Microsoft Word Materiallar Full


KAMAL ABDULLANI OXUYARKƏN QABRİEL QARSİA MARKESİ UNUTMAQ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə551/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   547   548   549   550   551   552   553   554   ...   1149
KAMAL ABDULLANI OXUYARKƏN QABRİEL QARSİA MARKESİ UNUTMAQ 

 

Ülvi Babayev 

Naxçıvan Dövlət Universiteti 



ulvibabayev@hotmail.com 

 

(Kamal Abdullanın “Unutmağa kimsə yox” Qabriel Qarsia  Markesin “ Vəba günlərində  eşq” romanlarının 

tipologiyası  və  Bəhram-Gülsüm-Mübariz (“Unutmağa kimsə yox”), Florentino-Fermina-Urbino (“Vəba günlərində  eşq”)  

obrazları üçbucağının xarakter özəllikləri)   

İnsan ömrünün ən böyük mənası ona verilən duyğular ölçüsündə ilahi  bəxşiş olan həyatın sirli yönlərini üzə 

çıxarmaqdır. Axı, həyat kəşf  edilməsi zəruri olan bir dəfinədir. Və yalnız insan düşüncəsi, insan duyğuları gizli bir dəfinə 

olan həyatı layiqi ilə duyur və təfəkkür edir... Həyatın mahiyyəti və qayəsi, sirli həqiqətləri, acısı və şirini nəsildən-nəsilə 

yaşantının ifadə vasitəsi olan sözlə ötürülür, qorunur və saxlanılır...  Bir millətin fikir abidəsini, söz abidəsini yaratmaq isə 

həyatın özünün də qəribə bir sənət olduğunu müşahidə edə bilən fərdlərə nəsib olur. Hal-hazırda- XXI yüz ildə ” bir dünya 

ilə kifayətlənmə”k istəməyən Kamal Abdullanın qələmində  həyatın yeni bir sirli yozumu poetik-fəlsəfi iqtidar qazanır.  

Nəsrimizdəki bu cür inkişaf və irəliləyişi Kamal Abdullanın “Unutmağa kimsə yox” romanında müşahidə edir və bu uğuru 

böyük ehtiram, sevinc hissi ilə qarşılayırıq. Və  təsadüfi deyil ki, yazıçımızın romanını dünya şöhrətli yazıçı, “Nobel” 

mükafatı sahibi Q. Q. Markesin əsəri ilə qarşılıqlı müqayisə  şəklində  təhlil etmə  zərurəti duyuruq: Kamal Abdulla 

“Unutmağa kimsə yox” romanında  ” bir dünya ilə kifayətlənmə”  tendensiyası ilə çıxış edir və bu qavram mətndə semantik 

mərkəz təşkil edir. Alim yazıçının bu cür ədəbi qənaətini həm də  nəsrimizdə yeni axtarış mündəricəsinin ilkin və  əsaslı  

səhifəsi kimi qiymətləndirmək olar. Anar nəsrində psixoloji-intelektual keyfiyyətlər kimi təzahür edən, Sabir Əhmədli 

yaradıcılığında müəyyən axtarışlara səbəb olan, Yusif Səmədoğlu qələmində püxtələşən müasirlilik və intelektuallıq Kamal 

Abdulla romanında ( “Unutmağa kimsə yox”) bədii-intellektual, elmi-virtual anlam kəsb edir. Yazıçı gündəlik  həyatımızda 

təkrarlanan, müşahidə etdiyimiz fiziki hadisə  və qanunları, tozlanmış, unudulmuş mifik yaddaşı, elmi təfəkkürü bəddi 

mətnin tikinti materialına çevirir: Mətndəki “paralel dünyalar”, “ hadisələrin üfüqü”, “çiçəkli yazı”, “mağaranın ruhu”... 

kimi qavramlar təkrarlanan mifik qatda özünə yer edən, arxaikləşən məişətimizlə daima və sürətlə yenilənən müasir, virtual-

intellektual həyatımızın tərkib hissələridir. Sadəcə  sənətkar bütün bu həyat ünsürlərini müəyyən termin və istilahlarla 

mətnin komponentləri kimi bizlərə  təqdim edir. Bütün bu sadaladığımız keyfiyyətlər nəsrimizdə yenidir və bu özəlliklər 

mətnə ağırlıq gətirmir, əksinə  əsəri maraqlı və oxunaqlı edir. Və yaxud göydən dəvələrin yağması, şirlərin üsyanı, Molla 

Güləlinin nəql etdiyi əsatirlər...  (alternativ) real dünyamızda mümkünsüz görünsə  də,  ən azından virtual dünyada 

mümkünlüyün, zaman amilinə  fərqli baxışın, donmuş, sitatik həyat tərzinə etirazın,  “paralel dünyalar”ın  təminatıdır... 

Kamal Abdullanın Markesdən fərqli olan yazı üslubu, “Unutmağa kimsə  yox”    və “Vəba günlərində  eşq” romanlarının 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   547   548   549   550   551   552   553   554   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin