II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
438
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
əlifba təliminə hazırlıq dövründə tanış edilirlər. Cümlənin başlanması sol tərəfdə kiçik şaquli çıxıntısı olan düz xətlə,
cümlədəki sözlər düz xətlərlə, cümlənin bitməsi isə nöqtə ilə işarə olunur. Oxu və yazıya hazırlıq baxımından uşaqların
hecaların sxemləri ilə tanış olmaları çox vacibdir. Əlifba təliminə hazırlıq dövründə şagirdlərin yaziya hazırlanmaları üzrə
də iş getməlidir. Məktəbə gələrkən dəftərin sətirlərini ayırmağı bacarmayan, ən sadə hərfləri, hətta elementləri yaza
bilməyən uşaqlar var. Müəllim onları partada əyləşmək, dəftəri qoymaq, gözlə dəftər arasında məsafəni gözləmək, qələmi
tutmaq və s. qaydalarla tanış edir. Hazırlıq dövründə tədris prosesinin təşkili də xüsusi diqqət tələb edir. Uşaqlar bir işlə
uzun müddət məşğul ola bilmir, tez yorulurlar. Hər 10-15 dəqiqədən sonra fəaliyyətinin növünü dəyişmək, nağılı,
müsahibəni uşaqların fərdi fəaliyyəti ilə əvəz etmək, heç olmasa hər 10 dəqiqədən bir gimnastika dəqiqəsi təşkil etməklə
yorulmanın qarşısı almaq olar.
Dostları ilə paylaş: |