Microsoft Word Materiallar Full


ƏDƏBİYYAT TARİXİMİZİN ÖYRƏNİLMƏMİŞ SAHƏSİ –



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə554/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   550   551   552   553   554   555   556   557   ...   1149
ƏDƏBİYYAT TARİXİMİZİN ÖYRƏNİLMƏMİŞ SAHƏSİ –  

AZƏRBAYCAN TƏZKİRƏÇİLK TARİXİ 

 

Vüsalə MUSALI 

Kastamonu Üniversitesi 



tezkireshinas@gmail.com

 

Kastamonu - TÜRKİYE 



 

XVI əsrdən etibarən yaranıb inkişaf edən Azərbaycan təzkirəçilik tarixini ilkin olaraq tədqiqata cəlb etmiş və on ildən 

artıq müddətdə apardığımız araşdırmaların nəticələrini aşağıdakı tezislərlə təqdim etmək mümkündür.  

Araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, Azərbaycan təzkirəçiliyinin nəzəri baxımdan, eləcə də sistemli şəkildə 

tədqiqinə ciddi ehtyac vardır. Belə ki, XVI əsrdən başlayaraq XXI əsrə qədər azərbaycanlı müəlliflər tərəfindən 46 təzkirə 

qələmə alınmışdırsa da, indiyə kimi onlardan sadəcə 6-sı Azərbaycan dilində  nəşr olunmuşdur. Qeyd olunan bütün 

Azərbaycan təzkirələrinin tərcüməsi, elmi-tənqidi və ya faksimile mətnlərinin hazırlanması təzkirəşünaslarımız qarşısında 

duran mühüm vəzifələrdəndir. Bunlardan əlavə, hər bir Azərbaycan təzkirəsinin monoqrafik səviyyədə araşdırılması 

Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərini, ümumiyyətlə mədəniyyət tariximizi tədqiq etmək üçün əhəmiyyətlidir. 

İlk dəfə olaraq tərəfimizdən Azərbaycan təzkirələrinin təsnifatı aparılmışdır. Azərbaycanlı müəlliflərin təzkirələrini 

qələmə alındıqları dil, struktur, əhatə etdiyi dövr, yazıldığı zaman və coğrafiya üzrə  təsnifləşdirmişik. Azərbaycan 

təzkirələrinin nəzm və nəsr hissəsinin dili öyrənilmiş və bu əsərlər təhkiyə hissəsi türkcə yazılan və yalnız türkcə şeirlərdən 

nümunələri  əhatə edən təzkirələr, təhkiyə hissəsi türkcə olan, həm türkcə, həm də farsca şeirlərdən örnəklərin verildiyi 

təzkirələr, həm təhkiyə hissəsinin, həm də poeziya nümunələrinin iki dildə (türkcə  və farsca) yazıldığı təzkirələr, təhkiyə 

hissəsi fars dilində qələmə alınan, həm fars, həm də türkcə nümunələrin təqdim olunduğu təzkirələr, həm təhkiyə, həm də 

şeir nümunələri farsca olan təzkirələr şəklində beş qrupa bölünərək dəyərləndirilmişdir. 

Azərbaycan təzkirələrinin strukturu təhlil edilərkən Azərbaycan müəlliflərinin təzkirələrdə haqlarında məlumat 

verdikləri şairləri təbəqə, əlifba, coğrafi, xronoloji prinsiplərə görə təqdim etdikləri məlum olmuşdur. 

Azərbaycan təzkirələrinin tərtib prinsiplərinə görə bölgüsü aparılaraq təhlil edilməlidir. Belə ki, azərbaycanlı müəl-

liflərin  əsərləri təbəqə üsulu, əlifba, coğrafi, xronoloji prinsip və  ədəbi nümunələrin janrlarına görə  tərtib olunmuş  təz-

kirələrə ayırılmaq mümkündür. Bunlardan əlavə, sistemsiz tərtib olunmuş təzkirələrə də rast gəlirik.  

Azərbaycan təzkirələrini  əhatə etdiyi coğrafiyaya görə  üç hissəyə ayırmışıq: ümumşərq, ümumazərbaycan, məhəlli 

təzkirələr. Ailə və ya zümrə təzkirələri ayrıca bir qrupu təşkil edir.  

Azərbaycan təzkirələri bəhs etdiyi zamana görə zaman məhdudiyyəti qoyulmayan təzkirələr və müəyyən zaman 

dilimini əhatə edən təzkirələrə bölünür. 

Azərbaycan təzkirələrinin yazıldığı tarix və məkan haqqında məlumatı cədvəl vasitəsilə əyani şəkildə təqdim etmişik 

və təhlillər aparılmışdır. Apardığımız araşdırmalar nəticəsində 41 Azərbaycan təzkirəçisinin XVI əsrdən XXI əsrə kimi 46 

təzkirə tərtiblədiyi məlum olmuşdur. Təbii ki, bu son rəqəm deyil. 

Azərbaycanlı müəlliflər tərəfindən yazılan tarixi əsərlərin təzkirə hissəsi də təzkirəçilik tarixi üçün önəmlidir. Bu tarixi 

əsərlər içərisində İsgəndər bəy Türkmanın “Tarix-i aləmara-yi Abbasi”, Vəliqulu bəy Şamlunun “Qisəsül-xaqani”, Məhəm-

mədqulu xan Qacar Gənceyinin “Lübbül-lübab”ın təzkirə hissəsi vardır. 

Azərbaycan və Osmanlı  təzkirələrinin fərqli və oxşar xüsusiyyətləri tədqiq edərkən oxşar və  fərqli xüsusiyyətləri 

aşağıdakı maddələrlə təqdim etmək mümkündür: 

- Təzkirələrin yazılma dinamikası baxımından müqayisə; 

- Təzkirələrin strukturundakı oxşarlıqlar və fərqlər; 

- Təzkirələrin əhatə etdiyi coğrafiya və dil nöqteyi-nəzərindən uyğunluqlar və fərqlər

- Müəllifliklə bağlı fərqlər. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   550   551   552   553   554   555   556   557   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin