Microsoft Word mm cavab az imtahan docx


 DP-64 indikator-siqnalizatoru. DP-22V



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə21/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   17   18   19   20   21   22   23   24   ...   46
mm cavab01az

24. DP-64 indikator-siqnalizatoru. DP-22V, İD-1 doza ölçən cihaz komplekti. 


DP-64 indikator-siqnalizatoru fasiləsiz olaraq radiasiya müşahidəsi aparmaq 
və ərazinin radioaktiv zəhərlənməsi barədə xəbər vermək üçündür. Cihaz nəzarət 
rejimində işləyir və ərazidə şüalanma dozasının gücü 0,2R/s-a çatanda bu barədə 
səs və işıq siqnalları verilməsini təmin edir. Siqnalın işə qoşulması müddəti 3 san-
dən artıq olmur. 
Cihaz 127/220 V gərginlikli dəyişən cərəyan şəbəkəsindən və ya 6V gərginlikli 
akkumlyatordan qidalanır, -40ºS-dən +50ºS-dək temperaturda və ətrafdakı havanın 
nisbi rütubəti 98%-dək olarkən işləyə bilər. Cihaz şəbəkəyə qoşulandan 30 saniyə 
sonra işə hazır olur. 
DP-64 indikator-siqnalizatoru komplektinə cihaz, onun texniki təsviri, istismarı 
üzrə təlimat, formulyar, ehtiyat hissələri və ləvazimat daxildir. Cihazın vericisinə 
30 m uzunluqda kabel vasitəsilə siqnal verən pult birləşdirilmişdir. Pult isə ikinci 
kabel vasitəsilə elektrik qida mənbəyinə birləşdirilmişdir; bu kabelin ucunda onu 
dəyişən cərəyan mənbəyinə qoşmaq üçün çəngəl və akkumulyator batareyasına 
qoşmaq üçün iki (+ ; -) çıxım vardır. 
DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür. 
γ
-şüalanma dozalarının gücü 0,5-dən 200 R/s-dək dəyişərkən dozimetrlərin ölçmə 
diapozonu 2-dən 50 rentgenədəkdir. Ölçmələrin öz-özünə boşalması bir sutka 
ə
rzində 4 R-dən artıq olmur. 
Dozimetrlər -40ᵒS-dən +50ᵒS hədlərində və havanın nisbi rütubəti 98% olan 
hallarda işləyə bilir; bir komplekt qidalandırma mənbəyilə fasiləsiz iş müddəti 30 
saat, dozimetrin kütləsi 50 q,komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultunun işə 
hazırlamaq müddəti 1-2 dəqiqədir. 
DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən DKP-50A dozimetrindən, 
3D-5 doldurucu pultdan, futlyardan (qutu) və texniki sənədlərdən ibarətdir. 
İ
D-1. Fərdi dozimetrlər komplekti udulan γ-neytron şüalanma dozalarını ölçmək 
üçündür; cihaz - 50ᵒS-dən +50ᵒS temperatur hədlərində, habelə havanın nisbi 
rütubəti 98%-dək dəyişərkən işləyə bilər.
Doldurucu pult dozimetrin kondensatorunu doldurmaq üçündür. Dozimetr 
dozanın gücü 10-dan 366000 rad/s-dək olarkən 20-dən 500 radadək diapozonda γ-
neytron şüalanmasının udulan dozalarının ölçülməsini təmin edir. Ölçülən dozalar 
dozimetrin içərisində yerləşən və radlarla dərəcələndirilmiş şkalada hesablanır. 
Dozimetrlərin göstəricisinin sabitliyi 6 ay ərzində istismar zamanı ölçmələrin əsas 
ölçmə xətaları hədlərində aparılmasını təmin edir.

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin