Microsoft Word Materiallar Full


DÜNYA ƏDƏBİYYATINDA TÜRK DÜŞMƏNÇİLİYİNƏ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə597/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   593   594   595   596   597   598   599   600   ...   1149
DÜNYA ƏDƏBİYYATINDA TÜRK DÜŞMƏNÇİLİYİNƏ  

DAİR MÜXTƏLİF NƏZƏRİYYƏLƏR 

 

Nərmin HÜSEYNOVA 

Qafqaz Universiteti 



nena-77@rambler.ru

 

 

Türk düşmənçiliyi, Türk fobiyasi (İngilis dilinde Anti-Turkism, Turcophobia), ədəbiyyatda və tarixdə Türklərə, Türk 

mədəniyyətinə, Osmanlı imperatorluğuna və Türk xalqlarına qarşı olan düşmənçilik kimi tanınır. Anti- Turkizm ifadəsi 

sadəcə Türk xalqlarına qarşı deyi, dünyada yaşayan bütün müsəlmanlara, xüsusilə Balkan müsəlmanlarına, Bosniyalılara ve 

Arnavutlulara da aiddir.  

Türklərə qarşı düşmənçiliyin başlanması Xaç Yürüşləri dövrünə tasadüf edir. Hələ 1400-cü ilin ortalarında -Avropanın 

hər yerində xüsusilə Türklərə qarşı Katolik dini mərasimlər təşkil edilmişdir. Vyana papazı Johann Faber (1478-1541) 

türklər haqqında belə demişdir: “Dünyada yaş  və cinsiyyət fərqi qoymadan uşaq, yaşlı  hər kəsi kəsən və  hətta ana 

bətnindəki körpəni belə qətlə yetirən Türklər qədər zalım və qəddar bir irq yoxdur.” 

Türk düşmənçiliyi mövzusu tarixdə geniş yer əhatə etdiyindən ədəbiyyatda da bu mövzuda bir çox əsər və məqalələr 

yazılmışdır. Hətta XVI əsrdə bu mövzuya aid Avropada 2500-dən çox kitab nəşr edilmişdir. Bu əsərlərdə Türklər “Qanına 

susamış bir millət” kimi göstərilmişdir. Avropoda Türklərə qarşı bu cür mənfi fikirlərin formalaşmasına təkan verən 

səbəblərdən biri də ədəbiyyatda mövcud olan Qurd-Türk hekayələridir. Bu hekayələrdə türklər yarı insan və yarı canavar 

kimi quyruğu olan, insan əti yeyən bir varlıq kimi göstərilmişdir. Bəzi ilahiyyatçılar Türklərin qəddarlığını “Türk” sözünün 

mənası ilə əlaqələndirmişlər. Onların fikrincə “Türk” sözü “torquere” (“torture”- işgəncə) mənasını verir. 

Qatı İslam və Katolik düşməni kimi tanınan İtalyan şairi Dantenin dünya ədəbiyyatının önəmli əsərlərindən biri kimi 

qəbul edilmiş “İlahi Komediya” adlı kitabında Cənnət və Cəhənnəmi təsvir etmiş, peyğəmbərimiz Hz. Məhəmmədi və əmisi 

oğlunu, kürəkənini Cəhənnəmdə  əzab çəkərkən göstərmişdir. Buna cavab olaraq Abdülhak Hâmid Tarhan 1919-cu ildə 

yazdığı "Tayflar Geçidi" adlı əsərində Dante'nin üsulundan istifadə edərək o biri dünyaya gedir; cəhənnəmi anlatarkən orada 

əzab çəkən Dante'ni görür və yaxasından tutaraq ona bu cümləni deyir: "Senin gibi şeytandan daha şerîr (şerli) biri varken 

Âlemlerin Efendisini nasıl cehennemde düşündün?"  Bundan sonra Dante, "Evet öyle yazmamalıydım." deyir və üzr istəyir. 

Dantedən başqa ədəbiyyatda qatı Türk düşməni olaraq tanınan, 1788-1824 illərdə yaşamış, məşhur İngilis şairlərindən 

biri də Byrondur. Yahya Kemal Beyatlı, 1911-ci ildə    Madriddə  səfir olduğu zaman başladığı  və 1925-ci ildə  İstanbulda 

tamamladığı "Açık Deniz" şeirində Byron haqqında bu cür demişdir:  



 Kalbimde 

vardı Byron'u bedbaht eden melâl 

 Gezdim 



yaşta dağları hulyâm içinde lâl 

 Aldım Rakofça kırlarının hür havasını 

 Duydum 

akıncı cetlerimin ihtirasını. 

Maraqlısı budur ki, Byron1823-cü ildə  mədəniyyətin beşiyi saydığı Yunanıstanın müstəqilliyi uğrunda  Türklərlə 

savaşmağa üçün İngiltərə'dən Yunanıstana gəlmiş  və orada ağır bir xəstəliyə tutulmuş  və  "hər  şey bitti artıq, çox 

gec" deyərək savaşmadan ölmüşdür. 

Digər Fransız  şairi, yazıçısı  və dövlət adamı Victor Hugo (1802-1885) Türklər haqqında belə demişdir. “Bu qatil 

imperatorluqdan, “Osmanlı”dan yaxamızı qurtaraq. Qəddarlığı və zorbalığı susduraq. Əlində qılınc dolaşan boş inancları, 

doğmaları tanınmaz hala gətirək. 

1694-cü ildə İsveçdə Erland Dryselius tərəfindən yazılıb və nəşr olunmuş kitab Türk düşmənçiliyinə həsr olunmuş, bu 

əsərdə Türklərin Xristiyanlığın  əsas düşmanı olaraq göstərilmişdir. Bundan əlavə, 1795-ci ildə  İsveçdə yazılan və dini 

dərslik kimi istifadə olunan kitabda İslam dini də pislənmişdir. Burada İslam dini “Hiyləgər Məhəmməd tərəfindən 

uydurulan, Türklərin qəbul etdiyi saxta din” kimi göstərilmişdir. 

Bəzi tarixi qaynaqlarda verilən məlumatlara əsasən, Osmanlı Türk deyil, Türk düşməni olaraq adlandırılmışdır. Belə 

ki, Hafiz Ahmet Çelebi 1499-cu ildə yazdığı şerində Türklər haqqında belə demişdir: 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   593   594   595   596   597   598   599   600   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin