KALKA ÜSULU İLƏ YARANAN TERMİNLƏR
Leyla MEHTİYEVA
Bakı Slavyan Universiteti
mehtiyeval@gmail.com
Bakı/AZƏRBAYCAN
Cəmiyyətin ictimai-siyasi həyatında baş verən dəyişikliklər dilin daxili inkişaf qanunlarına, onun leksik qatının
yeniləşməsinə təsir edən əsas amillərdən biridir. İctimai-siyasi təfəkkürün formalaşması, cəmiyyətin inkişafında aparıcı rol
oynaması dilin leksik qatının, xüsusilə terminoloji qatın müxtəlif yollarla zənginləşməsinə gətirib çıxarır. Bu cür yollardan
biri də kalka üsulu ilə termin yaradıcılığıdır. Terminoloji leksikanı təşkil edən söz ehtiyatının əsas hissəsi kalka üsulu ilə
yaradılan terminlərdir.
Azərbaycanın müstəqillik illərində terminlərin xeyli hissəsi rus, ingilis və başqa Avropa dillərindən alınaraq kalka
edilmiş və yeni yaranan elm sahələrinin terminlərə olan tələbini müəyyən miqdarda ödəmişdir. İnformatika, fizika, kimya,
iqdisadiyyat və başqa elmlərin, onların ayrı-ayrı sahələrinin yeni yaranan terminlərlə təmin olunmasında kalaka üsulunun
mühüm rolu olmuşdur.
|