Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə534/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   530   531   532   533   534   535   536   537   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

303 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

boyun  əymək məcburiyyətində qalan, etiraz etmək istəsələr belə, bunun faydasızlığını anlayan, cahilliyin qurbanına 

çevrilən, qayğılarla yüklənmiş obraz olaraq təsvir etmişdi.  

“Danabaş kəndinin əhvalatları” povestində taleyi ilə barışmaq istəməyən, öz etirazını bildirsə də, dövrün ona nahaqq 

etirazını qəbul etmək məcburiyyətində qalan Zeynəb yazıçnın ən uğurlu qadın obrazları sırasına daxildir. Zeynəbin taleyinə 

qarşı çıxması bir qadının simasında dövrün yazılmamış, qeyri qanuni qanunları ilə razılaşmaması ilə əlaqəlidir. Xudayar bəy 

Zeynəbin ərinə sadiq olmasına baxmayaraq, “dosutunun” var-dövlətinə sahib olmaq üçün qadını bir vasitə olaraq görür və 

onun göz yaşlarına məhəl qoymadan bu murdar niyyətini həyata keçirməkdən əl çəkmir. Povestdə yer alan surətlər içində 

Ziba, Fizzə, Şərəf və İzzət adlı qadın obrazları da dövrün onlara rəva gördüyü tale ilə barışmalı olurlar. 

C.Məmmədquluzadənin nəsr  əsərlərində yer alan qadın obrazlarının  əksəriyyəti ictimai qanunların qurbanlarına 

çevrilirlər. Onların taleləri özləri tərfindən deyil, digərləri tərəfindən həll olunur. Xüsusilə, ailə həyatı qurmaq məsələsində 

bu naçar qalan qızların ürək ağrıdıcı məqamlarını yazıçı aydın və açıq şəkildə göstərməyə ciddi şəkildə cəhd etmişdir.  

“Qəssab” hekayində  Məşədi Məhəmmədəlinin qızını övrət etmək istəyən Qəssab Şamilin bu niyyətinə cavab olaraq 

həmin ailəyə yaxşı ət verib, verməməsindən asılı olaraq dəyişir. Belə ki, əgər Məşədi Məhəmmədəli qəssabın verdiyi ətdən 

razı qalırsa, o zaman qızını ona vermək istəyini bildirir. Əks halda isə bu niyyətindən əl çəkir. Sonda bu arzusunu nail olan  

Məşədi Məhəmmədəlinin simasında bir daha qızının taleyinə biganə ata obrazı ilə qarşılaşmış oluruq. 

Zirvələri fəth etmiş yazıçının bir neçə nəsr əsərində yer alan qadın obrazlarını onların hallarına acıyaraq təkcə ağrı-acı 

ilə yüklənmiş  şəkildə  təsvir etməmişdir. Bu tip əsərlərdə komik qadın obrazlarına yer verməklə onların xarakterlərini 

açmağa müvəffəq olmuşdur. Düzdür, bu tipləri gülüş obyektinə çevirən onların maarifsizlikləri ilə əlaqəli olsa da, bu gülüşü 

“şirin gülüş” adlandırmaq olar. “Pirverdinin xoruzu” əsərində yer alan qadın obrazı olaraq Həlimə xalaya diqqət yetirsək, 

görərik ki, yazıçı bu obraz vasitəsilə komik qadın obrazını yaratmağa nail olmuşdur. Belə ki, Həlimə xala çörək bişirərkən 

yardıma ehtiyacı olduğu üçün əri Qasım əmini başqa kənddən bacısı Zibeydəni gətirməyə göndərir. Bundan cana gəlmiş kişi 

məcbur kəndə yollanır. Lakin Molla Cəfərin məsləhəti ilə  Pərinisə adlı bir qadını özünə övrət edib, geri dönür. Sonda 

qadınların yollaşa bilməməsi onları gülüş obyektinə çevirir. 

Əsrlər keçməsinə baxmayaraq, bu məsələlər hələ də bəzi bölgələrimizdə öz aktuallığını qoruyub saxlamaqdadır. Ürək 

açıcı məqam olmasa da, bunu etiraf etmək məcburiyyətindəyik. Nəzərə alsaq ki, demokratik bir ölkədə bu cür məsələlərin 

öz əksini tapması gələcək nəsillər üçün nümunəvi bir yol deyil. Bu məsələni köklü şəkildə həll etmək üçün ilk öncə xalqın 

təfəkküründən bu cür yad anlayışları silmək lazımdı. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   530   531   532   533   534   535   536   537   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin