II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
330
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ƏLİİBN HÜSEYN ƏL-
AMASİ ƏLAƏDDİN ÇƏLƏBİNİN DÖVRÜ VƏ HƏYATI
İnci QASIMLI
AMEA, Şərqşünaslıq İnstitutu
tunay1977@box.az
“Taci-Ədəb” əsərinin müəllifi Əli ibn Hüseyn Əl-Amasi Əlaəddin Çələbinin yaşayıb, yaratdığı dövr XV əsr Türk
ədəbiyyatının tarixi inkişafında böyük çevriliş dövrü olmuşdur. Bu dövr ədəbiyyatında istər forma, istərsə də məzmun
baxımından ciddi inkişaf müşahidə olunur. Digər tərəfdən həmin dövr dini-əxlaqi ədəbiyyatın da böyük sürətlə inkişaf
etdiyi dövr olmuşdur. XV-ci əsrdə Türk dili böyük bir imperatorluq olan və hakim olduğu sivil ölkələri idarə etmə
iddiasında və iqtidarında olan böyük bir dövlətin və millətin ortaq islam mədəniyyətində xüsusi yerin almasını təmin edəcək
bir söz zənginliyi və ifadə üstünlüyünə malik olmuşdur. Bu əsrdə Osmanlı türkcəsindəki ədəbiyyatın inkişafının təşviq edici
səbəblərindən biri də məhz hökmdar ailəsinin şair və şair şahzadələr yetişdirmiş olmasıdır. Bu hökmdar və şahzadələrin
həm yüksək səviyyəli şeirlər söyləyəcək qədər dil və ədəbiyyata hakim olmaları, həm elm xadimlərinin və şairlərin
qiymətini bilmələri ölkələrindəki elm və sənətin səviyyəsini qaldırmışdır. Fateh Sultan Mehmetdən sonra taxta keçən və
Ədli təxəllüsü ilə şerlər yazan oğlu II Bəyazid Sultan Mehmet kimi sərbəst fikirli olmaqla yanaşı, oxumağa, öyrənməyə və
habelə şeirə marağı olan bir hökmdar olmuşdur, atasının dövründən başlayan elm və ədəbiyyata olan ciddi meylini öz
hakimiyyəti dövründə də davam etdirmişdir.
II Bəyazidin hakimiyyəti illərində Anadolu və Rumeli şairlər mənbəyinə, paytaxt İstanbul isə Şərqin mədəniyyət və elm
ocağına çevrilmişdir. II Bəyazidin 1454-1481 tarixləri arasındakı iyirmi yeddi illik müddətdə, XVI əsrin ilk yarısına qədər
xüsusi bir şahzadə sancağı kimi diqqət çəkmiş Amasyada türk mədəniyyəti və ədəbiyyatına dərin təsir edən ədəbi şərait
meydana gətirmişdir. XV əsrdə Amasyada yetişən şair sayı XIV əsr ilə müqayisə edilə bilməyəcək qədər çoxdur. Xüsusilə II
Bəyazid dövründə Amasya bir çox dövlət, elm və din xadimlərinin, şair və sənətkarların yetişdiyi kiçik İstanbul mahiyyətində
olmuşdur. Belə ki, Amasya Osmanlı şahzadələrinin ilk təhsillərini aldıqları, idarəçilik və əsgərliklə bağlı təcrübə qazandıqları
bir şahzadə sancağı idi. Şübhəsiz Amasyanın bu ehtişamındakı ən böyük rolu II Bəyazid oynamışdır. Bu baxımdan Amasyanın
o dövrdəki mədəni zənginliyini vurğuladıqda və ya o dövrdə yaşayıb, yaratmış hər hansı bir yazar haqqında danışıldığında
mənbələrdə mütləq II Bəyazidin adına rast gəlinəcəkdir. Bunu II Bəyazidin şairlərə, sənətkarlara, elm xadimlərinə və üləmalara
diqqətinin nəticəsi olaraq da qəbul etmək olar. Üzərində araşdırma apardığımız XV-ci əsr nəsr əsəri “Taci-Ədəb” in müəllifi
Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin bu dövrdə və Amasyada yaşadığını düşünərsək onun necə bir elmə sahib
olduğunu bilmək bir o qədər də çətin olmaz. Müəllif haqqında geniş məlumata sahib olmasaq da, haqqında müxtəlif
qaynaqlarda kiçik də olsa məlumat verilmişdir. Xüsusilə adından da bilindiyi kimi onun Amasyalı olduğu anlaşılmaqdadır.
Yenə adından dolayı Əlaəddin Çələbi deyə tanınmaqdadır. Doğum tarixi və harada doğulduğu bilinməməkdədir. Ölümünün
h.875/ m.1470 ili olduğu mənbələrdə qeyd edilir. Başqa bir məlumat olmadığından müəllifin ölüm tarixini h.875/ m.1470
olaraq qəbul edəcək olarsaq Əli ibn Hüseynin Fateh (1451-1481) dövrü müəlliflərindən biri olduğuna şübhə yoxdur.
Taci-Ədəb əsəri h.857/ m.1453 ilində yazıldığına görə müəllifin gəncliyinin daha əvvəlki illərə uzandığı Fatehin Atası
II Murad (1421-1451) dövründə yaşadığı da rahatlıqla söylənilə bilər. Bütün bu məlumatlardan qısa olaraq söyləyə bilərik
ki, Əli ibn Hüseyn əl- Amasi Əlaəddin Çələbi Sivas vilayətinin Amasya sancağında anadan olmuş, orada yaşamış və orada
h.875/ m.1470 ci ildə ölmüşdür. “Taci-Ədəb” əsərini incələyərkən onun yazılış səbəbindən anladığımıza görə müəllif
müəllimdir. İşini o dövrün sibyan məktəbi adlanan, indiki orta məktəb səviyyəsində bir müəssisədə sürdürmüş və tanınmış
bir müəllim olmuşdur.
Katib Çələbi kitab haqqında bilgi verərkən bu əsərin xalqın öndə gələnlərinin uşaqları üçün yazıldığını bildirməkdədir.
Ayrıca Osmanlı Müəlliflərində müəllifin tərcümeyi halı verilərkən onun h.826/ m.1423 ilində Amasiya sancaq bəyliyinə
təyin edilən Yörgüc Paşanın oğlu Xızır bəyin (daha sonra Xızır bəy də Amasyada sancaq bəyliyi etmişdir) müəllimliyini
etdiyi bildirilir. Bu məlumatlar müəllifin Amasyada tanınmış bir müəllim olduğunu söyləməyimizə imkan verir.
“Taci-Ədəb” əsərində əl-Amasi özündən də söz etməkdədir. Əsərinin bir yerində deyir: “Bu yoxsul ömrümün
başlanğıcından sonunadək ciddi cəhdlə həmdəm axtarsam da, dostdan əsər- əlamət tapmadım. Vəfa varlığının yox
olduğunu, kərəm xəzinəsinin gizləndiyini gördüm. Uyğunluq umduğum yerdən nifaq, müttəfiqlik gözlədiyimdən ayrılıq
hasil oldu. Tale ulduzumun çıxdığın, yatmış bəxtimin oyandığın, çərxi fələk saatının nücum miqdarı qədər istəyimə uyğun
döndüyün görmədim”. Bu ifadələrdən də anlaşıldığına görə əl-Amasinin dövrünün irəli gələnləri ilə çox da yaxşı əlaqələri
yoxdur. Müəllifin əsərini ömrünün sonlarına doğru qələmə aldığı “ömrümün ibtidasından ta intihasına dək” ifadəsindən də
anlaşılmaqdadır. Ondan faydalanmış olanların, hətta şagirdlərinin ona vəfa göstərmədiklərindən şikayətlənir. Və çox
çalışmasına baxmayaraq arzu etdiyi mövqeyə çatmadığından söz açır. Hətta müəllif həyatının bu səhifəsində insanlarla
ünsiyyəti kəsib onlarla bir arada olmaqdan da qaçdığını bu ifadələrlə bildirir: “Sağlamlığın təklikdə, azadlığın tərki-
dünyalıqda olduğunu gördüyüm üçün ona üz tutdum. Kölgəmlə munis, sirrimlə məhrəm, dərdimlə həmdəm oldum. Qənaət
eyləyib insanlardan təvəqqemi kəsdim. Qəlb rahatlığına və ruhi istirahətə qovuşdum.” (AMEA M.Füzuli adına Əlyazmalar
Institutu. Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbi. “Taci-Ədəb” əsəri. M315\315 )