Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə552/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   548   549   550   551   552   553   554   555   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

312 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

fərqli struktur tipologiyası olsa da, romanlar bir nöqtədə birləşir, olduqca yaxınlıq kəsb edirlər. Lakin romanların oxşar 

yönünü izah etmədən öncə  qısaca Markes yaradıcılığına - “ Vəba  günlərində eşq”  romanın ümumi özəlliyinə  nəzər salaq:  

Markes romanlarnda Latın Amerikası xalqlarının məişəti mistik bir biçimdə  bədii inikasa çevrilir. Simvolizm, magizm 

ünsürləri Markes qəhrəmanlarının gündəlik həyatının da ünsürləridir. Qeyri-real anlayışlara bu nəsrdə gerçəklik donu 

geyindirilir. Özü də  Markesin canlandırdığı obrazlar mistik, magik qavramları gündəlik, şərti həyat refleksləri kimi qəbul 

edirlər. Yəni, fantastikadan fərqli olaraq  magik realizmdə mistik ünsürlər gündəlik məişət həyatının bir parçasıdır. (“Yüz 

ilin tənhalığı” romanı buna ən böyük örnəkdir) Bu baxımdan Markes yaradıcılığının böyük bir qismini Latın Amerikası 

xalqlarının (XIX-XX əsrlər) həyatını bütün çılpaqlığı ilə ifadə edən ədəbi təsəlli və yaxud təsəlli verici etiraz  adlandırmaq 

məqsədə uyğundur...   

 “Vəba  günlərində  eşq”  romanında isə, yarım  əsrdən çox bir müddətdə sevincli-kədərli eşq macərası yaşayan üç 

insanın sevgi, şəhvət və nifrət üçbucağında kəsişən həyatları ovsunlayıcı  və axıcı bir üslubda əks olunur. Yazıçının bu 

romanı digər romanlarından kəskin  şəkildə  fərqlənir. Markesin digər  əsərlərində olan kəskin ictimai-siyasi problematika, 

mistik və qeyri-mistik paradoksallıq, simvolik ümumiləşdirmə,  süjet xəttində və obrazların həyatındakı çox şaxəlilik... kimi 

özəlliklər bu romanda fərqli bir dəyər qazanır. “Vəba  günlərində eşq”  romanı daha çox lirik-psixoloji nəsr nümunəsi kimi 

təzahür edir. Roman Markes təhkiyə üslubuna xas konkretlik və heyrətvericiliyi saxlayır. Təsvirlərdə isə, həyat 

gerçəkliklərini, təbiliyi obrazların həyat tərzinin bir parçası kimi təqdim etməyi bacarır və bu baxımdan təsvir və təhkiyə 

bir-birini tamamlayır. Sənətkar naturalizmə xas  uzun-uzadı həyat hadisələrinin ifrat bir şəkildə verilməsinə ehtiyac duymur,  

bədii ümumiləşmə, simvolika... kimi ədəbi priyomlarlardan məharətlə istifadə edir. Nümunə üçün Florentinonun Ferminaya 

aşiq olması vəba xəstəliyi zamanı baş verir və bu həyat faktını yazıçı simvolik bir biçimdə təqdim edir. Eşqin vəba xəstəliyi 

kimi yoluxucu və ağrılı olması ifadə olunur, üstəlik Dr. Juvenal Urbinonun əsas personaj kimi əsərə daxil olmasında, vəba 

xəstəliyinin böyük rolu var... Əlbəttə ki, bu cür xüsusiyyətlər  əsas  ədəbi meyarlar kimi dəyərləndirilmir, lakin mətnin 

ümumi qurluşuna təsiri də az deyil... Romanın məziyyətlərindən biri də budur ki, mətn əvvəldən sona kimi xəfif lirizmə və 

zahirən sadə batinən mürəkkəb psixologizmə  əsaslanır. “Vəba  günlərində  eşq”  romanında eşq anlayışı  həm cismani- 

şəhəvani, həm də ruhani- ilahi yöndən paradoksal psixologizmə, yumoristik-faciəyə  əsaslanan xəfif l irizm üzərində 

köklənir... 

Hər iki romana qısa da olsa, nəzər saldıqdan sonra bu nəticəyə gəlmək olar ki, “Unutmağa kimsə yox” əsəri roman 

içərisində romanları ehtiva edən müasir intellektual nəsr nümunəsidir, “Vəba  günlərində  eşq”  romanı isə, paradoksal 

məzmunlu lirik-psixoloji nəsrin magik realizmə xas bəzi özəlliklərini özündə  cəmləşdirən məhəbbət hekayətidir. Lakin 

“Unutmağa kimsə yox” romanına daha dərin mühakimə və estetik zövq ölçüləri ilə yanaşanda əsərin ən böyük məziyyətinə 

şahid oluruq. Özü də bu məziyyət hər iki romanı bir nöqtədə birləşdirir, bir-birinə yaxın edir... “Unutmağa kimsə yox” 

romanında K. Abdullanın ən böyük uğuru mürəkkəb məzmuna malik bir mətn daxilində müasir məhəbbət dastanı yarada 

bilməsidir. Romanlar məhəbbət mövzusunda bir-birinə yaxın olsalar da,  ifadə etdikləri məhəbbətin məzmunu baxımdan 

çox incə fərqlər var: K. Abdullanın Bəhram və Gülsüm obrazları bir-birini qarşılıqsız, saf, məsum bir arzu ilə sevən, milli 

psixologiyamıza uyğun əda və davranışlar sərgiləyən, əsrlər keçsə də, yaddaşlardan silinməyəcək xarakterlərdir. Gülümsər 

Gülsüm təbəssümlü çöhrəsindən tutmuş, Bəhrama olan sevgisini qəlbinin dərinliklərində əsl qadın əxlaqı ilə saxlamasına... 

qədər yaddaşlara həkk olunur. Bəhram dayı isə, dolğun, təmkinli xarakterə malik olmaqla yanaşı, müasir dünyagörüşlü lakin 

milli psixologiyanın daşıyıcısı olan real, canlı bir obrazdır. Hörmətli yazıçımızın roman yaradıcılığının  ən uğurlu,  ən 

koloritli obrazı Bəhram dayıdır... “Vəba  günlərində eşq”  romanında Florentino və Fermina xarakterləri isə, bir-birilərinə 

olan sevgiləri baxımından olduqca ziddiyyətli xarakter sərgiləyirlər. Fermina obrazı Florentinonu sevdiyi halda daha 

yaraşıqlı və zəngin Dr. Urbino ilə ailə qurur. Eyni ziddiyyətli məqama Florentinonun sevgisində şahid oluruq. O, Ferminaya 

qovuşmaq üçün Urbinonun ölümün arzulayır və bunun üçün 51 il 9 ay 4 gün gözləyir. Lakin bu yarım  əsrlik zaman 

müddətində altı yüzdən çox qadınla münasibətdə olur ki, bu gerçəklik isə, onun eşqinin daha çox cismani xarakter daşıdığını 

göstərir. Dr. Urbinonun ölümündən sonra Florentinonun yetmiş altı yaşında yetmiş iki yaşlı Ferminaya qovuşması Latın 

Amerikasındakı eşq anlayışının bizim düşüncə dünyamızdan nə qədər fərqləndiyinə əyani sübutdur... Hər iki romanda aşiq 

və məşuqdan başqa üçüncü bir şəxs, əğyar da var. Ancaq “Unutmağa kimsə yox” romanında Gülsüm nə Bəhrama nə də ki

Mübarizə qismət olur. Başqa biri ilə ailə quran Gülsüm ömrü boyu Bəhramı unutmur, Onu gənclik dövrlərində birgə 

oxuduqları “Ovod” romanını dönə-dönə oxumaqla xatırlayır... Bəhram da öz növbəsində əsl kişi dəyanəti ilə Gülsümü sevir, 

lakin Florentino kimi Gülsümün həyat yoldaşının ölümün arzulamır və ömrü boyu ailə belə qurmur. Hətta, Gülüsümdən 

ayrılmasına səbəb olan Mübarizə kin bəsləmir,  əksinə dostluq-yoldaşlıq münasibətlərini qoruruyub-saxlayır. Bəhram-

Gülsüm-Mübariz obrazları üçbucağında sevgi, hörmət, dostluq münasibətləri kəsişir. Florentino-Fermina-Urbino 

üçbucağında isə, sevgi, şəhvət, sərvət hərisliyindən doğan davranışlar toqquşur. Fermina həm Florentinoya, həm də 

Urbinoya “qismət” olur. Gülsüm isə, nə Bəhrama nə də Mübarizə qismət olmasa da, onlar heç biri Gülsümə qarşı cismani 

qovuşma arzusunda olmurlar... Hər iki romanın məziyyətlərinə, mahiyyətlərinə  xarakterlərin davranışları prizmasından 

yanaşanda “Unutmağa kimsə yox”  romanı daha dolğun və doğma təsir bağışlayır. Və K. Abdullanı oxuyarkən Markesi 

unutmuş oluruq. Hər iki roman haqqında qənaətimizi elmi araşdırmalar və rəylər aspektindən dəyərləndirmək üçün tezisdən 

kənara çıxmağımız gərəkir: Dünya mətbuatına nəzər saldıqda “ Vəba günlərində eşq” romanı haqqında  məşhur amerikan 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   548   549   550   551   552   553   554   555   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin