ANA DİLİNİN TƏDRİSİ METODİKASININ MƏNBƏLƏRİ
Aygün MƏMMƏDOVA
Qafqaz Universiteti
amemmedova@qu.edu.az
Azərbaycan dilinin metodikasının inkişafının ən etibarlı mənbələrindən biri metodik irsimizdir. Metodik irsdən
istifadəni ana dilinin tədrisi metodikası üzrə aparılmış axtarışları günümüzdə olan məktəblərə eyniylə köçürmək düzgün
deyil. Keçmiş irsdən istifadə edərkən ondakı mütərəqqi, əlverişli ideya, qanunauyğunluq, prinsip, metod və priyomu
götürüb onlardan müasir məktəbin tələblərinə uyğun şəkildə istifadə etmək lazımdır.
Azərbaycan dilinin tədrisi ilə əlaqədar B.Çobanzadə, F.Ağazadə, M.Mahmudbəyov, Y.Zeynalov, Ə.Qafarlı, M.Ələkbərov,
A.Abdullayev və başqalarının yazdıqları kitablar və məqalələrin bir çoxu bu gün də müəyyən qədər öz əhəmiyyətini
saxlayır. Bugünkü metodika elmi məhz onların yaradıcılıqlarından qidalanır.
Metodikanın inkişafına təkan verən mühüm mənbələrdən biri pedaqogika və pedaqoji psixologiyanın yenilikləridir.
Pedqogika və psixologiya elmləri son illərdə sürətlə inkişaf edir, öz qanun və qanunauyğunluqlarını nəzəri və praktik
cəhətdən zənginləşdirilir, yeniləşdirilir. Son 25-30 ildə hər dəfə intensivləşdirmə, təlimin texniki vasitələrindən istifadə,
problemli təlim, kompüterləşdirmə və s. tətbiq edi
ldikcə ibtidai siniflərdə ana dili təliminin metodikası nəzərdən
keçirilməli, metod və priyomların təkmilləşdirilməsinə səy göstərilməlidir.
|