Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə538/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   534   535   536   537   538   539   540   541   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

305 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

vermişdir” – o, Xaqani küçəsi, 25 ünvanında “yaşayır”, (bu, Azərbaycan Yazıçılar Birliyinin hal-hazırda yerləşdiyi binanın 

ünvanıdır), ona müraciət edənlərlə əlaqə yaradır və s.  

Demək olar ki, heç bir əsərdə Dronqo ləqəbli insanın  əsil adı  çəkilmir.  İlk dövrlərdə onun zahiri görkəminə görə 

cənublu olduğu, eləcə də italyanlara oxşarlığı qeyd edilir, eləcə də əvvəllər Dronqo, ayama kimi, dırnaqda yazılır, sonralar 

ilə artıq onsuz da indiyə qədər naməlum qalan qəhrəmanın adı tamamilə unudulur və o hamı tərəfindən Dronqo kimi qəbul 

edilir. Dronqonun həm Bakıda, həm də Moskvada eyni interyerə malik evi vardır. O, mühafizəkardır, mütaliəni çox sevir, 

səyahət etməyi xoşlayır, adətən, müəyyən firmanın müəyyən geyim və aksessuarlarından istifadə edir. Peşəsi ilə əlaqədar 

səfərlər etməli, vaxt itkisinə yol verməməkdən ötrü təyyarələrə minməli olur. Təyyarələrlə uçarkən bir neçə  dəfə başına 

hadisələr gəldiyinə görə, hava yollarından istifadə etməyi qətiyyən xoşlamır.  

Dronqo həm yaxşı  kəşfiyyatçıdır, həm də  təhqiqatçıdır – ekspert-analitikdir. Aristokratik zümrələrdə onun nitqində, 

davranışında artıq-əskik heç nə yoxdur, lakin məqamı  gələndə, Dronqo cinayətkarlarla ünsiyyət zamanı  oğru dilindən, 

jarqonlardan da rahat və asanlıqla istifadə edə bilir. Qanunla yanında gəzdirməyə  səlahiyyəti çatdığı silahdan, eləcə  də 

idmançı bədən quruluşu ilə bahəm əlbəyaxa döyüş fəndlərindən istifadə etməyi bacarsa da, fiziki zor işlətməkdən həmişə 

uzaq qaçmağa çalışır. Lakin zəruri an gələndə silaha da, fiziki güc tətbiq etməyə  də  əl atır və  hətta kimisə öldürməsi də 

mümkündür. Janrın tələblərinə uyğun olaraq, o evlənmir. Amma illər sonra İtaliyanın kübar nəslinə  mənsub gözəl bir 

qadınla nikaha girir, hətta dünyaya övladları gəlir. Ailəsi başqa bir ölkədə yaşadığından, həyat yoldaşı və uşaqları ilə çox az-

az ünsiyyət yarada bilir. Lakin gözəlliyə laqeyd qalan insan deyildir, hər bir şəxsin zahiri görkəminə də estet sayağı qiymət 

verir.  

Insan psixologiyasına çox gözəl bələd olan, nəzər-diqqətindən heç bir detal yayınmayan, hadiəsələri düzgün 

qiymətləndirən beynəlxalq səviyyədə tanına biləcək xəfiyyə obrazı  təbii ki, qüsurlara da yol verir, amma bunlar janrın 

tələblərinə uyğun olaraq o qədər də əhəmiyyətli yanlışlıqlar deyildir.  

2002-ci ildə “Yaramazların dairəsi” trilogiyasına daxil olan “Yaramazların qanunu”, “Yaramazların kredosu”, 

“Yaramazların vicdanı”  əsərləri üzrə Rusiyanın NTV kanalının sifarişi ilə Çingiz Abdullayev, Ramil Yamalayevin və 

Zinoviy Royzmanın ssenarisi əsasında sonuncunun rejissorluğu ilə 13 seriyalı “Dronqo” serialı  çəkilmişdir. “Dronqo” 

filmində Dronqo surətini İvar Kalnınş canlandırmışdır. Filmdə hadisələrin inkişafı “qırmızı siyahı”nın axtarışı üzrə gedir.  

2003-cü ildə Çingiz Abdullayev və Yelena Karavayeşnikova ilə birgə ssenarisi üzrə Valeri Uskov və Vladimir 

Krasnopolskinin rejissorluğu ilə yazıçının dörd əsəri – “Manyakın idrakı”, “İzinli sapma”, “Alçağın üslubu”, “Yekun 

diaqnoz” (“Рассудок маньяка”, “Допустимая погрешность”, “Стиль подлеца”, “Окончательный диагноз”) – əsasında 

on seriyalı “Lisenziyasız xəfiyyə” (“Сыщик  без  лицензии”) filmi çəkilmişdir. Burada isə Dronqo obrazı Dronov kimi 

təqdim edilmişdir. Baş rolun ifaçısı Anatoli Rotatskidir. 

Beləliklə, Çingiz Abdullayev 1988-ci ildə Dronqo obrazını yaratmaq və onu “yaşatmaq”la Azərbaycan ədəbiyyatına 

dünyada məşhur olan canlı xəfiyyə obrazı gətirmişdir.  


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   534   535   536   537   538   539   540   541   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin