Bünyad, Səməd, Musa, xalq obrazı Muğannalar və onların tarixi keçmişi həqiqətləri əsərin tarixi roman 

janrına yaxınlığını göstərir. Lakin əsərdə Səməd Əmirlinin, Qumralın, Sərvinazın, Musanın bəşər övladı və Tanrı kultuna 

özünəməxsus münasibəti, Cəhhənnəm və Cənnət kimi fəlsəfi bir ideyanın problematikası əsərə fəlsəfi bir roman ab-havası 

gətirir. 

Roman içində roman yanaşması baxımından, mövzu, ideya, yozumların mistika ilə siyasətin vəhdəti aspektindən  

"Cəhənnəm" romanı Mixail Bulgakovun "Master və Marqarita" romanını xatırladır. Digər bir tərəfdən də mövzu Hötenin 

"Faust", Hüseyn Cavidin "İblis" əsərlərində də öz həllini geniş tapıb.  

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   532   533   534   535   536   537   538   539   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin