Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə654/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   650   651   652   653   654   655   656   657   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

369 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

obrazlarında  əsas hadisələrin çevrəsində bu və ya digər məsələlər - adət və  ənənələr, eləcə  də münaqişələr realist bədii 

əksini tapmışdır. 

Lakin romanın hadisələrinin cərəyanında Ceyms Moriyerin türk mövzusuna – türk obrazları, adət-ənənələri və 

məişətinə, xüsusilə türk sözlərini və ifadələrini yerli-yerində ingilis söz və ifadələri ilə yanaşı  işlətməsi təbii ki, milli 

koloritin qorunub saxlanılmasında  müsbət nəticəsini verdiyini söyləmək olar. Yazıçının türk həyatına və türk sözlüyünə 

yaxından bələdçiliyi “Ayişə” romanında xüsusilə diqqəti çəkir. 

Lakin romanda yazıçının personajların dili ilə türk ləyaqətinə  və  əsl-nəcabətinə  təhqir sayıla bilən söz və ifadələr 

oxucunu bu haqda düşündürməyə vadar edir. Kitabın 13-cü səhifəsində bir tatarın dili ilə söylənilən “türklərin səfeh” kimi 

təqdimatı istər-istəməz yazıçının yanlış mövqedə dayandığı fikrinə gətirib çıxarır. 

Hər bir yazıçı  əsərində  hər hansı bir söz, yaxud ifadəni işlədəndə onun məsuliyyətini daşıyır. Bu baxımdan Ceyms 

Moriyerin romanında onun birtərəfli mövqeyi nə qədər əsassız olsa da, dünya oxucusuna təqdim olunan bu söz və ifadələr 

təbii ki, yazıçının diplomat mövqeyindən çox, yazıçı mövqeyinin nə  qədər aşağı  səviyyədə olduğunu da söyləməyə  əsas 

verir. 


Bütövlükdə isə “Ayişə, Qars qızı” romanı dövrün ictimai-siyasi, xüsusilə  məişət problemləri üzərində qurumuş 

hadisələrin, əslində xristian qızı Ayişə və xristian nəcabətli Osmond surətlərinin timsalında Şərq (türk) sevgisini təcəssüm 

etdirir. Ayişənin Qars qızı, Osmondun isə  bəzən Osman adı ilə  əvəzlənməsi təbii ki, yazıçının  Şərq, türk dünyasına yeni 

baxışı kimi dəyərləndirilə bilər. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   650   651   652   653   654   655   656   657   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin