Microsoft Word Materiallar Full


KİTABİ-DƏDƏ-QORQUD” EPOSUNDA TƏRBİYƏVİ İMKANLAR



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə783/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   779   780   781   782   783   784   785   786   ...   1149
KİTABİ-DƏDƏ-QORQUD” EPOSUNDA TƏRBİYƏVİ İMKANLAR 

 

Emiliya ŞAHMAROVA 

Bakı Slavyan Universiteti 



mymadmanmy@mail.ru

 

 

Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz Kitabi –Dədə -Qorqud eposunda öz əksini 



tapmışdır. ”Dədə - Qorqud kitabı” Azərbaycan türklərinin dünya mədəniyyəti xəzinəsinə  bəxş etdiyi ən möhtəşəm yazılı 

abidələrdən biridir. Qafqaz türkünün milli xarakteri, adət - ənənələri, dini, fəlsəfi baxışları, əxlaqı, vətənə, torpağa bağlılığı, 

qonşularla əlaqələri, mərasimləri, məişəti, yaşayış tərzi , daxili və xarici düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə və yaş 

dövrlərinə məxsus insanların davranışı, şifahi və yazılı dilinin tarixi bu eposda özünə yer tapır. 

Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii 

şəkildə öz əksini tapmışdır. Oğuzlar  üçün    yurd, Vətən sevgisi,  torpaq  hər  şeydən  yüksək  və  əzizdir. Onlar  hər  an  

doğma  el - oba  uğrunda  canlarından  keçməyə  hazırdılar. Oğuzlar  öz  qonşularına  qarşı da mərddirlər. Onlar  başqasının  

torpağına  hücum  etmir,  sərhədlərini  pozmurlar. Lakin  düşmən  xəyanət  edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla 

Vətənin müdafiəsinə    qalxır, düşməni  tarmar edirlər. Dar gündə  Vətən sevgisi oğuzlara öz aralarındakı  incikliyi də 

unutdurur, onları birləşdirir.  Oğuzlarda  qadına,  anaya  yüksək  ehtiram  və  məhəbbət  var.   Ana  haqqı tanrı  haqqına 

bərabər tutulur. “Salur Qazanın  evinin yağmalanması  boyu”nda Qazan xan  düşmənlə qarşılaşarkən el - obasından, 

ailəsindən keçir, lakin anasından keçmir. Oğuzun qadınları,  qızları da ismətli,  namuslu el  qızlarıdır. Oğuzlar  çətinə  

düşəndə  tanrıya  sığınır, onu  köməyə çağrırlar. Tanrı da  hər dəfə  oğuzların  köməyi  olur, onları çətinliklərdən çıxarır. 

“Kitabi-Dədə Qorqud”  oğuzların  dastana çevrilmiş tarixidir. Dastanda hər  sözün, ifadənin, adın dərin mənası var və 

bunların  hamısının arxasında  soykökümüz  olan  oğuzların  keçmiş  tarixi  durur.  Dastanın  hər  bir  boyu  el – obaya, ata – 

anaya, qardaş – bacıya ülvi məhəbbətin  canlı salnaməsidir. 

Əsərin bütün boylarında Dədə - Qorqud nurani el ağsaqqalı və müdrik filosof keyfiyyətlərini daşıyan ozan olaraq çıxış 

edir. Eposun elə ilk səhifələrində biz böyüklərlə  kiçiklər, valideynlərlə  uşaqlar, kişilərlə qadınlar arasında qarşılıqlı 

münasibətlərin necə qurulması barədə tövsiyyələrlə tanış oluruq. Bütün əsər boyu insanda lovğalıq, paxıllıq və kinlilik 

pislənir, qonaqpərvərlik, comərdlik və övladların valideynlərə xoş münasibəti təriflənir. “Kitabi - Dədə - Qorqud” bizim 

milli estetikamızın mötəbər qaynağı olaraq mənəvi ve estetik dəyərlərin vəhdətini özündə əks etdirir. 

Dastanda psixoloji iş, əxlaqi davranış və  rəftarın, emprik materialların toplanması və ümumiləşdirilməsi əsasında, etnik  

stereotiplərin,  eləcə    də    şəxsiyyətin fərdi – tipoloji xüsusiyyətlərinin  əksi geniş yer almışdır. Oğuzlar üçün tipik olan 

əlamətlərdən biri də qonaqpərvərlikdir. Bununda əsasında mənəvi tələbatlar durur. Onların  fəaliyyət və davranışında  

sərvətlər yüksək motiv kimi çıxış  edir. Şərəf,  namus oğuzlar üçün  mənəvi sərvətdir. İstər kişi ,  istərsədə qadın namus,  

şərəf yolunda həmişə ölümə hazırdır. Oğuz elində dostluq, yoldaşlıq uca tutulur. Tayfadaxili ünsiyyət və münasibətdə, 

insanların bir – birini anlamasında dostluq və yoldaşlığa  yüksək ehtiram göstərilir. 

         “Dədə - Qorqud” kitabının etno – mədəni sistemi dastanlarda əks olunan ictimai – siyasi , dini baxışları, 

dövlətçilik prinsipləri , ailə tərbiyəsi,  etik,  estetik baxışların  ardıcıl inikası abidənin tarixi rolunu açıqlayır. Bu mənada 

tanınmış  ədəbiyyatşünas F.Köprülünün “Kitabi -Dədə  - Qorqud” u  tərəzinin bir gözünə, bütün türk ədəbiyyatını o biri 

gözünə qoysaq, yenə də  “Dədə - Qorqud” tərəf ağır gələr fikri tamamilə təbii və dəqiq təsir bağışlayır. 

            Dastanın boylarındakı  tərbiyəvi imkanları    aşkar edib təhlil etdikcə bu nəticəyə  gəlirik ki, onun  insanlarda 

aşıladığı mühüm keyfiyyətlər  ağıla,  zəkaya,  müdrikliyə  və  mərdliyə  əsaslanır. Vətənpərvərlik,  əməksevərlik, 

insanpərvərlik, sədaqətlilik, doğruçuluq,  təvazökarlıq,  ədəb  və  kamal,  birliyi, dinc həyatı qorumaq,  xalqla qaynayıb – 

qarışmaq və s. kimi nəcib, gözəl duyğular elə əsl tərbiyə motivləridir. ” Dədə - Qorqud “ dastanı keçmişimiz, bu günümüz, 

eləcə də gələcəyimiz üçün  zəngin tərbiyə qaynağı kimi, ən dəyərli xəzinələrdən biridir. 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   779   780   781   782   783   784   785   786   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin