Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə760/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   756   757   758   759   760   761   762   763   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

425 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Qabaqcıl məktəb təcrübəsinin öyrənilib ümumiləşdirilməsi ana dili tədrisi metodikasının inkişafının  ən zəngin və  ən 

maraqlı  mənnəyidir. Pedaqoji nəzəriyyə  və pedaqoji praktika sıx vəhdətdə  fəaliyyət göstərməlidir. Nəzəriyyə  təcrübənin 

yolunu işıqlandırır, ona yeni elmi əsas verir, onu təkminləşdirir. Bununla belə, qabaqcıl məktəb təcrübəsi öz növbəsində 

pedaqoji elmləri zənginləşdirir, inkişaf etdirir. Nəzəri və praktik fəaliyyət belə vəhdətdə inkişaf etməzsə, pedaqogika elmi 

həyatdan geri qalar. Pedaqoji təcrübə alimlərdən gələcək yaradıcı axtarışlara ruhlandıran yeni pedaqoji ideyalar gözləyir.  

Metodistlər, elmi işçilər, qabaqcıl məktəb təcrübəsini öyrənməli, mahiyyətini açmalı, ümumiləşdirməli,  elmiləşdirməli 

daha sonra yayılması, kütləvi şəkil alması üçün tədbir görməlidirlər.  

Yenilik ardınca qaçan bəzi müəllimlər rastlarına gələn hər hansı  təcrübəni fərqinə varmadan tətbiq etməyə çalışırlar. 

Halbuki çox vaxt bu təcrübə onun fəaliyyət göstərdiyi mühitə, şəraitə, iş sisteminə, yaradıcılıq üslubuna uyğun gəlmir. Ona 

görə  də elmi işçilər dünyanın müxtəlif guşələrində  tətbiq olunan yeniliyi, hər hansı xarici təcrübəni yerli şəraitə  tətbiqi 

qaydasını  işləyib hazırlamalıdırlar. Keçən  əsrin 60-70-ci illərində Lipetsk, Rostov vilayəti, Tatarıstan müəllimlərinin 

qabaqcıl iş  təcrübəsinin məktəblərimizdə öz tətbiqini lazımınca tapa bilməməsinin səbəbi məhz onların elmi cəhətdən 

lazımınca əsaslandırılmaması və müəllimlərə aydın şəkildə çatdırılmaması idi.  

Biliklərin sinifdəcə  mənimsədilməsi, ev tapşırıqlarından, səhvlər üzərində kollketiv işdən, eyni çalışmalar sisteminin 

hamı tərəfində yerinə yetirilməsindən, biliyin beş bal sistemi ilə qiymətləndirilməsindən imtina edilməsi, eyni vaxtda yazı 

taxtasında bir neçə  şagirdin işləməsi, dərsə oyun elementlərinin daxil edilməsi, dərsdə özünüqiymətləndirmədən istifadə 

olunması, yeni texologiyalar, xüsusilə  dərsin qruplar şəklində  təşkili, debat dərslər, intekativ metodlar və s. müəllimlər 

arasında bir çox mübahisələrə, narazılıqlara səbəb olur. Bütün bunlar çox diqqətlə  təhlil olunmalı, pedaqoji ictimaiyyət 

tərəfindən qiymətləndirilməli və tətbiqedilmə qaydası optiMallaşdırılmalıdır.  

Qabaqcıl təcrübənin ən yüksək mərhələsi yenilikçilikdir. Yenilikçi müəllim ideya irəli sürür. İdeya nədir? Konsepsiya, 

metodologiya , metod, metodik anlayışlardan fərqli olaraq, ideya elmi kateqoriyadır, fikirdir, təklifdir. Bəzən qabaqcıl 

müəllimlər yeni, əvvəllər məlum olmayan forma, vasitə və metodlardan istifadə etməklə pedaqoji nəzəriyyənin illərdən bəri 

adət etdiyimiz çərçivədən çıxardaraq, standart pedaqoji qaydalarla münaqişəyə girir, irəli sürdüyü yeniliyi sübut etməyə 

çalışırlar.  

Ana dilinin tədrisi metodikasını o zaman sistemli və elmi cəhətdən  əsaslandırılmış  şəkildə inkişaf etdirmək olar ki, 

qabaqcıl müəllimlər tədqiqata qoşulsunlar. Müəllim kiminsə  təcrübəsini eyniylə köçürməyə çalışmasın, onu yerli şəraitə, 

sinfin səviyyəsinə müvafiq şəkildə işlədikdən sonra tətbiq etməyə səy göstərsin. Bu zaman hər kəsin özünəməxsus əməyinin 

bəhrəsi üzə çıxar. Müəllim hər hansı qabaqcıl təcrübəni eyniylə köçürmək istəsə belə nəticə alınmaz. K.D.Uşinskinin dediyi 

kimi, qabaqcıl təcrübə köçürülmür. Köçürülən  təcrübənin surəti deyil, ondan irəli gələn ideyadır.  

Deməli, qabaqcıl təcrübənin yaradılması üçün araşdırmalar aparmaq, elmi axtarışlar prosesində götür-qoy etmək 

lazımdır. Yalnız bu zaman yaranan təcrübə ana dili metodikasının inişafı üçün qaynaq ola bilər.  

Yaradıcı fəaliyyət göstərən , qabaqcıl təcrübəsi ilə metodikanı zənginləşdirmək istəyən müəllim tədqiqatçı olmalı, elmi-

tədqiqat metodlarından istifadə etməyi bacarmalıdır. O, hər şeydən əvvəl, tədris-metodik ədəbiyyatı öyrənib təhlil etməlidir. 

Bu zaman müəllim özünə qədər bu və ya digər problemin məktəb təcrübəsində necə qoyulması, tətqiqatçılar tərəfindən necə 

qələmə alınması ilə tanış olur. Belə bir tanışlıq onun axtarışlarına, fəaliyyətinə istiqamət verir.  

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   756   757   758   759   760   761   762   763   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin