II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
517
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Kalkalar başqa bir dilə məxsus sözlərin, yaxud söz birləşmələrinin tərkib hissələrini tərcümə edilən dildə müvafiq
sözlər və söz birləşmələri ilə həmin sözlərin modeli üzrə qurulmuş sölər, yaxud ifadələrdir. Kalka üsulunun iki forması
geniş yayılmışdır: tam və yarımçıq kalkalar.
Tam kalkalar zamanı terminin tam qarşılığı kimi verilən söz və ya söz birləşməsi dilimizin qrammatik qaydalarına
uyğun olaraq verilir. Daha çox rus və Avropa dillərindən alınan terminlərin kalkasında rast gəlinir. Kalkalarda alınma
terminin tam qarşılığının verilməsi üçün sözdüzəldici şəkilçilərdən də istifadə olunur. Məsələn: официальное сообщение –
rəsmi məlumat, гражданское право – vətəndaş hüququ, боевой устав – döyüş nizamnaməsi, рыночная экономика –
bazar iqtisadiyyatı, экономический суд – iqtisad məhkəməsi və s.
Tam kalkalar alınma terminlərin daşıdığı qrammatik xüsusiyyətlərin bəzilərini saxlayır, bəzilərini isə tərcümə olunan
dildən qəbul edir. Söz birləşməsi şəklində olan terminlərin arasında olan sintaktik əlaqələrin növləri kalkalarda dəyişə bilər.
Məsələn, боевой устав birləşməsinin tərəfləri rus dilində uzlaşma əlaqəsi ilə bağlanıb. Birləşmənin qarşılığı olaraq kalka
edilən döyüş nizamnaməsi ikinci növ təyini söz birləşməsinin tərəfləri arasında həm idarə, həm də uzlaşma əlaqəsi var.
Yarımçıq kalkalar tam kalkalara nisbətən üstünlük təşkil edir. Bu birləşmə şəklində olan terminlərin hər iki tərəfinin
qarşılığının hər zaman tapılmaması ilə izah oluna bilər. Yarımçıq kalkaetmə iki, üç, dörd və daha çox komponentli
birləşmələrin üzərində aparıla bilər. Avropa və rus dillərindən alınan termin – söz birləşmələri aşağıdakı şəkildə kalka edilə
bilər:
Birləşmənin birinci tərəfi kalka edilir, ikinci tərəfi olduğu kimi qalır. Məsələn, müasir texnika, nəzarət
mexanizmləri, beynəlxalq status, seçki monitorinqi, xarici valyuta və s.
Birləşmənin ikinci tərəfi kalka edilir, birinci tərəfi isə olduğu kimi saxlanılır, Məsələn: prioritet mövzu, qlobal
dəyişiklik, etnopolitik münaqişə, tranzit xəttvə s. Bu kalkaların tərəfləri mənşəcə müxtəlif sözlərdən ibarətdir.
Yarımçıq kalkaların yaradılmasında tərəflərin həm semantik, fəm də qrammatik cəhətdən birləşməsi əsasdır.
Современная техника, иностранная валюта kimi birləşmələrdə kalka zamanı alındığı dildə mövcud olan qrammatik
əlaqə üçün istifadə olunan morfemlərin ixtisarı müşahidə olunur. Termin-birləşmələrinin tərəfləri isə bəzən söz birləşməsinə
uyğun olaraq hal və ya mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn, ikinci növ təyini söz birləməsinin tələbinə uyğun olaraq
investisiya bazarı termininin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi ilə
işlənmişdir.
Yeni yaranan və müasir dövrdə işlənən ictimai-siyasi və elmi terminlər arasında heç bir tərəfi kalka edilmədən
dilimizdə işlənən terminlər də var. Məsələn: texnoloji parametrlər, antiterror koalisiya, diplomatik praktika, investisiya
bankı, geosiyasi baza, konstruktiv dialoq və s. bu cür terminlərkalka edilməsə də, birləşmənin yaranması üçün dilimizin
leksik və qrammatik şəkilçilərindən istifadə olunur. Məsələn, rus dilində olan технологические параметры termin-söz
birləşməsi dilimizdə texnoloji parametrlər şəklində işlənir.
Termin yaradıcılığında bir çox sözlər yeni məna kəsb edir, bəzən də əsas məna ilə bağlı əlavə mənaları ifadə edirlər. Bu
baxımdan semantik kalkaetmə terminologiyanın öyrənmə obyektlərindən biridir. Məna genişlənməsi nəticəsində hər hansı
söz terminə, termin birləşməsinin tərəfinə çevrilə bilir. İnformatika sahəsində işlənən və rus dilindən alınaraq kalka edilən
aşağıdakı terminlər rus və ingilis dilindən kalka edilmişdir. Bu terminlər ingilis dilindən alınmış, rus dilinə kalka edilmiş və
Azərbaycan dilinə ikiqat kalka vasitəsi ilə daxil olmuşdur: bağlama – привязка – binding; başlıq – заголовок – header; güc
– мощность – power; uyğunluq – совместимость – compatible; rəqəm kodu – цифровой код – numeric code ; işçi
yaddaş – рабочая память – working storage; sorğu dili – язык запроса – query language.
Dostları ilə paylaş: |