Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə13/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   9   10   11   12   13   14   15   16   ...   46
mm cavab01az

15. Neft-qaz müəssisələrində və daşınmasında baş verən yanğınlar, qəzalar.
Neftçıxarma obyektlərində, neft mədənlərində və kəşfiyyat qazmaları zamanı 
yanğın təhlükəsi daha yüksəkdir. Belə hallarda qumun və ya çınqıl hissəciklərinin 
metal konstruksiyalara sürtünməsindən törəyən qığılcım nəticəsində neft və ya qaz 
fontanı alışır. Belə hallar adətən quyunun ağzını kip örtmək mümkün olmadıqda 
baş verir. Bu zaman ölümlə nəticələnən bədbəxt hadisələr və çox böyük maddi 
itkilər baş verə bilər. 
Nəqliyyat sahəsində qəzalar ən çox baş verən hadisələrdəndir. Hazırda 
mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə kosmik 
nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaların sayına görə birinci yeri 
tutur. Respublikamızda nəqliyyat vasitələri ilə hər il on miyonlarla ton yüklər 
daşınır ki, bunların da 28%-i dəmir yol, 38%-i avtomobil, 13%-i dəniz 


nəqliyyatının və 21%-i boru kəmərlərinin payına düşür. Qəza və partlayış zamanı 
tutumların, sistemlərin, digər qabların və texnoloji boru kəmərlərinin 
deformasiyaya uğraması və ya dağilması nəticəsində güclü təsirli zəhərli 
maddələrin kənara sızması nəinki müəssisənin ərazisində, həm də yaxınlıqdakı 
yaşayış məntəqələrində ətraf mühitin, o cümlədən də havanın, suyun 
zəhərlənməsinə, insanların, heyvanların və bitkilərin ciddi xəstəliklərinə və 
məhvinə gətirib çıxarır. 
Fövqəladə qəzalar arasında texnogen fəlakətlərin ortaq payı 15-20% civarındadır. 
Bunlar daha şox magistral boru kəmərlərində, dəmiryolu nəqliyyatında, çeşidli 
mədənlərdə olan qəzalardır. Son 10 il ərzində dünyada belə olayların sayı təkcə 
neft kəmərlərində 20 mini ötmüşdür. Bunun sonu olaraq millionlarla ton neft israf 
olmuş, torpaqlar yayarsız olmuş, hava yanğınlar üzündən çirklıənmişdir. 
Dəmiryolu nəqliyyatında qəzaların sayı çoxalmaqdadır. Demək olar, gündə bütün 
dünyada 8-15 bu kimi qəzalar baş verir. Ən təhlükəlisi də, neft, kimyavi 
maddələrlə dolu olan vaqonlardakı qəzalardır. Sənaye və nəqliyyatda qəzaların baş 
vermə səbəbi avadanlıqların kohnəlməsi, işçilərin işlərinə biganə yanaşması, 
təhlükənin qarşısını alan avadanlıqların olmaması, istehsalın çağdaş normalara 
uyğun olmaması, qananların olmaması və bu kimi başqa amillərdir. Ümumiyyətlə 
nəqliyyatda və sənayedə baş verən qəza və fəlakətlər ətraf mühit üçün və insan 
sağlamlığı üçün təhlükəlidir. Bunların sonu hətta bərpa oluna bilməyən 
ekologiyanın dağılması baş verə bilər. 
-nəqliyyatda ZM –in ətrafa yayılması ilə müşayət edilən qəzalar. Bakı, Sumqayıt 
dəmir yol stansiyaları, Biləcəri stansiyası xüsusən böyük təhlükəli zona hesab 
olunur; 
-tez alışan maddələr istehsal, emal olunan və saxlanılan obyektlərdə yanğınlar 
(partlayışlar). Respublikamızda 850-dən artıq belə obyekt var. Bakı, Sumqayıt neft 
emalı və neft kimyası müəssisələri, neft-qaz mədənləri və neft bazaları xüsusən 
təhlükəlidir; 
-nəqliyyat vasitələrində yanğın və partlayışlar; 
-hidrodinamik qəzalar –su qurğuları qovşaqlarında bəndlərin dağılması və fəlakətli 
daşqın zonalarının yaranması.

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin