Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə20/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   16   17   18   19   20   21   22   23   ...   46
mm cavab01az

Kimyəvi metod zəhərləyici kimyəvi maddə ilə reaktivin reaksiyası 
nəticəsində onun rənginin dəyişməsinin qeydiyyatına əsaslanmışdır. 
Biokimyəvi metod zəhərləyici kimyəvi maddələrdə asetilxolinin hidrolizini 
həyata keçirən aktiv ferment – xolinesterazın sinir iflic edici təsirini 
zəiflədilməsinə əsaslanmışdır. 
Zəhərləyici və adi kimyəvi maddələri aşkar etmək üçün daha çox kimyəvi 
kəşfiyyat cihazlarından istifadə olunur ki, bunlar da kimyəvi və biokimyəvi 
metodlara əsaslanmışlar.
Havada, ərazida, texnikanın və başqa obyektlərin səthlərindəki zəhərləyici 
maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, 
yaxud nümunə götürüb onları kimya laboratoriyasında təhlildən (analizdən) 
keçirməklə aşkar edirlər.
Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə (orqanolektik üsulla) 
aşkar etmək heç də həmişə mümkün deyil. Onların bir çoxunun heç bir iyi, rəngi, 


qıcıqlandırıcı xassələri yoxdur. Başlıcası isə bir sıra ZM-in zəhərliliyi o dərəcədə 
yüksəkdir ki, onların iyinə və ya qıcıqlandırıcı təsirinə görə aşkar edilməsi cəhdi 
ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki 
ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun və zəhərlənmış bitki 
yarpaqlarının rənginin dəyişməsinə görə bəzi zəhərləyici maddələri təxmini olaraq 
aşkar etmək mümkündür.
23. Qoşun kimyəvi kəşfiyyat cihazı (QKKC), ВПХР
Bu cihaz havada, ərazidə, texnikanın, avadanlığın və digər əşyaların 
səthindəki ZM-i təyin etmək üçündür. Bu cihaz vasitəsilə havada, ərazidə, 
texnikanın, müxtəlif sursatların səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, 
sianid turşusu, xlorsian olub-olmadığı tə'yin edilir.
Cihazın quruluşu. Cihaz qapağı olan xüsusi formalı qutudan (gövdədən) 
ibarətdir. Qutuda əl nasosu, nasosun ucluğu, indikator borucuqları yığılmış kağız 
kaset, tüstü süzgəcləri, qoruyucu qapaqlar, elektrik fənəri və 15 patronu olan 
qızdırıcı yerləşdirilib. 
Cihazın çəkisi təxminən 2,2 kq-dır.
Əl nasosu - porşenlidir, yoxlanılan havanı indikator borucuqlarından vurub 
keçirmək üçündür. Nasosu dəqiqədə 50 dəfə vurarkən indikator borucuğundan 2 
litr hava keçir.
Nasosun başlıq hissəsində indikator borucuqlarının uclarını kəsmək (çərtmək) 
üçün bıçaq və indikator borucuqlarını yerləşdirmək üçün yuvalar var. Başlığın 
kəllə hissəsində borucuqların uclarını qırmaq üçün iki çökək yer də düzəldilib. 
Bunlardan başqa nasosun başlıq hissəsində rezin klapan və klapanın yəhəri də 
yerləşdirilib. Başlığın klapan tərtibatı ilə kip birləşməsi rezin araqat vasitəsilə 
təmin edilmişdir.
İ
ndikator borucuqlarını işlədərkən onun doldurucu maddəsinin aldığı rəngi kasetin 
səthindəki rənglə tutuşdurmaqla havada olan ZM-in konsentrasiyasını təxmini 
təyin etmək mümkündür. 
Nasos ucluğunun gövdəsi dörd kəsimlə qıfvari hissəyə birləşdirilib, gövdəyə 
ş
üşə silindr geydirilib. Qıfın aşağı hissəsindəki yiv və xüsusi qayka vasitəsilə ona 
sıxıcı halqa bənd edilib ki, onu da rəzə ilə 1azımi vəziyyətdə bərkitmək 
mümkündür. Şüşə silindrin - ucluğun gövdəsinə, o ucluğun isə nasosla birləşmiş 
yerləri iki rezin araqatla kipləşdirilir. 
İ
ndikatorun borucuqları - ZM-i təyin etmək üçündür, içinə doldurucu maddə və 
reaktivli ampulalar yerləşdirilib, ucları lehimlənmiş şüşə borucuqlardan ibarətdir. 
Borucuqlar rəngli halqa şəklində haşiyələrlə işarələnmişdir. Bu haşiyələr həmin 
borucuq vasitəsilə hansı zəhərləyici maddənin müəyyən edildiyini göstərir. Cihazın 
dəstində üç növ indikator borucuqları olur:
-bir qırmızı haşiyəli və qırmızı nöqtəli borucuqlar zoman, zarin, V-qaz tipli ZM-i;
-üç yaşıl haşiyəli borucuqlar - fosgen, sianid turşusu, xlorsian;
-bir sarı haşiyəli borucuqlar isə ipriti təyin etmək üçündür.
Hər kağız kasetdə eyni işarəli 10 indikator borucuğu yerləşir. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin