Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə587/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   583   584   585   586   587   588   589   590   ...   1149
 

 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

330 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ƏLİİBN HÜSEYN ƏL-AMASİ ƏLAƏDDİN ÇƏLƏBİNİN DÖVRÜ VƏ HƏYATI 

 

İnci QASIMLI  

AMEA, Şərqşünaslıq İnstitutu 



tunay1977@box.az 

 “Taci-Ədəb”  əsərinin müəllifi  Əli ibn Hüseyn Əl-Amasi  Əlaəddin Çələbinin yaşayıb, yaratdığı dövr XV əsr Türk 

ədəbiyyatının tarixi inkişafında böyük çevriliş dövrü olmuşdur. Bu dövr ədəbiyyatında istər forma, istərsə  də  məzmun 

baxımından ciddi inkişaf müşahidə olunur. Digər tərəfdən həmin dövr dini-əxlaqi  ədəbiyyatın da böyük sürətlə inkişaf 

etdiyi dövr olmuşdur. XV-ci əsrdə Türk dili böyük bir imperatorluq olan və hakim olduğu sivil ölkələri idarə etmə 

iddiasında və iqtidarında olan böyük bir dövlətin və millətin ortaq islam mədəniyyətində xüsusi yerin almasını təmin edəcək 

bir söz zənginliyi və ifadə üstünlüyünə malik olmuşdur. Bu əsrdə Osmanlı türkcəsindəki ədəbiyyatın inkişafının təşviq edici 

səbəblərindən biri də  məhz hökmdar ailəsinin  şair və  şair  şahzadələr yetişdirmiş olmasıdır. Bu hökmdar və  şahzadələrin 

həm yüksək səviyyəli  şeirlər söyləyəcək qədər dil və  ədəbiyyata hakim olmaları, həm elm xadimlərinin və  şairlərin 

qiymətini bilmələri ölkələrindəki elm və  sənətin səviyyəsini qaldırmışdır. Fateh Sultan Mehmetdən sonra taxta keçən və 

Ədli təxəllüsü ilə şerlər yazan oğlu II Bəyazid Sultan Mehmet kimi sərbəst fikirli olmaqla yanaşı, oxumağa, öyrənməyə və 

habelə  şeirə marağı olan bir hökmdar olmuşdur, atasının dövründən başlayan elm və  ədəbiyyata olan ciddi meylini öz 

hakimiyyəti dövründə də davam etdirmişdir.  

II Bəyazidin hakimiyyəti illərində Anadolu və Rumeli şairlər mənbəyinə, paytaxt İstanbul isə Şərqin mədəniyyət və elm 

ocağına çevrilmişdir. II Bəyazidin 1454-1481 tarixləri arasındakı iyirmi yeddi illik müddətdə, XVI əsrin ilk yarısına qədər 

xüsusi bir şahzadə sancağı kimi diqqət çəkmiş Amasyada türk mədəniyyəti və  ədəbiyyatına dərin təsir edən  ədəbi  şərait 

meydana gətirmişdir. XV əsrdə Amasyada yetişən şair sayı XIV əsr ilə müqayisə edilə bilməyəcək qədər çoxdur. Xüsusilə II 

Bəyazid dövründə Amasya bir çox dövlət, elm və din xadimlərinin, şair və sənətkarların yetişdiyi kiçik İstanbul mahiyyətində 

olmuşdur. Belə ki, Amasya Osmanlı şahzadələrinin ilk təhsillərini aldıqları, idarəçilik və əsgərliklə bağlı təcrübə qazandıqları 

bir şahzadə sancağı idi. Şübhəsiz Amasyanın bu ehtişamındakı ən böyük rolu II Bəyazid oynamışdır. Bu baxımdan Amasyanın 

o dövrdəki mədəni zənginliyini vurğuladıqda və ya o dövrdə yaşayıb, yaratmış  hər hansı bir yazar haqqında danışıldığında 

mənbələrdə mütləq II Bəyazidin adına rast gəlinəcəkdir. Bunu II Bəyazidin şairlərə, sənətkarlara, elm xadimlərinə və üləmalara 

diqqətinin nəticəsi olaraq da qəbul etmək olar. Üzərində araşdırma apardığımız XV-ci əsr nəsr əsəri “Taci-Ədəb” in müəllifi 

Əli ibn Hüseyn əl-Amasi  Əlaəddin Çələbinin bu dövrdə  və Amasyada yaşadığını düşünərsək onun necə bir elmə sahib 

olduğunu bilmək bir o qədər də  çətin olmaz. Müəllif haqqında geniş  məlumata sahib olmasaq da, haqqında müxtəlif 

qaynaqlarda kiçik də olsa məlumat verilmişdir. Xüsusilə adından da bilindiyi kimi onun Amasyalı olduğu anlaşılmaqdadır. 

Yenə adından dolayı Əlaəddin Çələbi deyə tanınmaqdadır. Doğum tarixi və harada doğulduğu bilinməməkdədir. Ölümünün 

h.875/ m.1470 ili olduğu mənbələrdə qeyd edilir. Başqa bir məlumat olmadığından müəllifin ölüm tarixini h.875/ m.1470 

olaraq qəbul edəcək olarsaq Əli ibn Hüseynin Fateh (1451-1481) dövrü müəlliflərindən biri olduğuna şübhə yoxdur.  

Taci-Ədəb əsəri h.857/ m.1453 ilində yazıldığına görə müəllifin gəncliyinin daha əvvəlki illərə uzandığı Fatehin Atası 

II Murad (1421-1451) dövründə yaşadığı da rahatlıqla söylənilə bilər. Bütün bu məlumatlardan qısa olaraq söyləyə bilərik 

ki, Əli ibn Hüseyn əl- Amasi Əlaəddin Çələbi Sivas vilayətinin Amasya sancağında anadan olmuş, orada yaşamış və orada 

h.875/ m.1470 ci ildə ölmüşdür. “Taci-Ədəb”  əsərini incələyərkən onun yazılış  səbəbindən anladığımıza görə müəllif 

müəllimdir. İşini o dövrün sibyan məktəbi adlanan, indiki orta məktəb səviyyəsində bir müəssisədə sürdürmüş və tanınmış 

bir müəllim olmuşdur.  

Katib Çələbi kitab haqqında bilgi verərkən bu əsərin xalqın öndə gələnlərinin uşaqları üçün yazıldığını bildirməkdədir. 

Ayrıca Osmanlı Müəlliflərində müəllifin tərcümeyi halı verilərkən onun h.826/ m.1423 ilində Amasiya sancaq bəyliyinə 

təyin edilən Yörgüc Paşanın oğlu Xızır bəyin (daha sonra Xızır bəy də Amasyada sancaq bəyliyi etmişdir) müəllimliyini 

etdiyi bildirilir. Bu məlumatlar müəllifin Amasyada tanınmış bir müəllim olduğunu söyləməyimizə imkan verir. 

 “Taci-Ədəb”  əsərində  əl-Amasi özündən də söz etməkdədir.  Əsərinin bir yerində deyir: “Bu yoxsul ömrümün 

başlanğıcından sonunadək ciddi cəhdlə  həmdəm axtarsam da, dostdan əsər-  əlamət tapmadım. Vəfa varlığının yox 

olduğunu, kərəm xəzinəsinin gizləndiyini gördüm. Uyğunluq umduğum yerdən nifaq, müttəfiqlik gözlədiyimdən ayrılıq 

hasil oldu. Tale ulduzumun çıxdığın, yatmış bəxtimin oyandığın, çərxi fələk saatının nücum miqdarı qədər istəyimə uyğun 

döndüyün görmədim”. Bu ifadələrdən də anlaşıldığına görə əl-Amasinin dövrünün  irəli gələnləri ilə çox da yaxşı əlaqələri 

yoxdur. Müəllifin əsərini ömrünün sonlarına doğru qələmə aldığı “ömrümün ibtidasından ta intihasına  dək” ifadəsindən də 

anlaşılmaqdadır. Ondan faydalanmış olanların, hətta  şagirdlərinin ona vəfa göstərmədiklərindən  şikayətlənir. Və çox 

çalışmasına baxmayaraq arzu etdiyi mövqeyə çatmadığından söz açır. Hətta müəllif həyatının bu səhifəsində insanlarla 

ünsiyyəti kəsib onlarla bir arada olmaqdan da qaçdığını bu ifadələrlə bildirir: “Sağlamlığın təklikdə, azadlığın tərki-

dünyalıqda olduğunu gördüyüm üçün ona üz tutdum. Kölgəmlə munis, sirrimlə məhrəm, dərdimlə həmdəm oldum. Qənaət 

eyləyib insanlardan təvəqqemi kəsdim. Qəlb rahatlığına və ruhi istirahətə qovuşdum.” (AMEA M.Füzuli adına Əlyazmalar 

Institutu. Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbi. “Taci-Ədəb” əsəri. M315\315 ) 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   583   584   585   586   587   588   589   590   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin