Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə509/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   505   506   507   508   509   510   511   512   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

289 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN ƏDƏBİYYATINDA MİLLİ DÜŞÜNCƏ KONSEPSİYASI: MİLLİ 

MƏNSUBİYYƏT VƏ MİLLİ DƏYƏRLƏR 

 

Ramiz QASIMOV, Zülfiyyə İSMAYIL 

AMEA Naxçıvan Bölməsi 



ramizasef@yahoo.com.tr

, ismayilzulfiyye@yahoo.com 

 

Azərbaycan milli düşüncə tərzi və onun tərkib hisəsi kimi milli mənsubluq hissi xalqın müxtəlif dönəmlərdə yaratdığı 



yazılı  və ya şıfahi  ədəbi irsində özünü çeşidli formalarda, geniş  və ya dar məzmunlarda ifadə etdirmişdir. Ümumiyyətlə, 

azərbaycançılıq bir ideya-mənəvi hadisə kimi məhz XIX əsrin sonlarına doğru, XX əsrin əvvəllərində meydana çıxır. Ancaq 

azərbaycanlılıq və milli mənsubiyyət düşüncəsi Azərbaycan xalqının formalaşdığı tarixdən mövcuddur. Tədqiqatçıların 

fikrincə, Azərbaycan xalqının formalaşması prosesi artıq XI əsrdə sona çatır. Beləliklə, XI əsrdə artıq Azərbaycan xalqı 

etnogenetik proseslərin nəticəsi olaraq mövcud olur. Bu mənada Azərbaycan xalqının milli dövlətçilik təfəkkürü xalqın 

meydana gəlməsindən olduqca çox-çox əvvəllər müəyyənləşmişdir. Belə ki, Azərbaycan xaqlının etnogenezini təşkil edən 

etnosların müxtəlif tarixi dönəmlərdə dövlət yaratma təşəbbüsləri və bu təşəbbüslərin yaratdığı  ənənələr milli dövlətçilik 

təfəkkürünü formalaşdırır. Beləliklə, dövlətçilik ənənələrinin mövcudluğu ilə artıq müəyyənləşmiş dövlətçilik təfəkkürü bu 

gün Azərbaycanşünaslığın mənbələrindən biri kimi qiymətli məxəz rolunu oynayır. Azərbaycan xalqının XI əsrdə 

formalaşaraq tarix səhnəsinə çıxması xalqa mənsubluq fikrinin  də bu dövrlərdə artıq qəti olaraq müəyyənləşmiş olduğunu 

söyləməyə imkan verir. Belə ki, Azərbaycanşünaslığın qiymətli mənbələrindən biri olan ana abidəmiz “Kitabi-Dədə 

Qorqud” dastanlarında Oğuz elinə mənsubluq kimi ifadə tapan milli mənsubluğun təməli həm də özünəməxsus dəyərlərilə, 

səciyyəvi xüsusiyyətlərilə  əhatəli olaraq əks olunur. “Kitabi-Dədə Qorqud” dastanları bir çox səciyyəvi xüsusiyyətlərinə 

görə Azərbaycan xalqının simasını qavramağa imkan verən əsər kimi möhtəşəmlik daşıyır. 

Orta  əsrlərə doğru inkişafın nəticəsi olaraq ədəbiyyatda farsca yazmağına baxmayaraq, Nizami Gəncəvinin 

əsərlərindəki “türkcə düşünmək, farsca yazmaq” ənənəsi ortaya çıxır. Bununla da yaradıcılıq dilindən asılı olmayaraq, 

görkəmli  ədiblərimizin bir qisminin farsca meydana gələn  əsərlərində belə milli mənsubluq köklü surətdə özünü ifadə 

etməyə başlayır. O vaxtlar üçün türk millətinə mənsubluq, türk dilində danışmaq əsərlərin aydın ideya-estetik mərkəzində 

dayanır. Azərbaycan ədəbi fikrində C.Əfqaninin simasında milli kimliyin təsbiti ilə bağı elmi-araşdırıcı fikirlərin meydana 

gəlişi milli mənsubluq düşüncəsinin yetkinliyi kimi qiymətləndirilə bilər. XIX əsrdən mətbuat sahəsində milli kimlik 

istiqamətində  Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Azərbaycanlı”  imzası ilə “Kəşkül” qəzetində 

dərc olunan “Əvam gəzmək, yuxu yatmaqmı dedin?” məqaləsi, M.Şahtaxtılınının “Zaqafqaziya müsəlmanlarını necə 

adlandırmalı?”, C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsi və s. milli özünüdərkin yetkinliyə çatmasında böyük 

nailiyyət hesab edilə bilər. Azərbaycan ədəbi fikrində milli düşüncə tərzi, milli mənsubluq məsələsi, azərbaycançılıq ideyası 

peşəkar, ideoloji konseptuallıq və  məzmun cəhətdən C.Məmmədquluzadənin yaradıcılığında müəyyənləşir. Milli 

mənsubiyyət məsələsi dövrün mötəbər ziyalıları olan C.Ünsüzadə, M.Şahtaxtılı, Ö.F.Nemanzadə, Y.V.Çəminzəminli, 

M.S.Ordubadi, hətta Azərbaycan romantikləri olan H.Cavid, M.Hadi, Ə.Hüseynzadə və başqaları öz yaradıcılıqları ilə  milli 

düşüncə konsepsiyasını ifadə edirlər. Azərbaycan  ədəbiyyatında milli düşüncə  tərzinin bir ifadəsi olan azərbaycançılığın 

ictimai-siyasi məzmunda hadisəyə çevrilməsində M.Ə.Rəsulzadənin,  Ə.Cavadın, C.Cabbarlının və başqalarının böyük 

xidmətləri vardır. XX əsrin 70-ci illərindən başlayaraq ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti və düşüncələri sayəsində 

son yetkin məzmununu alır, kamala çatır və bitkin, məzmunlu və konseptual ideologiya, özü də milli ideologiya kimi 

müəyyənləşir. Azərbaycan ədəbiyyatında sırf sovet dövrü, yəni fərqli ədəbi yaradıclıq hadisəsi kontekstində milli düşüncə 

tərzi, azərbaycançılıq S.Vurğun yaradıcılığına özünü təsbit edir. Bu ənənələr sonradan İ.Hüseynov,  İ.Məlikzadə,  İ.Şıxlı, 

B.Vahabzadə, M.Araz və b. sənətkarlar tərəfindən davam etdirirlir. X.R.Ulutürk və başqa sənətkarlar məhz bu ənənələrin 

üzərində öz yaradıclıq ideallarını qururlar.  

  


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   505   506   507   508   509   510   511   512   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin