Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə656/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   652   653   654   655   656   657   658   659   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

370 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

bəzən də fərqində olunmadan daha qabarıq şəkildə öz əksini tapır.  Çinua Akebenin “ Hər şey dağılır” (Things Fall Apart) 

və ya Bapsi Sidvanın “ Parçalanan Hindistan” ( Cracking İndia və ya İce-Candy-Man) əsərlərində, milli adət və ənənələrin 

təsviri, izahları verilmiş və verilməmış ifadələrin istıfadəsi ilə, Naipaulun romanlarında yerlilərin standard ingilis dilindən 

fərqlənən yerli dillərlə ingilis dilinin qarışığından yaranan dialektlərin verilməsi ilə  İngilis dili birbaşa olaraq asanlıqla 

Afrikalaşdırılır və ya Pakistanlaşdırılır. Bu lokalaşdirma vasitələri ilə də milli mənsubiyyət ifadə olunaraq təsdiqini tapmış 

olur. Bu zaman eyni bir prosesin əksinə getdiyini görə bilirik, Naipaul, Akebe kimi yazıçıların qeyd etdiyi kimi ingilis 

koloniyalarında  Viliam Vördsvörsün “ Nərgizlər” (“Daffodils”) şerini öyrənmək məcburiyyətində qalan uşaqların heç 

zaman görmədikləri  sarı nərgizlərlə dolu təpəni reallıqla birbaşa uyğun olmayan şəkildə təssəvür eləmələri qeyri mümkün 

idi . Bu koloniya xalqlarının dil vasitəsilə koloniyalaşdırılması idisə, eyni xalqlar dekolonizasiya dövründə ingils dilinə yerli 

dillərdən gələn sözləri qatmaqla yeni məna çalarları yaratmağa başladılar. Beləliklə  nəinki müxtəlif dillər və 

mədəniyyətlərin bir birinə qovuşması, həm də ingilis dilinin qatları arasında zaman səyahəti baş verməkdədir desək 

yanılmarıq. Dildə gedən bu prosess Baxtinin heterglosia və dialogizm nəzəriyyəsinə  ən bariz nümunədir: “ ...Beləliklə 

istənilən an sosial idealoji həyatın müxtəlif dövr və mərhələlərin dilləri birgə yaşayır.... Buna görə də tarixin istənilən anında 

dil başdan ayağa heterglotdur : o keçmiş və indi arasındakı , keçmişin müxtəlif dövrləri arasındakı, indinin müxtəlif sosial 

ideoloji qrupları arasındakı , tendensiyalar, məktəblər, dairələr və sair arasındakı sosial-ideoloji ziddiyyətlərin varlığını bir 

bütün şəklində təqdim edir. Buna görə də dillər bir birini xaric etmir, daha çox bir birləri ilə müxtəlif yollarla kəsişir.”.  

       Beləliklə. ingilis dilinin koloniyalarda yayılması zamanı heç bir tərəfin dili tam olaraq yox olmur, əksinə biri digərinə 

qarışaraq yaranmaqda olan mühitin tələblərinə uyğun olan və postkolonial tarixin yükünü daşıya bilən  yeni bir ifadə 

vasitəsi yaratmış olur.  

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   652   653   654   655   656   657   658   659   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin