İSMAYIL ŞIXLININ “DƏLİ KÜR” ROMANINDA FOLKLOR MOTİVİ
Turan SADIQLI
Bakı Slavyan Universiteti
turansadiqli@yahoo.com
İsmayıl Şıxlının “Dəli Kür” romanında toxunduğu mühüm məsələlərdən biri folklor məsələsidir. Belə ki, yazıçı xalq
ruhuna, milli xalq kolorotinə dərindən bağlı idi və əsərlərində həmişə bu kimi məsələləri diqqət mərkəzinə çəkmişdir. Onun
ruhundakı millilik ideyası, adət-ənənələrə köklü surətdə bağlılıq əsərlərinin də ruhuna və canına, qanına hopmuşdu.
Müəllifin dilində folklor mətninə müraciət olunması bir sıra hallarda baş vermişdir. Belə ki, yazıçı ayrı-ayrı məkanları və
lirik-psixoloji hal və vəziyyətləri təsvir etmək, daha dolğun canlandırmaq məqsədilə folklor motivindən istifadə etmişdir.
Həmçinin müəllif hər hansı bir təbiət mənzərəsini təsvir edərkən həmin məkana daha da emosionallıq, təsirlilik vermək
üçün bu motivə müraciət etmişdir. Bunu romanda Cahandar ağanın oğlu Əşrəfin alaçıqdan çıxıb gəzinərkən anadillərin
səsinə qulaq asmasından və yazıçının məlum əfsanəni romana daxil etməsindən aydın görmək olur: “Lap yaxında anadil
ötdü. Əşrəf bu gözəgörünməz quşların səsini eşidən tək alaçığın qabağındakı palıdın altına getdi. Ağacın gövdəsinə
söykənib susdu.... Anadillərin zil və kədərli səsi eşidilirdi. Əşrəf lap uşaqlıqdan bu quşların qəmli oxumağını dinləyəndə
mütəəssir olurdu. O indi hər şeyi unudaraq meşəyə qulaq asdı”. Yazıçı Əşrəfin eşitdiyi səslərdən sonra keçirtdiyi hissləri
təsvir etdikdən sonra “Anadil quşu” barəsində olan əfsanənin izahını verir. “ Deyilənə görə, onlar vaxtilə insan olmuşlar.
|