II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
302
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
yaxından bələd olan yazıçı bu mühitə də nüfuz edə bilmiş və nəticədə uşaqların marağına səbəb olan bitkin bir nəsr əsərı
yaratmağa nail olmuşdur.
Yaxud, bu yaxınlarda Belorus Respublikasında keçirilmiş uşaq nəsri müsabiqəsində Zahid Xəlilin əsərləri belorus
oxucularının və ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş və o, yekdilliklə birinci yerə layiq görülmüşdür. Əlbəttə ki, Zahid
Xəlilin bu son uğurları Azərbaycan uşaq ədəbiyyatının bu gününün və sabahının növbəti uğurlarının həm başlanğıcı və həm
davamıdır desək heç də yanılmarıq.
Keçən əsrin 80-ci illərində ədəbi mühitdə görünən, yeni yaradıcılıq üslubu ilə müasirlərindən fərqlənən və bu gün öz
yaradıcılıq imkanlarını daha da genişləndirərək yeni-yeni orijinal əsərlər qələmə alan Qəşəm İsabəylinin milli uşaq
ədəbiyyatımızın inkişafındakı danılmaz rolunu müsbət dəyərləndirməliyik. Onun bir-birinin ardınca çap etdirdiyi “Üüü...”
(1990), “Elnur, Əkil və onların başına gələnlər” (2004), “Ay külək, nə əsirsən”, “Samur at minir” (2006), “Bu şəhər mənə
göz dağı olub” (2011), “Cin” (2013) və sair adda müxtəlif janrlı əsərləri oxucuların masaüstü kitablarındandır.
Dostları ilə paylaş: |