Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə555/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   551   552   553   554   555   556   557   558   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

314 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Azərbaycan təzkirəçiliyini xraonoloji olaraq nəzərdən keçirdikdə  məlum olur ki, XVI əsrdə azərbaycanlı müəlliflər 

tərəfindən 4 təzkirə qələmə alınmışdır. Bunlar Sam mirzənin “Töhfeyi-Sami”, Əhdi Bağdadinin “Gülşəni-şüəra”, İbrahim 

mirzənin “Fərhəngi-İbrahim” və Tövfi Təbrizinin “Təzkireyi-Tövfi” adlı  əsərləridir. Sonuncu iki əsər haqqında məlumatı 

mənbələrdən əldə edirik və bu təzkirələr zamanımıza gəlib çatmamışdır. Sam mirzə təzkirəsini fars dilində, Əhdi Bağdadi 

isə türkcə qələmə almışdır. Bu təzkirələrin strukturları da bir-birindən fərqlidir. 

XVII əsrdə isə Sadiq bəy Sadiqi “Məcməül-xəvas” və Nazim Təbrizi “Nəzmi-güzidə” adlı təzkirələr yazmışlar.  Sadiqi 

təzkirəsindən fərqli olaraq “Nəzmi-güzidə” fars dilində qələmə alınmışdır. Nazim təzkirəsinin “Məcməül-xəvas”dan digər 

bir fərqli cəhəti strukturundadır. Sadiq bəy Əfşar əsərini Əlişir Nəvai, Dövlətşah Səmərqəndi və Sam mirzənin təzkirəsinin 

davamı olaraq qələmə aldığını qeyd edir. Yəni Sadiqi özündən öncəki təzkirələrə zeyl olaraq öz əsərini qələmə almışdır. Na-

zim Təbrizi isə qədim dövr şairlərindən  başlayaraq öz müasirləri haqqında məlumatı və əsərlərindən nümunələri əhatə edən 

əsər ortaya qoymuşdur. Qeyd olunan bu təzkirələrin oxşar cəhəti I Şah Abbasa ithafən yazılmasıdır. Sadiqi təzkirəsindən 

bəhs edərkən Sadiqi “Külliyyat”ı içərisində yer almış anonim təzkirəni də Osmanlı təzkirələri fonunda tədqiqata cəlb etmi-

şik.  


XVIII  əsrdə Azərbaycan təzkirəçiləri 5 təzkirə  qələmə almışlar.  Əliqulu xan Valehin “Riyazüş-şüəra”sı, 

LütfəlibəyAzərin “Atəşkədə”si,  İshaq bəy Üzri Bəydilinin “Təzkireyi-İshaq”ı, Sultan Məhəmməd mirzə Bahadur xanın 

“Töhfətüş-şüəra”sı  və  Əbu Talib xan Təbrizinin “Xülasətül-əfkar”ı bu əsrdə yazılmışdır. “Riyazüş-şüəra”  əlifba prinsipi 

əsasında, “Atəşkədə” isə coğrafi prinsip əsasında tərtiblənmişdir.  İshaq bəy Üzrinin əsəri isə  təzkirədən ziyadə 

antologiyadır. Sonuncu iki təzkirə isə dövrümüzə qədər gəlib çatmamışdır. 

XIX əsrdə Azərbaycan təzkirəçiliyi kuliminasiya nöqtəsinə çatmışdır. Belə ki, XIX əsrdə 22 təzkirə qələmə alınmışdır. 

Bu dövrdə yazılan təzkirələr yazıldığı dil, əhatə etdiyi coğrafiya və zaman, struktur və s. cəhətlərinə görə bir-birindən 

fərqlənmişlər. 

XX əsrdə isə 9 təzkirə yazılmışdır. Məhəmməd ağa Müctəhidzadə, İbrahim Tahir Musayev, Həsənəli xan Qaradaği, 

Məhəmmədəli Tərbiyət, Şəmsəddin xan Həqqi Təbrizi, Qulam Məmmədli, Seyid Əbdülhəmid Xalxali, Əziz Dövlətabadi, 

Məhəmməd Dəyhim XX əsrin təzkirəçiləri sırasındadır.  

XXI əsrdə klassik tərzdə təzkirəni Şahin Fazil tərtib etmiş və 2006-cı ildə nəşr etdirmişdir. 

Beləliklə, Azərbaycan təzkirələrini nəzəri baxımdan, sistemli şəkildə  tədqiqata cəlb edərək, Azərbaycan təzkirəçilk 

tarixini ortaya qoymağa təşəbbüs etdik. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   551   552   553   554   555   556   557   558   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin