Microsoft Word Materiallar Full


ƏLİFBA TƏLİMİNƏ HAZIRLIQ DÖVRÜ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə781/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   777   778   779   780   781   782   783   784   ...   1149
ƏLİFBA TƏLİMİNƏ HAZIRLIQ DÖVRÜ 

 

Nərmin QULİYEVA

 

Qafqaz Universiteti  



nn.quliyeva@gmail.com 

 

Təlim prosesinin başlanğıcı, şagirdlərin ümumi inkişafının bünövrəsi savad təlimidir. Ana dili tədrisində savad təlimi 

çox mühüm bir məsələdir. Şagird bu dövrdə ana dilini öyrənmək üçün lazım olan bütün əsasları mənimsəməlidir. Məsələn, 

sadə sözləri eşidib tələffüz etməyi, hecaya və səslərə ayırmağı bacarmaq, cumlə qurmaq üzrə ilkin vərdişlər qazanmaq və s. 

şagirdlər tərəfindən savad təlimi dövründə mənimsənilir. Şagirdlərin gələcəkdə yeni və nisbətən mürəkkəb olan materialları 

mənimsəmələri, bu məsələlərin düzgün qoyulub-qoyulmamasından çox asılıdır. Altıyaşlıların oxu və yazı texnikasına 

yiyələndirilməsi, ilkin oxu və yazı  vərdişlərinin aşılanması, nitq və  təfəkkürlərinin, idrak maraqlarının inkişaf etdirilməsi 

savad təliminin başlıca məqsədidir. Dilimizin gözəlliyinin hiss etdirilməsi, ona məhəbbət oyadılması, başqalarının nitqini 

dinləmək və  eşitməyin oyrədilməsi,  şagirdlərin  ətraf aləm haqqında təsəvvürlərinin genişləndirilməsi lüğət ehtiyyatının 

zənginləşdirilməsi, sözlərin və ya kiçikhəcmli mətnlərin üzündən köçürülməsi, səliqəli yazmaq vərdişinin aşılanması,  

sözlərdən və ya kiçikhəcmli mətnlərdən ibarət imla yazmağının öyrədilməsi və s kimi vəzifələr təlimin inkişafrtdirici 

potensialını təmin edir.   Müəllimin borcudur ki, savada yiyələnmə prosesini maraqlı, əyləncəli, yaradıcı və kəşflərlə dolu 

bir aləmə çevirsin. 

Savad təlimi dövrü sentyabrın 15-dən başlanır və yanvarın sonunadək davam edir. Qarşıda qoyulmuş  məqsəddən və 

onun yerinə yetirilməsi yollarından asılı olaraq savad təlimi prosesi üç dövrə ayrılır:  1) əlifba təliminə hazırlıq dövrü;   2) 

əlifba təlimi dövrü;   3) əlifba təlimindən sonrakı dövr.  

  Əlifba təliminə hazırlıq dövrü 3 gündən 4 həftəyədək davam edir. Bu dövr çox mürəkkəb və eyni zamanda 

əhəmiyyətli bir dövrdür. Müəllim hər  şeydən  əvvəl, məktəbdə  tələb olunan davranış qaydaları ilə  şagirdləri tanış etməyi 

nəzərdə tutmalıdır. Bu dövrdə müəllim uşaqlarla tanış olur, onların hazırlıq səviyyəsini, fərdi xüsusiyyətlərini öyrənir. 

Burada məqsəd uşaqları  əlifba təliminə hazırlamaqdır. Bəzən  şagirdlərin hazırlıq səviyyəsi onların oxuma və    yazma 

bacarıqları olə müəyyənləşdirilir. Amma bu yalnişdır. Uşağın fiziki, psixoloji, sosial-iradi cəhətdən təlimə hazır olması, 

onun ümumi inkişafı, nitqinin normal inkişaf etməsi kimi məsələlər məktəbə hazırlığını göstərir. Bu dövrdə  şagirdlər 

kollektiv fəaliyyətə alışdırılmalıdr.  Məktəbin vəzifələrindən biri də  oxu və yazı texnikasının şagirdlərə öyrədilməsidir. İlk 

dərslik  olan əlifba, iş dəftərləri ilə  şagirdlər tanış olur, oxuya hazırlıq, həmçinin əlin yazıya hazırlanması üzrə ilkin məşqlər 

edirlər. Hazırlıq dövründə çox mühüm əhəmiyyətə malik olan proses fonematik təhlildir. Uşaqların oxu texnikasına 

yiyələnməsi səs təhlil-tərkibi üzrə iş nitq səslərinin düzgün tələffüzünü təmin etməklə olur.  Şagirdlər nitq, cümlə, söz, heca, 



hərf, sait, samit anlayışları ilə fonematik təhlil  

 

prosesində tanış olurlar. Şagirdlər səslərin hər birini müvafiq hərflə ifadə etmək, başqa sözlə, sözü yazmaq və qrafik 



işarələr üzrə müvafiq səsləri yenidən hasil etmək bacarığına o zaman  yiyələnirlər ki, sözü səslərə ayırmağı və səsləri sözdə 

birləşdirməyi, onların sayını  və ardıcıllığını müəyyənləşdirməyi öyrənsinlər. Qulaq asmaq, düzgün eşitmək, müəllimin 

dediklərinə  əməl etmək, eşitdiklərini yadda saxlayıb, yerinə yetirmək kimi bacarıqlar  tərbiyə edilməlidir. Müəllimin 

şagirdlərə nə dərəcədə bələd olması savad təlimi dövründə özünü biruzə verir . 

   I  sinifdə  təlimə hazır olmayan, qismən və tam hazır uşaqlar bir sinifdə  təhsil ala bilərlər. Bu zaman müəllimin işi 

çətinləşdirir. Müəllim şagirdlərin hazırlıq səviyyələrini, fərdi xüsusiyyətlərini hərtərəfli öyrənməlidir. Şagirdlərin hazırlığını 

tam üzə  çıxarmaq məqsədilə onların neçə  hərfi tanımaları, oxuya bilib-bilməmələri, necə oxumaları,  yaza bilib-

bilməmələri,  şeiri necə oxumaları, nitqdəki nöqsanlar üzrə  də qeydlər aparmaq faydalıdır.  Əgər sinifdə oxu və yazı 

texnikasına tam yiyələnənlər varsa, müəllim onlarla başqa vəsait üzrə  əlavə  iş aparmalıdır. Hazırlıq dövründə nitqin 

cümlələrə, cümlələrin sözlərə ayrılması üzrə ilkin praktik iş aparılır. Şagirdlər praktik yolla heca haqqında anlayış alırlar. 

Şagirdlərin hər sözü deyərkən neçə  dəfə fasilə etmək, nəfəs almaq  üzərində maşahidə aparmaları, sözün neçə hissədən 

ibarət olduğunu    müəyyənləşdirmələri müəllimin tələbi ilə həyata keçirilir. Bir neçə priyomdan istifadə etməklə  sözləri 

hecalara ayırmaq  olar: 1)biləyi çənənin altına qoyub, alt çənənin neçə  dəfə  aşağı düşüb-qalxması ilə hecanın sayını 

müəyyənləşdirmək; 2)sözdəki hər hecanı  tələffüz edərkən bir barmağı qatlamaq;3)hər hecanı  tələffüz etdikdə  əli yavaşca 

partaya vurmaq və s.  Oxu təliminin köməkçi vasitələri  heca, söz və cümlənin sxemidir .  Bu köməkçi vasitələrlə şagirdlər  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   777   778   779   780   781   782   783   784   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin