ALMAS YILDIRIM YARADICILIĞINDA AZƏRBAYCAN
Şəfəq Əlizadə
Qafqaz Universiteti
selizade@qu.edu.az
Almas Yıldırım mühacirət ədəbiyyatında öz dəst-xətti ilə seçilən şairlərdən biridir. XX əsr Azərbaycan ədəbiyyatı
tariхinə Almas İldırım kimi daхil оlmuş şairin əsil adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan оnu babasının adı ilə Almas
çağırarmışlar. Şеirlərini Almas İldırım imzasıyla dərc еtdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır. Almas
Yıldırımın yaradıcılığında azərbaycançılıq ideyalarının tərənnümü əsas yer tutur. Öz yurdunu seven və bu sevgi üçün
addım-addım izlənib Vətənindən didərgin salınmış vətəndaş şairin, özünün ailəsinin başına müsibətlər gətirilməsi,
ömrünün sonuna qədər qəriblikdə yaşayıb, dəfələrlə ölümlə üzləşməsi, vətən həsrətilə yanan ürəyinin odunu, alovunu
şeirlərində əks etdirmişdir. Onun yaradıcılığı da eyni taleyi kimi yarım esrə qədər öz millətindən və oxucuların diqqətindən
kənarda saxlanılmış varlığından xeber tutan olmamışdır. Bununla da Almas Yıldırım ikici bir qəribçiliyə məruz qalmışdır.
Şair qurbətdə yaşamasına baxmayaraq öz məhrumiyyətlərini unudub Vətənin hər zaman qeydini çəkir, Azırbaycanın ağrı
acılarını şerlərində dilləndirirdi.
Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,,
Beşiyimdə "layla balam" çağıran…
Azərbaycan,mənim baxtsız anam oy…
Neçə ildir həsrətinlə yanam oy…
Vətən həsrəti, qəribçilik duyğusu Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı xəttini təşkil edir. Şairin
Türkiyədəki yaşadığı müddət ərzində jurnal və dərgilərdə bəhs etdiyimiz motivlərdə şeirləri nəşr etdirmişdir. Vətənini
sevən milliyətçi şair olaraq tanınmışdır. Yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunmuşdur. Bundan başqa,
"Azərbaycan mahnıları" adlı kitabı da mövcuddur.
Bu gün Azərbaycanda çox az adam tapılar ki, onun "Qara Dastan"ından, "Əsir Azərbaycanım"ından xəbəri olmasın.
Dostları ilə paylaş: |