Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə590/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   586   587   588   589   590   591   592   593   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

332 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Arif Nihat və yoldaşlarının Kastamonuda ilk şeirlərini dərc etdikləri 1920-ci illərdə türk ədəbiyyatında “milli 

atmosfer” hakim idi. Arif Nihat da bu atmosferə etinasız qalmamış, türkçülüyün təlqin etdiyi vətən və millət sevgisini

istiqlal fikrini, qəhrəmanlıq duyğusunu  şeirlərinə mövzu etmişdir. “Açıqsöz” qəzetinin nəşr etdiyi “Harab ellerde” adlı 

şeirinin aşağıdakı misraları bu duyğu və düşüncələri dilə gətirməkdədir: 

Türk’ün büyüklüğünde yasın var mıdır yeri? 

Sen pek büyüksün, alnına matem sürünmesin! 

Şair milli şüurun önəmli ünsürlərindən adət-ənənələr, dil, tarix, bayraq üzərində  də  həssaslıqla durmuşdur. Milli 

mədəniyyətin inkar edilməsi, milli-mənəvi dəyərlərin inkişafa maneə görülməsi, müqəddəs və uca tutulması  gərəkən 

dəyərlərə hörmətsizlik, keçmişə vəfasızlıq onu ömrünün sonuna qədər narahat edən xüsuslar olmuşdur: 

İnsan, yiyecektir, içecektir şimdi

“Ahlak”, bilinmez, ne demektir? şimdi.. 

Destan masal, imanlı yobaz, aile laf

Altın gelenekler gidenektir şimdi. 

Türkün şanlı tarixinə həsrət hissləri ilə yaşayan Arif Nihatın Osmanlı tarixinə olan dərin məhəbbətini də qeyd etmək 

yerində olardı.  

Şeirlərini sadə, aydın dillə yazan Arif Nİhat türk dilindən  ən gözəl istifadə etmiş  şairlərdən olmuş, sözləri etina ilə 

seçmişdir. Türk dilinin səmimi qoruyucusu olmuş, bəzən bir hərfin, bir sözün səhv yazılmasına, bir işarənin qoyulmamasına 

belə sərt reaksiya göstərmişdir. 

“Ey mavi göklerin beyaz ve kızıl süsü, 

Kız kardeşimin gelinliği, şehidimin son örtüsü”... misraları ilə başlayan şeiri isə dövlətin müstəqilliyinin ən müqəddəs 

simvolu olan bayrağa məhəbbətini bir çılğın aşiqin duyğuları ilə dilə gətirdiyi ən gözəl şeirlərindən biridir. 

Bu tezisdə Arif Nihat Asyanın özünə xas rəngarəng  şeir dünyasından nümunələr gətirilərək  şeirinə daxil olan bir-

birindən fərqli mövzulardan milli ünsürlərin hansı ölçüdə əks olunduğu nəzərə çatdırılacaqdır. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   586   587   588   589   590   591   592   593   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin