MAGİSTRANTLARIN MÜƏLLİMLİK FƏALİYYƏTİNƏ HAZIRLANMALARININ
İNTENSİVLƏŞDİRİLMƏSİNDƏ İNTERAKTİV TƏLİM TEXNOLOGİYALARINDAN İSTİFADƏ
Aysel HÜSEYNƏLİYEVA
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
aysel-86@bk.ru
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti, o
cümlədən təhsil sahəsində həyata keçirilən islahatlar təhsilin inkişaf etdirilməsi sahəsində mövcud problemlərin
aşkarlanması və həllinə diqqəti daha da artırmışdır. Təhsildə həyata keçirilən islahatlarla əlaqədar olaraq strateji fəaliyyət
istiqamətləri müəyyənləşdirilmiş, strateji yanaşma və prioritet sahələr üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
aydınlaşdırılmış, vahid konsepsiya və konkret dövlət proqramı hazırlanmışdır. Son illər “Azərbaycan Respublikasında
fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” təsdiq edilmiş, “Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)”, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş,
prezident İlham Əliyevin 24 oktyabr 2013-cü tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası” təsdiq edilmiş və digər addımlar atılmaqdadır.
Təhsil sahəsində yüksək nəticələrin əldə edilməsi bilavasitə akademik bacarığı, tədris təcrübəsi, peşəkarlıq bacarığı ilə
fərqlənən keyfiyyətli müəllim kadrlarının hazırlanmasından asılıdır. Rəqabətli iqtisadi mühitin önəmli amilə çevrildiyi
|