Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə525/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   521   522   523   524   525   526   527   528   ...   1149
 

 

YUSİF SƏMƏDOĞLUNUN “QƏTL GÜNÜ”  ROMANINDA İNSAN VƏ DÜNYA 

MÜNASİBƏTLƏRİ

 

 

Sevil SƏFƏROVA 

Bakı Slavyan Universiteti 



sevil.seferova1@mail.ru

 

 

Dövr və mühitlə  əlaqədar olaraq insanın inkişaf prosesi, şəxsiyyətin tərəqqisi, mənəvi zənginləşməsi, daxili 

duyğularındakı oyanışlar və dirçəliş, bunun nəticəsində insanların özünüdərki və s. kimi problemlər bu konsepsiyanın 

önəmli özəlliklərindəndir. Bu baxımdan Yusif Səmədoğlunun  “Qətl günü” romanı zəngin material verir. Romanda insan və 

dünya, insan və cəmiyyət münasibətlərində modernist və ekzistensialist baxışlar əks olunmuşdur. 

Psixoloji hadisələrə qüvvətli meyl, insanı bütün mürəkkəbliyi, ziddiyyətləri ilə  təsvir etmək Y.Səmədoğlunun 

yaradıcılığı üçün əsas xüsusiyyətlərdəndir. Onun “Qətl günü” romanında Sədi əfəndi, xəstə adam və başqaları zahirən fərdi, 

şəxsi münasibətlər müstəvisində düşüncələri, arzuları, istəkləri subyektivlikdən kənara çıxaraq bütövlükdə insanın duyğu və 

düşüncələrini əks etdirir, ictimai məzmuna malik olur.  

Əsərdə insanın dünyaya münasibətində etiraz özünü göstərir. Romanda dünyanın dərdini,  əzabını çiyinləri üzərində 

gəzdirən insanların dilindən ədalətsiz dünyaya və qeyri kamil insanların ünvanına çox kəskin ifadələr işlənmişdir. “Atana 

lənət, belə zamana”, “zəhrimara qalsın belə dünya”, “gözün tökülsün fələk”, “tfu sənin hərçi-pətərinə, belə dünya”, “ tfu 

sənin təxtinə ey çərxi fələk” və s. işlənmiş ifadələr qəzəb, nifrət, kədər və təəssüflə yoğrulmuşdur. Dünyaya belə münasibət 

Sədi əfəndinin itmiş romanındakı hökmdarlar  dövründə də, Sədi Əfəndinin yaşadığı dövrdə də, xəstəliyə tutulmuş insanın 

dövründə də özünü göstərirdi. “Görən bu dünyada çörəyi halal olan adamların diyarı haradadır?” Üfləmə Qasım bu diyarın 

axtarışında idi. Onun baş götürüb getdiyi diyar qəddar hökmdarların, Xacə Ənvərlərin, Muxtar Kərəmlilərin, Salahovların 

diyarıydı. 

Romanda insan və ölüm, ölüm qorxusu süjet xəttindən qırmızı xətt kimi keçir. Romanın süjeti boyu “ölüm” bir obraz 

kimi  əsərin  əsas ideyasını müəyyənləşdirir, onun fəlsəfi tutumunu artırır. “Qorxu” və “ölüm” romanda bütün obrazların 

keçirdiyi doğma hisslərdən olur. Ölüm qorxusu ölümün özündən də qorxuludur. Bu ölüm qorxusu insanları düşüncələrində, 

hisslərində, yuxularında rahat buraxmır. Yazıçı ölüm qorxusu ilə insan xislətinin  müəyyən xüsusiyyətlərini üzə çıxarmağa 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   521   522   523   524   525   526   527   528   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin