Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə589/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   585   586   587   588   589   590   591   592   ...   1149
 

 

 

 

ARİF NİHAT ASYANIN POEZİYASINDA MİLLİ RUH 

 

Kövkəbxanım MƏMMƏDLİ 

“ASAN Xidmət”, Türk dili tərcüməçisi 



kovkeb@yahoo.com 

 

Türk ədəbiyyatı tarixinə adını “Bayraq şairi” kimi yazdıran, Cümhuriyyət dövrünün böyük şairlərindən olan Arif Nihat 



Asya  ədəbiyyat sahəsində milliyyətçiliyin  ən məşhur və görkəmli nümayəndələrindəndir.  Şairin müxtəlif sahələrdə, 

incəsənətlə bağlı fikirlərində, həyata baxışında bu ideologiyanın hakim olduğu görülməkdədir.  

Arif Nihat Asya 7 fevral 1904-cü ildə İstanbulun Çatalca rayonunun İncəyiz kəndində anadan olmuşdur. Hələ körpə 

vaxtlarında atasının vəfatı və anasının evlənib başqa ölkəyə getməsilə Arif Nihat öncə babası, daha sonra bibisinin hima-

yəsində böyümüşdür. Orta məktəb və Ali Müəllim Məktəbindən məzun olduqdan sonra təqaüdə çıxdığı 1962-ci ilə qədər 

Adana, Malatya, Ədirnə və Kiprdə Türk dili müəllimi, Ədəbiyyat müəllimi, müdir müavini, müdir vəzifələrində çalışmışdır. 

1950-54-cü illərdə millət vəkili vəzifəsində olmuşdur. İki dəfə evlənmiş, hər evlilikdən iki övladı dünyaya gəlmişdir.  

Zəngin və çox yönlü yaradıcılıq fəaliyyətlərinə davam etdiyi 1973-cü ildən etibarən səhhətində tez-tez problemlər 

yaşanan  şair bir neçə  dəfə infarkt olub xəstəxanada yatmalı olmuşdur. 1975-ci ilin 5 yanvarında müalicə aldığı Ankara 

Nümunə Xəstəxanasında həyata gözlərini yummuşdur.  

Şeir yazmağa erkən yaşlarından başlayan Arif Nihat Asya müxtəlif qəzet və jurnallarda şeirlərini dərc etdirmişdir. O, 

məhəbbət, vətən, tarix, din, dil, təbiət, ailə həyatı, şəxsi həyat, zəmanədən şikayət, tənhalıq, varlıq-yoxluq kimi mövzularla 

yanaşı, Türkiyənin görkəmli tarixi şəxsiyyətləri, böyük şairlərinə də həsr etdiyi müxtəlif mövzularda, kəmiyyət etibarilə bir 

şairin gücünün çatacağından çox şeir qələmə almışdır. Belə ki, təqaüdə çıxmadan öncə mənzum-mənsur 7 kitabı, təqaüdə 

çıxdığı 1962-ci ildən ölümünə qədər keçən 13 illik müddətdə 18 kitabı nəşr olunmuşdur. 

Türk ədəbiyyatında əsasən şeirləri ilə məşhur olan Arif Nihat nəsrlə də əsərlər qələmə almışdır. Roman, hekayə kimi 

janrlarda deyil, özünün dediyi kimi daha çox sınanmamış sahədə yazmaq istəmiş, mənsur  şeir, aforizm, lətifə janrına 

müraciət etmiş və bu janrlarda da qiymətli əsərlər təlif etmişdir.  

İş həyatı ilə bağlı Türkiyənin bir neçə şəhərində (bəzən də sürgün olunaraq) çalışması, 1945-ci ildən sonra başladığı 

siyasi fəaliyyəti səbəbilə ölkəsini  şəhər-şəhər gəzməsi ona məmləkətini daxildən tanıma imkanı vermiş  və burada 

qarşılaşdıqları şeirlərinə və yazılarına ilham mənbəyi olmuşdur.  

Arif Nihat Asyanın şeirlərində və digər yazılarının əsasında milli-mənəvi dəyərlər, türklük şüuru və milli mədəniyyət 

dayanır. Onun yaradıcılığının əsas mənbələrindən biri sevgidir. Bu sevgi həm insana, həm də vətən torpağından başlayaraq 

onun dağına, bulağına, bütün gözəlliklərinə aiddir. Türk millətinin dəyərlərinə  sıx bağlılıq, dini inanclar, adət-ənənələr

vətənpərvərlik  şairin dünya görüşünü formalaşdıran amillərdir. Yetmiş ildən artıq keçən ömür boyunca Arif Nihat 

yorulmadan türk ədəbiyyatına yeni dəyərlər gətirməyin, keçmişin dəyərlərinə sahib çıxmağın, millətin fikir və hisslərini dilə 

gətirməyin həyəcanını yaşamışdır. Böyük vətən və millət sevgisinin süzgəcindən keçirərək qələmə aldığı şeirlərində vətənin 

şəhərləri, tarixi abidələri, çayları, düzləri dilə gəlmişdir.  

Demək olar hər mövzunu şeirlərinə daxil etmiş Arif Nihat türk ədəbiyyatında məmləkətçi, milliyyətçi şairlər arasında 

yer almışdır. Arif Nihat Asyanın gəncliyindən bəri qəlbində yaşatdığı millət sevgisi, milliyyətçilik sadəcə Türkiyə 

türklüyünü deyil, “Turan idealı” olaraq bütün dünya türklüyünü ehtiva etmişdir. Türklərin yaşadığı  hər yer onun maraq 

dairəsinə daxil olmuşdur. Şairin iyirmi il getdiyi yerlərdə, iştirak etdiyi məclislərdə və nəhayət son nəfəsində yanında olan 

Yavuz Bülent Bakiler də Arif Nihatın ömrünün sonuna qədər Turan ideologiyasından vaz keçmədiyini qeyd etmişdir. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   585   586   587   588   589   590   591   592   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin