Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə779/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   775   776   777   778   779   780   781   782   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

436 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

must develop positive attitudes towards themselves, beginning with a positive body image and overall a positive attitude 

about their physical appearance. 

 

 



ƏJDƏR AĞAYEVİN PEDOQOJİ İRSİNDƏ TƏHSİLİN İNKİŞAFI                                           

ÜÇÜN İRƏLİ SÜRÜLƏN PRİNSİPLƏR 

 

Günel QULİYEVA 

Qafqaz Universiteti 

gunel.aslanqizi@mail.rumailto:gquliyeva@std.qu.edu.az 

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeniləşən təhsil sistemi, onun inkişafı və müxtəlif problemləri dövrümüzün 



görkəmli pedaqoqu, professor  Əjdər Ağayevin tədqiqatının  əsas istiqamətlərindən biri olmuşdur.O tədqiqatlarında 

Azərbaycan təhsil sistemini bütün reallıqları ilə  əks etdirmiş, problemləri və onun həlli yollarını göstərmişdir. Təhsil 

sisteminin həqiqi, real inkişafına, məzmunca keyfiyyətliliyinə, milli faydalılığına nail olmaq üçün dörd prinsip (amil) irəli 

sürmüş və prinsiplərin nəzərə alınmayacağı təqdirdə təhsilin inkişafının mümkünsüz olduğunu qeyd etmişdir.Bu prinsiplər 

aşağıdakılardır: 

Halallıq və müqəddəslik prinsipi. Ə.Ağayev hallalıq amilini təhsil sisteminin inkişafına təsir edən  ən  əsas və birinci 

amil kimi irəli sürür və bu amil gözlənilməzsə digər təhsil tədbirlərinin heç bir faydalı nəticə verməyəcəyini qeyd edir. Ona 

görə  hər hansı bir cəmiyyətdəki bütün neqativ hallar təhsildə hallalıq və müqəddəslik amilinin pozulmasının 

nəticəsidir.Təsadüfi deyil ki, keçmiş Təhsil nazirimiz Misir Mərdanov “Çağ “öyrətim şirkətinin 20 illik yubileyində “Çağ”ın 

uğurlarının  əsas səbəbi kimi halallığı göstərmişdir. Təbii ki,burda Ə.Ağayevin də qeyd etdiyi kimi əsas vəzifə 

müəllimlərin,tərbiyəçilərin üzərinə düşür.Müəllimlərin  şəxsiyyəti,onların ifadə etdikləri sözlər,davranışları  və  əməlləri 

şagird şəxsiyyətinin formalaşmasında ən böyük amildir.  

İkinci prinsip müəllimin geniş dünyagörüşünə, mükəmməl ixtisas hazırlığına və metodik ustalığa yiyələnməsidir. 

Ə.Ağayev qeyd edir ki, müəllimlər ilk əvvəl milli tarixi-nəzəri və praktik yolun dəyərlərini  öyrənməli, xarici təcrübədən 

götürülmüş mütərəqqi cəhətləri bu bazada özününküləşdirməli, sonra elmi metodik əsaslarla tətbiq etməlidir.O dərslərin 

müvəfəqiyyətli təşkili üçün müəllimlərin qarşısına bir sıra tələblər qoyur: 1. Dərs haqqında tarixi və müasir biliklərə 

yiyələnməli  2. Dərsdə  Təhsilvericilik, tərbiyəedicilik və inkişafetdiricilik funksiyalarını planlı  və  şüurlu surətdə  həyata 

keçirməli 3. Konkret dərsin və ya dərslər silsiləsinin məqsədini qabaqcadan aydınlaşdırmalı  və bunun üçün təlimin 

prinsiplərini mükəmməl bilməli 4.Şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsini intensiv və səmərəli qurmaq üçün 

təlimin metodlarını elmi – nəzəri cəhətdən mükəmməl bilməli və əməli işdə ondan məharətlə,yaradıcı şəkildə istifadə etməli 

5. Dərsdə hissə və şüura təsiri əsas götürməli, onun yolu və forması müəllimin özü tərəfindən tapılmalıdır. 6. Müəllim dərs 

başlamazdan əvvəl fikrən və rəsmən qabaqlama işləri görməli,  konkret fənnin konkret məzmunundan, konkret mövzudan 

asılı olaraq dərsin metodikası  və texnikasını, didaktik vəzifələrin həlli üçün metodları müəyyənləşdirməlidir. 7. Müəllim 

mövzunun məntiqi-psixoloji strukturunu gözdən qaçırmadığı kimi, şagird kollektivinə yanaşmanın, təsirin psixoloji 

təminatını da unutmamalıdır. 8. Müəllim metodik ədəbiyyatdan istifadə etməklə yanaşı özünün peşə  təşəbbüskarlığı  və 

yaradıcılığı olmalıdır. 9. Müəllim dərsi əvvəldən axıra  elə qurmalıdır ki,  ilk andan qarşılıqlı fəallıq, işgüzarlıq hökmran 

ola, fikrin (biliyin) məntiqi əlaqəsi problemlər doğura və müəllim onun həllini müxtəlif yollarla şagirdlərə tapdırmalı, yeni 

məlumata ehtiyac yarana  və bundan sonra məlum olanla yeni öyrənilənin bütövlüyü yekunlaşdıra.  10. Və müəllimdə 

sağlam əqidə, yenilik ehtirası və peşəyə məhəbbət olmalıdır. 

Üçüncü prinsip təhsili idarəetmədə bələdlik, səriştəlilik və müstəqillikdir. Ə.Ağayev təhsili idarəetmə probleminə həsr 

etdiyi bir məqaləsində  təhsili idarəetmənin tərifini, sahələrini, elmi-nəzəri  əsaslarını, funksiyalarını, mərhələlərini, 

prinsiplərini, motivlərini, metodlarını izah etmişdir.O qeyd edir ki, kollektivin iş üslubu,onun təkmilləşmə dərəcəsi və yaxud 

bunların heç olmaması ilk növbədə idarə rəhbərinin vicdanı, işgüzarlığı və peşəkarlığından asılıdır. Bəlli olduğu kimi, təhsil 

sistemində  rəhbərlər idarəetməni hüquqi baza əsasında təşkil etməli eyni zamanda psixoloji,pedaqoji,sosioloji amilləri 

nəzərə almalıdır. O ənənəvi mütərəqqi və müasir təlim metod və texnologiyalarının uğurlu tətbiqində  və  səmərəli nəticə 

alınmasında, genişlənməsində bacarıqlı müəllimlərlə yanaşı bu işi bilən, qiymətləndirən və bu işin inkişafına şərait yaradan 

məktəb direktorlarının da olmasını zəruri hesab edir. 

Dördüncü prinsip isə Elmi və təcrübi nəticələrdən istifadədir.Elmi-nəzəri ideyalar və təcrübə sıx əlaqədədir və daim bir-

birini qidalandırır,bir-biri üçün bazaya çevrilir Elmi-nəzəri əsasa söykənməyən təcrübə və ya təcrübəsiz elmi-nəzəri ideyalar 

faydasızdır .Ə.Ağayev bu haqda məqalələrində qeyd edir ki, pedaqoji elmlərin inkişafı üçün onun yeni inkişaf 

istiqamətlərini müəyyənləşdirmək,  bu günümüzün tələb etdiyi problemlərin tədqiqinə girişmək  və bununla bərabər 

sınaqdan çıxmış  səmərəli elmi nəticələrin təhsil, təlim-tərbiyə  işində  tətbiqinə nail olmaq lazımdır. Və o yeni inkişaf 

istiqamətlərin müəyyənləşdirilməsi zamanı aşağıdakı şərtlərin nəzərə alınmasını zəruri hesab edir: 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   775   776   777   778   779   780   781   782   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin