Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə655/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   651   652   653   654   655   656   657   658   ...   1149
 

ƏDƏBİYYAT 

3.  Morier, James. Ayesha, the Maid of Kars. Complete in one volume. London: Richard Bentley, New Burlington Street, 

1846. 

4.  Morier, James Justinian. The Oxford Companion to English Literature. Seventh Edition. Edited by Dinah Birch. Oxford 



University Press: 2009. 

 

 



İNGİLİS DİLİ POSTKOLONİAL MÜHİTDƏ BƏDİİ ƏDƏBİYYATIN DİLİ KİMİ 

 

Mahirə HACIYEVA 

Azərbaycan dillər Universiteti 



mhacieva@hotmail.com 

 

      Dil sadəcə ünsiyyət vasitəsi deyil, dil xalqın mədəni tarixinin vacib elementi olaraq bu mədəniyyəti yaradan və yaşadan  



ictimai və  mədəni hadisədir. Dil, mühakimə  həm Foukoldun tərif etdiyi kimi güc və  zəbt etmə üçün taktika, həm də 

Baxtinin tısvir etdiyi kimi idealogiyanın ifadəsidir. Məhz buna görə də həm kolonial işğal zamanı  həm də koloniyaçılara 

qarşı mübarizədə dil müstəsna  əhəmiyyətə malikdir. Kolonializm siyasətinin tərkib hissəsi olaraq ingilis dilinin tədris 

olunması yerliləri  əqli koloniyalaşmaya məruz qoydu və bununla da yerli ənənələrə müəyyən dərəcədə yadlaşan nəsil 

yetişdirməklə xalqların mədəni tarixində  nəsillər arası boşluq yaratmış oldu. Ngugi Va Thionqo bu prosesi “zehnin 

koloniyalaşdırılması” adlandıraraq, kolonial sistemin süqutundan sonra ingilis dilinin keçmiş koloniya dövlətlərində ədəbi 

dil kimi istifadə olunmasına qarşı çıxaraq Bill Aşkroftun təsvir etdiyi “ləğv etmə” yolunu seçir.      

     Postkolonial  mühitdə dilin istifadəsi zamanı baş verən ikinci bir proses olaraq Bill Aşkroft “ mənimsəmə” prosesinin 

getdiyini yazır. Bu zaman ingilis dili rədd olunmur, əksinə yerli mühitə uyğunlaşdırılaraq transformasiyaya uğrayır və 

ingilisdilli postkolonial ədəbiyyatda  dil mərkəzdən gələn standard formasını  dəyişərək yerli təcrübəyə  və  mühitə 

uyğunlaşdırılmış  şəkildə istifadə edilir. Ngugi Va Thionqo nəzərə almır ki, İngilis kolonializminin xalqların tarixində 

buraxdığı bir çox qaranlıq səhifələrə baxmayaraq, sosial və mədəni prosesin tərkib hissəsi kimi İngilis dili nəinki bir xalqın, 

müxtəlif ərazilərdə yaşayan bir çox xalqların müştərək mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Bill Aşkroft post-kolonial 

mühitdə ingilis dilinin doğma dil olduğu məskunlaşdırılmış kaloniyalarda istifadə edən monoqlossik, ikidilliliyin sosial 

səviyyədə qəbul edildiyi Hindistan və Pakistan kimi ölkələrdə yaşayan diqlossik və Karib adalarında müxtəlif dialektlərin 

qarışımından yaranan poliqlossik tip  olmaqla üç tip lingvistik cəmiyyəti fərqləndirir. Tipindən asılıı olmayaraq artıq bu 

cəmiyyətlərdə istifadə olunan ingilis dili yerli mühitə uyğunlaşmışdır, Hindistan, Pakistan kimi multukulturalist cəmiyyətin 

yaşadığı ölkələrdə bir çox səviyyədə vahid dil statusunu hələ də saxlamaqdadır və bu dili ana dili kimi qəbul edərək yerli 

dillərlə bu dil vərdişlərini rahatlıqla bir biri ilə  əvəz edən, hibritləşmiş  mədəniyyətə malik yeni bir nəsil yetişmişdir.  

Xalqların, mədəni irslərin bir bir bili ilə  sıx təmasdan qaynaqlandığı postkolonial mühitdə  mədəni saflıq axtarmaq 

məntiqsızidir, bu mühitdə mədəni sərhəd bəzən kəskinləşir, bəzən əriyərək yox olur, bəzən də hibridləşərək mədəni və milli 

ikidişlık yaradır və buna görə də postkolonial ədəbiyyatı birləşdirən əsas cəhət hibridlik və sinkretiklik kimi elementlərdir. 

      Postkolonial ədəbiyyatın dili koloniyaçıların dili, gəlmə dil olsa da milli və  mədəni mənsubiyyət yabançı dildə əriyib 

yox olmur, əksinə    bədii dili transformasiyaya uğradaraq, yeni ifadə vasitələri ilə  zənginləşdirərək bəzən məqsədyönlü , 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   651   652   653   654   655   656   657   658   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin