MİLLİ UŞAQ ƏDƏBİYYATIMIZIN BU GÜNÜ VƏ SABAHI
Şəfa ƏHMƏDOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
shefa.a@list.ru
Müasir dövrlə ayaqlaşmağı, mütərəqqi dünya xalqları ilə təmas yaratmağı qarşısına məqsəd qoyan, müstəqillik
tariximizin ilk qərinəsinə doğru mətnliklə addımlayan xalqımız bu illərdə yaşayacaq yeni nəslin etik-estetik tərbiyəsinə,
onun bir şəxsiyyət kimi formalaşmasına, ayıq və həssas şüurla gerçək ictimai-siyasi hadisələri bəşəri müstəvidə dərk
etməsinə və digər problemlərin zəruri həlli istiqamətində yorulmadan çalışır. Müstəqil dövlətimiz mövcud cəmiyyətin
sağlamlığına daha böyük töhfələr vermiş və gələcəkdə də bu zəruri sahənin inkişafına zəmanət verəcək milli uşaq
ədəbiyyatımızın bu günü və sabahı haqqında yaxından maraqlanır, bu sahənin daha da genişlənməsinə və dünya xalqlarının
yaratdığı yazılı uşaq ədəbiyyatı ilə bir sırada dayanması istiqamətində zəruri tədbirlər planı hazırlayır və həyata keçirir.
Bir çox nəslin yetişməsində şərəfli bir tarix yazan milli uşaq ədəbiyyatımızın bu günü və sabahı haqqında elmi
mülahizələr yürütmək, gələcəyin ədəbiyyatı haqqında fikir bildirmək, bəzi hallarda isə bu sahəyə olan soyuq münasibətlərin
səbəblərini araşdırmaq elə bugünkü gənc nəslin xeyrinə olan zəruri bir problemin müəyyən müstəvidə həll edilməsi
deməkdir.
Bu günkü milli uşaq ədəbiyyatımızın yaradıcılıq cığırı ilə irəlilədikcə, bu zəruri sahənin ağırlığını çiynində saxlayan
qələm sahiblərinin müxtəlif janrlı əsərlərini araşdırdıqca, bizdə gələcək uşaq ədəbiyyatımız haqqında nikbin elmi fikir
söyləmək imkanı yaranır. Bu gün qələmini bir an yerə qoymayan İlyas Tapdıq, Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq
Yusifoğlu, Ələmdar Quluzadə, Mərkəz Qacar, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və digər bədii söz ustaları uşaq
ədəbiyyatına yeni-yeni motivlər gətirmiş, orijinal əsərləri ilə artıq dünyanın bir sıra ölkəsində tələbkar oxucuların və ədəbi
ictimaiyyətin diqqətini cəlb etmişdir.
Milli uşaq ədəbiyyatımıza poetik sənətkarlığı ilə töhfələr vermiş, güclü müşahidəçilik qabiliyyətinə malik olan
İ.Tapdıq hər bir uşaq şeirində yaratdığı illüstrativ mənzərələrlə, müxtəlif xarakter və psixologiyaya malik uşaq obrazları ilə
bu sahəyə yenilik gətirmişdir. Kiçik yaşlı uşaqlar şəkilliliklə zəngin, onların kövrək yaddaşlarında iz salan portretli təsvirləri
oxuduqca və xəyalından keçirdikcə bu ədəbiyyat nümunələrindən daha çox ləzzət alır, onların ədəbiyyata olan sevgisi artır.
Elə bu baxımdan, İ.Tapdıq yaradıcılığı ədəbi tənqidin diqqətini cəlb etmişdir. Tələbkar tənqidçi-ədəbiyyatşünas Vaqif
Yusifli təkcə “Təpələr” adlı uşaq şeiri üzərində şairin yaradıcılığını ümumiləşdirərək poetik dəyərini üzə çıxararaq yazır:
“Bu, xalis uşaq şeiridir. Uşağa çox sadə şəkildə bir gəbə, onun üzərində nəqş olunmuş şəkil barədə əyani təsəvvür, məlumat
verən, dəqiq informasiya yaradan (həm də necə, poetik detallarla) bir şeir. Təfərrüata varmadan deyə bilərəm ki, İlyas
Tapdığın əksər uşaq şeirləri bax beləcə oxunaqlı, təsəvvüryaradıcı, məlumatlandırıcı şeirlərdir. Bu şeirlərin çoxunda İlyas
müəllim Azərbaycan şeirinə məxsus alliterasiyalardan məharətlə istifadə edir (xüsusən onun yanıltmacları)”.
Tanınmış uşaq şairi, nasiri və dramaturqu Zahid Xəlilin yaradıcılığına daha dərindən nüfuz etdikcə onun milli uşaq
ədəbiyyatımızın bu günü və sabahı haqqında fikir söyləmək bir az da asanlaşır. Çünki o, bu günün və sabahın uşaq
ədəbiyyatının konturlarını görə bilir, bu günə qədər təsadüf etmədiyimiz fərqli motivləri bu sahəyə gətirir, daha dolğun,
uşaqları öz arxasınca apara biləcək müxtəlif janrlı əsərlər yaradır. Onun son illərdə qələmə aldığı “Dünyanın ən balaca
nağılları” (2002), “Orxan və dostları” (2004), “Çınqı” (2009), “Yumru Yumaq və Qumru” (2011), “Günəşi qoparmaq
istəyən ayılar” (2013) kimi uşaq nəsri orijinallığına və bədii üslubuna görə seçilir.
İyirmidən çox dünya xalqlarının dilinə tərcümə olunan Zahid Xəlil bu gün də həmin ədəbi ənənəni yaşadır, digər
xalqların oxucularının sevimlisinə çevrilir. Məsələn, yaxın günlərdə Moskvada Rusiyanın tanınmış şairi və tərcüməçisi
(həm də Z.Xəlilin daimi tərcüməçisi) Yuri Kuşakın əsərlərindən və tərcümələrindən ibarət bir toplu nəşr edilmişdir. Bu
topluya Z.Xəlilin rus oxucularının çox maraqla qarşıladığı “Buynuzu gicişən çəpiş”, “Güzgü”, “Dünyanın ən ədalətli
gözətçisi”, “İki nar”, “Dovşanın adı”, “Quyruq” və digər nağıl və pritçalar da daxil edilmişdir. Həmçinin, bununla yanaşı,
müəllifin uşaqlar üçün qələmə aldığı “Bəri gəl, Muxtar” povesti öz dəyəri ilə diqqəti cəlb edir. Rus adət-ənənələrinə
|