Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə785/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   781   782   783   784   785   786   787   788   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

440 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

XIX ƏSRİN II YARISI – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ                                              

AZƏRBAYCANDA AÇILAN QIZ MƏKTƏBLƏRİ 

 

Rəşidə ZEYNALOVA   

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



rashida.8212nz@gmail.com

 

 

XIX əsrin II yarısında Azərbaycan Bakıda neft emalının qızğın surətdə inkişafı ilə əlaqədar kapitalist münasibətlərinə 

qədəm qoydu. Bununla əlaqədar iqtisadiyyat, mədəniyyət, ticarət, nəqliyyat, tibb və s. sahələri üzrə surətli inkişaf prosesi 

getməyə başladı. Azərbaycan Rusiya imperiyasının tərkibində olduğundan iqtisadiyyat və  mədəniyyət sahəsində gedən 

inkişaf prosesi onunla qırılmaz vəhdətdə baş verirdi.  

XIX əsrin sonu XX əsrin əvvəllərində ziyalı və işgüzar qadın məsələsi dövrün həll edilməsi lazım olan siyasi və ictimai 

bir problem idi. Qadının maarifləndirilməsi, onun ictimai mövqe tutması  həm  Şərq, həm də  Qərb ölkələri üçün qabaqcıl 

məsələlərdən idi.  Cəmiyyətin tam inkişafını və tərəqqisini bu məsələnin həlli olmadan təsəvvür etmək mümkün olmazdı. 

Çünki millətin gələcək fəaliyyəti və inkişafı qadının verdiyi tərbiyədən və aşıladığı keyfiyyətlərdən çox asılıdır.  

Zaqafqaziyada qadın təhsilinin tarixi əsasən XIX əsrin 30-cu illərindən başlayır. Açılan qapalı  məktəblərdə  əsasən 

zadəgan təbəqəsinə  məxsus insanların övladları oxuya bilərdilər. Zaqafqaziyada açılan ilk qız məktəbləri Azərbaycanda 

açılan “Müqəddəs Nina”, “Müqəddəs Repsima” Qadın Xeyriyyə cəmiyyətlərinə məxsusdur. Əsasən rus qızları üçün nəzərdə 

tutulmuş “Müqəddəs Nina” qız məktəbləri Zaqafqaziyada qadın təhsili müəssisələrinin yaranmasında böyük rol oynamışdır. 

İbtidai-ali təhsil verən bu məktəblər sonralar beşsinifli və  yeddisinifli məktəblərə çevrilmişdir. Yeddisinifli məktəblərdə 

ilahiyyət, rus dili, riyaziyyat, hüsnxətt,  əl işi, yerli dil, rəqs, nəğmə, rəsm, fransız dili, alman dili, tarix, coğrafiya, təbiət 

keçilirdi. Beşsinifli məktəblərdə isə fənlərin sayının az olmasına baxmayaraq əlavə olaraq burada pedaqogika fənni tədris 

olunrdu.  Bu məktəblərdən  ilki 1830-cu ildə Tiflisdə açılmış “Nücabə” qızlar pansionu olmuşdur. On il sonra pansion qız 

institutuna çevrildi.  1846-cı ildə “Müqəddəs Nina” Qadın Xeyriyyə cəmiyyəti burada daha bir məktəb açdı. 1848-ci ildə 

həmin cəmiyyət “Müqəddəs Nina” qız məktəbini yaratdı. 1850-ci ildə  İrəvanda fəaliyyət göstərən “Müqəddəs Repsima” 

qadın xeyriyyə cəmiyyətinin qız məktəbi fəaliyyətə başladı. Burada 21 nəfər şagird təhsil alırdı. Onlardan 13 nəfəri erməni, 

5 nəfəri rus, 3 nəfəri azərbaycanlı idi. Həmin qızlardan 13 nəfəri xeyriyyə cəmiyyətinin hesabına təhsil alırdı. 1848-ci ildə 

Şamaxıda açılan “Müqəddəs Nina” qız məktəbində 24 nəfər qız təhsil alırdı, ancaq bunlardan azərbaycanlılar sayca çox az 

idi. 1859-cu ildə həmin məktəb Bakıya köçürüldü və siniflərin sayı böyüdü. 1874-cü ildə məktəb gimnaziyaya çevrildi.  

 “Müqəddəs Nina” Qadın Xeyriyyə cəmiyyətinin Azərbaycanda ikinci məktəbi 1885-ci ildə Gəncədə açdığı qız məktəbi 

idi. 1889-cu ildə məktəb progimnaziya kimi fəaliyyət göstərməyə başladı. 1864-cu ildə Xeyriyyə cəmiyyətinin Zaqatalada 

açdığı pansion səciyyəli təhsil ocağında 16 nəfər qız oxuyurdu. Şuşada 1877-ci ildə Xeyriyyə  cəmiyyəti tərəfindən qız 

məktəbi açılmışdır. Burada 40 nəfər qız təhsil alırdı. Məktəbdə 3 əsas və bir hazırlıq sinfi vardı. İlahiyyət, rus dili, hesab, 

həndəsə, vətən coğrafiyası, təbiyyat, yerli dil, rəsmxət, hüsnxət, əl işi, nəğmə dərsləri keçilirdi. 1893-cü ildə qızların sayı 72 

nəfərə çatmışdı. 1894-cü ildə bu təhsil ocağı dördsinifli və bir hazırlıq sinfi olan Şuşa Marinskaya qız məktəbinə çevrildi. 

Marinskaya tipli məktəblər daha təlim-tərbiyə  işləri daha yüksək səviyyədə  təşkil olunmuşdur, proqram və metodikası 

progimnaziya qaydalarına uyğun aparılırdı. Ancaq belə tip məktəblərin yaradılması böyük çətinliklərlə nəticələndi. Belə ki, 

XIX  əsri 90-cı illərində  Gəncə quberniyasında yaradılması irəli sürülən Marinskaya qız məktəbinin açılması üçün 

yazışmalar 1901-ci ildə Maarif nazirliyi tərəfindən qadağa ilə  nəticələndi. Zaqatalada da irəli sürülən bu təklif həyata 

keçmədi. 

Bakı Marinskaya qadın gimnaziyasının fəxri himayəçisi, xeyriyyəçi və messenant H.Z.Tağıyev 1901-ci ildə Bakı 

Aleksandriskaya adını almış ilk rus-müsəlman pedaqoji məktəbini açmışdı ki, bu onun maarif sahəsindəki fəaliyyətinin tacı 

sayılır. H.Z.Tağıyev məktəbə  Həsənbəy Zərdabinin  həyat yoldaşı  Hənifə xanım Məlikovanı direktor təyin etdi. Tağıyev 

məktəbinin cəmiyyətdə öz potensial intellektual imkanlarını reallaşdırmağa imkan verdiyi görkəmli qadın maarifçilərin 

adlarını  çəkmək yerinə düşərdi: Rəhilə xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım 

Şaxtaxtinskaya, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova, 

Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova,  Şəhrəbanı xanım  Şabanova, Səkinə xanım Axundzadə (ilk qadın 

dramaturq, yazıçı). Tədris proqramına gəldikdə isə buraya Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab, tarix, coğrafiya, 

təbiətşünaslıq, hüsnxət, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları və şəriət daxil idi. 

1901-ci il oktyabrın 9-da Aleksandriya rus-müsəlman qadın məktəbinin təntənəli açılışı oldu. Bu, Şərqdə müsəlman 

qızları üçün açılan ilk dünyəvi məktəb oldu. 20 nəfər şagird üçün nəzərdə tutulmuş məktəb pansionu açılış günü 35 pulsuz 

məktəbli, 15 nəfər isə ildə 100 rubl ödəməklə  gəlib-gedən tələbə  qəbul etdi. Qızlar Zaqafqaziyanın hər yerindən,  Şimali 

Qafqazdan qəbul olunurdu. Tağıyev məktəbi 1918-ci ilə kimi mövcud oldu və böyük sayda təhsilli intellektual şəxsiyyətlər 

pleyadası yaratdı. Artıq 1906-cı ildə bunabənzər məktəb Tiflisdə açıldı. Sonradan İqlimə xanım Əliyeva və Mədinə xanım 

Qiyasbəyli Balaxanıda və Qazaxda öz məktəblərini açdılar, Qubada, Lənkəranda, Dərbənddə, Naxçıvanda, İrəvanda da bu 

tipli qız məktəbləri meydana gəldi. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   781   782   783   784   785   786   787   788   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin