Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə548/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   544   545   546   547   548   549   550   551   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

310 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ola da, olmaya da bilər. Bir şair tamam müstəqil bir şeirinə başqa bir şairin əsərindən bir misra, bir beyt alıb sala bilər, öz 

məqsədi üçün ondan istifadə edə bilər. Sabirin Hafizdən bu təzmini məhz bu səpgidə edilmişdir. Onun həmin şeiri Hafizin 

şeirinə nə nəzirə, nə təhzil, hətta nə bənzətmədir. Bu iki əsər arasında bənzəyiş yalnız vəzn birliyindədir ki, təklikdə bunun 

mahiyyət etibarı ilə heç bir əhəmiyyəti yoxdur. Hafizin əsəri 28 misra, Sabirin əsəri isə 59 misradan ibarətdir. Hafizin əsəri 

qəzəl şəklində beytlər üzrə yaradılmış, Sabirin şeiri əsasən onluq bəndlər üzrə qurulmuş, mətləli-nəqəratlı onluq şəklində bir 

əsərdir. Yalnız nəqərat Hafizin mətlədəki beytinin ikinci misrasıdır: Dərda ki, razi-pünhan xahəd şad aşikara! Hafizin bu 

məşhur qəzəli Yaxın və Orta Şərqin  əsatiri (ayineyi-Skəndər, cami-Cəm, mülki-Dara, Qarun və  Gəda) ilə  bənzədilmiş 

dərvişanə, rindanə bir əsərdir. Bu əsərdə  şair zahirən həyata ”laqeydlik fəlsəfəsi” gözü ilə baxır və dostlarla mürüvvət, 

düşmənlərlə  mədara yolu ilə gedir. Lakin Hafiz daxilən belə deyildir. Əsərin  əsas motivini təşkil edən ilk beyt (mətlə) 

böyük şairin ruhundakı faciəni öz məzmununda saxlamaqdadır. Sabirə də Hafizin bu əsərindən məhz bu beyt, xüsusən onun 

ikinci misrası lazım olmuşdur.  İrana dair mövzularından biri olan bu şeirdə Sabir Hafizin həmin  əsərindən çox mənalı 

surətdə istifadə etmişdir. Bu əsərin ikinci misrasını Sabir bərcəstə bir misra səviyyəsinə qaldıraraq, müasir İranın həqiqi 

simasını təsvir etməkdə ona dramatik bir nida keyfiyyəti vermişdir. Bu iki böyük həmin əsərləri arasındakı rabitə yalnız bu 

təzmin hüdudunda qalır. Hafiz öz qəzəli ilə XIV əsrin dərəsindən XX əsrin təpəsinə qaldırır.    

Sabir isə İran ictimai gerçəkliyinin satirik mənzərəsini vermək məqsədilə başqa bir şeirini Hafiz Şirazinin qəzəlindən 

bir beyt götürüb ondan öz məqsədinə uyğun şəkildə, bacarıqla istifadə edərək yazmışdır. Sabir Hafizdən götürdüyü beyti öz 

şeirinin başlanğıcında olduğu kimi vermiş, sonra isə hər bəndin axırında “Aman ki, gizli sirrim olacaq indi aşikar” şəklində 

olan ikinci misrasını işlətmişdir. Bu isə İran hakim dairələrinin ölkənin daxili siyasi-ictimai vəziyyətinin aşkar olmasından 

bərk qorxuya düşdüklərini göstərmək və onları ifşa etmək məqsədi güdmüşdür. 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   544   545   546   547   548   549   550   551   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin