Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə539/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   535   536   537   538   539   540   541   542   ...   1149
 

 

İ.ŞIXLININ «DƏLİ KÜR» ROMANINDA MÜASİRLİK PROBLEMİ VƏ ƏDƏBİ TƏNQİD 

 

Təranə RƏHİMLİ 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



traqimli@gmail.com

 

 

İsmayıl  Şıxlının «Dəli Kür» romanı yazıldığı dövrün stereotiplərinin  əleyhinə olaraq İ.Şıxlının sosrealizmin mövzu 

standartlarını qırdığı, soy-kökə, milli-tarixi varlığa möhkəm tellərlə bağlılığı əks etdirdiyi bir əsər kimi meydana çıxmışdı. 

Tənqid «böyük romanlarımızın başlıca məziyyətlərinin – cəmiyyətin inkişaf qanunauyğunluqlarının, tarixin aparıcı 

meyllərinin, dövrün tipik cəhətlərinin bu əsərdə ön plana çəkildiyini, dinamikanı, xarakterlərin, süjet xəttinin, mətləbin 

inkişafını  şərtləndirən müəyyənedici amilə çevrildiyini» müşahidə edirdi. Məhz bu keyfiyyətlərinə görə romanın bədii 

nəsrimizin müasirlik axtarışlarına son dərəcə qüvvətli təsir göstərdiyi vurğulanırdı. “Dəli Kür” haqqında ilk tənqidi 

məqalənin müəllifi Əhəd Hüseynov əsərdəki «təzə, təravətli keyfiyyətləri» – müasirliyi, novatorluğu romanın ümumilikdə 

pafosunu, ruhunu ehtiva edən məziyyətlərlə, yeniliyin köhnəlik, maarifin cəhalət, həyat və mübarizə  eşqinin itaətkarlıq 

üzərində qələbəsi ilə izah edir. 

M.Hüseyn, Q.Xəlilov və T.Hüseynoğlu da əsərdə tarixiliklə müasirliyin vəhdəti prinsipinin gözləndiyini vurğulayırlar. 

«Mükəmməl tarixi roman nəinki mövzu və materialı, həmçinin ideyası etibarilə zəngin olmalıdır. Bu zənginlik tarixiliklə 

müasirliyin dialektik əlaqə  və  vəhdətində  təzahür edir» – məntiqi mülahizəsi ilə  çıxış edən T.Hüseynoğlu «Söz – tarixin 

yuvası» (2000) adlı  tədqiqatında.bu  əlaqə  və  vəhdəti milli tarixi romanın  ən mükəmməl nümunələrindən biri kimi «Dəli 

Kür»də müşahidə edir. Tofiq Hüseynoğlu əsərin yazıçı istedadının mühüm bir cəhətini, onun müasirlik haqqında anlayış və 

təsəvvürlərinin genişliyini meydana çıxardığını göstərir, İ.Şıxlının tarixi mövzuda, xalq həyatının keçmişindən yazanda belə 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   535   536   537   538   539   540   541   542   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin